Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4858/2024 15.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “S.A.N.İ X7” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Gəncə İnzibati Məhkəməsinin hakimi Əliyeva Gülşən Talıb qızı İddiaçı “S.A.N.İ X7” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2005-ci il tarixli JN-8112 KOD 61000001 nömrəli şəhadətnamədən görünür ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə Bərdə şəhəri, Natəvan küçəsi, 20 saylı evdə yaşayan X4 S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədilə icarəyə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmiş, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən icarəyə ayrılmış torpaq sahəsinin – dörd tərəfdən (şimaldan, şərqdən, qərbdən və cənubdan) dren ilə həmsərhəd olmaqla 15 (on beş) hektar torpaq sahəsinin yerində ölçülüb icarəyə (25 il müddətinə) heyvandarlığı inkişaf etdirmək məqsədilə Bərdə şəhəri, Natəvan küçəsi, 20 saylı evdə yaşayan X4 verilməsinin təmin edilməsinin Bərdə Torpaq şöbəsinə tapşırılması qərara alınmışdır.
2. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamı ilə Bərdə şəhəri, Natəvan küçəsi, ev 20 ünvanında yaşayan X2 ərizələri nəzərə alınmış, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən Bərdə şəhəri, Natəvan küçəsi, ev 20 ünvanında yaşayan X2 icarəsinə verilmiş 15 hektar torpaq sahəsinin həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X5 olan “S.A.N.İ X7” MMCnin icarəsinə 15 il müddətinə verilməsi, ünvan 1 ünvanda yaşayan X5 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır.
3. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 423 nömrəli müqaviləyə əsasən 2 saylı qış otlaq sahəsindən 15 ha torpaq sahəsi Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən heyvandarlığı inkişaf etdirmək üçün 15 il müddətinə “S.A.N.İ X7” MMC-nin icarəsinə verilmişdir.
4. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində (Çələbilər kəndində) yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3115/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-219/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3115/2023 nömrəli qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia təmin edilmiş, Bərdə rayonu, Çələbilər kəndi, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində iddiaçı X2 icarə hüququnun qeydə alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Həmin qərar icra edilərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində X2 25 il müddətinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli B 040555 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
7. “S.A.N.İ X7” MMC-nin Bərdə rayonu, Çələbilər kəndində yerləşən 15 ha torpaq sahəsi üzərində X2 icarə hüquqlarının ləğv edilərək, həmin torpaq sahəsi üzərində “S.A.N.İ X9” MMC-nin icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-4759/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edilmiş 15 ha torpaq sahəsi üzərində X2 icarə hüquqları Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-219/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı əsasında qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat
8. İddiaçı “S.A.N.İ X7” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində “S.A.N.İ X7” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb bununla bağlı “S.A.N.İ X7” MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayan Ə.A.İsmayılovun ərizəsi barədə» 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə Bərdə şəhəri, Natəvan küçəsi, ev 20 ünvanında yaşayan X2 ərizələrinin nəzərə alınması, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən Bərdə şəhəri, Natəvan küçəsi, ev 20 ünvanında yaşayan X2 icarəsinə verilmiş 15 hektar torpaq sahəsi həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X5 olan «S.A.N.İ. X7» MMC-nin icarəsinə 15 il müddətinə verilmasi, Bərdə Rayon İcra Hakimiyyəti ilə Bərdə rayonunun Bərdə şəhəri, Natəvan küçəsi, arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, sərəncamdan çıxarışın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Bərdə Rayon İcra Hakimiyyəti başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında Bərdə Rayon İcra Hakimiyyəti ilə «S.A.N.İ. X7» MMC arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında 423 nömrəli 09 mart 2016-cı il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında 19 sentyabr 2005-ci il tarixdə X2 adına verilmiş JN- 8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə koordinatları (sxemi) göstərilmiş, S.S.Axundov adına Aqro-istehsal müəssisəsinin ərazisində (Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində) yerləşən 15 hektar torpaq sahəsi «S.A.N.İ. X7» MMC-nin istifadəsinə verilmişdir. Həmin tarixdən başlayaraq qeyd edilən torpaq sahəsi «S.A.N.İ. X7» MMC-nin istifadəsindədir. Lakin bu günlərdə X6 müəssisəyə gələrək 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X7» MMCnin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində özünün icarə hüququnun qeydiyyata alınmasını təsdiq edən çıxarışı və həmin çıxarışın verilməsi üçün əsas olmuş məhkəmə qərarını onlara təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, X2 «S.A.N.İ. X7 MMC-nin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2003-xx.xx.2028; 25 (iyirmi beş) il müddətinə ünvan 2 ünvanında yaşayan Ə.A.İsmayılovun ərizəsi barədə» 26 saylı 09 mart 2016-ci il tarixli sərəncamının qəbul edilməsi ilə qüvvədən düşmüş Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində yüklü edilən əmlakın nömrəsi **********14, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olmaqla qeydiyyata alınmış və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas isə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2- 1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı olmuşdur. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(104)-219/2024 sayh xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında onun adına 19 sentyabr 2005-ci il tarixdə verilmiş JN-8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsasında istifadəsində olmuş Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsinin «S.A.N.1. X7» MMC-nin icarəsinə verilməsinə dair Bərdə Rayon İcra Hakimiyyətinə 2016-cı ildə ərizə ilə müraciət etməsi, onun ərizəsinin nəzərə alınaraq həmin torpaq sahəsinin Bərdə Rayon İcra Hakimiyyəti başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə «S.A.N.İ. X7» MMC-nin istifadəsinə verilməsi, bu səbəbdən Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab olunması, torpaq sahəsinin 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X7» MMC-nin istifadəsində olması, oğlu X3 xx.xx.2019-cu il tarixdən etibarən «S.A.N.İ. X7» MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad olunması və təsisçilərinin tərkibindən çıxması halları ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinə, daha sonra isə məhkəməyə məlumat verməmiş, nəticədə torpaq sahəsi üzərində mövcud olmayan icarə hüququnun qeydiyyata alınmasına dair əsassız iddiası təmin olunaraq torpaq sahəsinə onun icarə hüququnun 09 mart 2016-c1 il tarixdən qüvvədən düşmüş Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında qanunsuz və əsassız olaraq qeydiyyata alınmasına dair qərar qəbul olunmuş və son nəticədə əslində mövcud olmayan həmin hüquq qeydiyyata alınmışdır. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X2 Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında onun adına 19 sentyabr 2005-ci il tarixdə verilmiş JN-8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsasında istifadəsində olmuş Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsinin «S.A.N.İ. X7» MMC-nin icarəsinə verilməsinə dair Bərdə Rayon lcra Hakimiyyətinə 2016-cı ildə ərizə ilə müraciət etməsi, onun ərizəsinin nəzərə alınaraq həmin torpaq sahəsinin Bərdə Rayon İcra Hakimiyyəti başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə «S.A.N.İ. X7 MMCnin istifadəsinə verilməsi, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab olunması, torpaq sahəsinin 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X7» MMC-nin istifadəsində olması, X2 oğlu X3 xx.xx.2019-cu il tarixdən etibarən «S.A.N.İ. X7» MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad olunması və təsisçilərinin tərkibindən çıxması halları ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinə, daha sonra isə məhkəməyə məlumat verməməsi, bununla bağlı təqdim etdikləri sübutların cavabdehdən asılı olmayan səbəblərdən 2-1(104)-219/2024 saylı inzibati iş üzrə ilkin icraat zamanı məhkəməyə təqdim olunmadığından, həmin məhkəmə icraatının iştirakçısı olaraq Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2- 1(104)-219/2024 saylı inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət edə bilməsini cavabdehin nəzərinə çatdıraraq Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuş 2-1(104)- 219/2024 saylı inzibati iş üzrə yuxarıda göstərilən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət edilməsini, X2 adına «S.A.N.i. X7» MMC-nin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququna dair - xx.xx.2003-xx.xx.2028; 25 (iyirmi beş) il müddətinə Bərdə Rayon İcra Hakimiyyəti başçısının 66 saylı 21 aprel 2003cü il tarixli sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində yüklü edilən əmlakın nömrəsi **********14, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olmaqla aparılmış qeydiyyatın və bununla bağlı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini, Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində “S.A.N.İ. X7” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb bununla bağlı «S.A.N.İ. X7» MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsini təmin etməsini cavabdehdən xahiş etmişlər. Lakin hüququnun Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı əsasında gətirilərək torpaq sahəsi üzərində «S.A.N.İ. X7» MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb bununla bağlı «S.A.N.İ. X7 MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
12. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə Bərdə şəhəri, Natəvan küçəsi, 20 saylı evdə yaşayan X4 S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədilə icarəyə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmiş, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən icarəyə ayrılmış torpaq sahəsinin – dörd tərəfdən (şimaldan, şərqdən, qərbdən və cənubdan) dren ilə həmsərhəd olmaqla 15 (on beş) hektar torpaq sahəsinin yerində ölçülüb icarəyə (25 il müddətinə) heyvandarlığı inkişaf etdirmək məqsədilə Bərdə şəhəri, Natəvan küçəsi, 20 saylı evdə yaşayan X4 verilməsinin təmin edilməsinin Bərdə Torpaq şöbəsinə tapşırılması qərara alınmışdır. Sözügdən torpaq sahəsinə dair xx.xx.2003-cu il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. Daha sonra Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamı ilə Bərdə şəhəri, Natəvan küçəsi, ev 20 ünvanında yaşayan X2 ərizələri nəzərə alınmış, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən Bərdə şəhəri, Natəvan küçəsi, ev 20 ünvanında yaşayan X2 icarəsinə verilmiş 15 hektar torpaq sahəsi həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X5 olan “S.A.N.İ X7” MMC-nin icarəsinə 15 il müddətinə verilməsi, ünvan 1 ünvanda yaşayan X5 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinin 15 il müddətinə “S.A.N.İ X7” MMC-nin icarəsinə verilməsi barədə xx.xx.2016-cı il tarixli 423 nömrəli müqavilə bağlanılmışdır.
13. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində (Çələbilər kəndində) yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3115/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Lakin həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-219/2024 nömrəli qərarı ilə ləğv edilmiş və yeni qərar çıxarılaraq iddia təmin edilmiş, Bərdə rayonu, Çələbilər kəndi, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində iddiaçı X2 icarə hüququnun qeydə alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın icrası nəticəsində Bərdə şəhəri, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində X2 25 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir.
14. İddiaçı hazırkı tələbində Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində “S.A.N.İ X7” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb bununla bağlı “S.A.N.İ X7” MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
15. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi 15 ha üzərində artıq X2 icarə hüququ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2-1(104)-219/2024 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində X2 icarə hüququna dair aparılmış qeydiyyat qüvvədə olduğu üçün, həmin torpaq sahəsi üzərində “S.A.N.İ X7” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb bununla bağlı “S.A.N.İ X7” MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi istisna edilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
18. Yəni, nə qədər ki, iddiaçı tərəfindən Bərdə şəhəri, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində X2 25 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair xx.xx.2024-cü il tarixdə aparılmış reyestr qeydinə etiraz edilməmişdir (həmin qeyd mübahisələndirilməmişdir) və reyestr qeydi qüvvədədir, eyni torpaq sahəsinə dair başqa subyektin hüququnun qeydiyyatı həyata keçirilə bilməz.
19. Ona görə də, iddia mümkün sayılmamalıdır.
20. İddiaçıya izah edilməlidir ki, Bərdə şəhəri, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində X2 25 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair xx.xx.2024-cü il tarixdə aparılmış reyestr qeydi Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2-1(104)-219/2024 saylı qərarı əsasında həyata keçirildiyi üçün həmin işlə bağlı üçüncü şəxs qismində cəlb olunması ilə bağlı adıçəkilən məhkəməyə müraciət etmək hüququ vardır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
22. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva