Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-5175/2024 17.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13900/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsinin ərazi yurisdiksiyasına bağlı oluduğundan inzibati iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-cü maddəsinin tələblərinə əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin işi aidiyyəti üzrə göndərməsi əsaslı olmamışdır. Belə ki, hazırkı mübahisə üzrə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 may 2024-cü il tarixli **********3163 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” 13 sentyabr 2024-cü il tarixli **********477400 nömrəli qərarlarını mübahisələndirməklə, həmin qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarından o da müəyyən olunur ki, mübahisə predmeti vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyekt Bakı şəhəri, Qaradağ rayonu Lökbatan ŞTQ Lökbatan qəsəbəsi Sədərək TM-nə gedən yolun şimal-qərbi ünvanında yerləşməklə İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə uçota alınaraq “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (boyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış verilmiş və həmin idarə tərəfindən xx.xx.2023-cü il tarixdə nəzarət kassa nəzarət aparatı quraşdırılaraq **********8 nömrəli qeydiyyat vəsiqəsi işlənilmişdir. Beləliklə, barəsində vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmiş Əliyev X1 şəhəri İ.Həsənzadə küçəsi ev 6, mənzil 12 ünvanında qeydiyyatda olsa da, sahibkarlıq obyekti Bakı şəhəri, Qaradağ rayonu Lökbatan ŞTQ Lökbatan qəsəbəsi Sədərək TM-nə gedən yolun şimal-qərbi ünvanında yerləşdiyindən və həmin obyekt İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə uçota alındığından, həmçinin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolunda işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə iddiaçının etiraz etməsini, cavabdehin isə məhkəmənin mülahizəsinə buraxmasını məhkəmə hesab edir ki, müvafiq iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən məhkəmələrə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli 1-8-10/2-2194/2024 saylı icmal məktubunda İPM-nin 8.1.2-ci maddəsinin ikinci cümləsində qeyd edilən hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yeri və olduğu yer anlayışlarına izah verilərək göstərilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi uçota alına bilər. Başqa sözlər, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsas onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla ərazi aidiyyətinin həlli məsləsində İPM-nin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmə yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.” İddaçı İddiaçı adına 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** nömrəli uçot nömrəsi verilməklə VÖEN açılmasına baxmayaraq vergi ödəyicisi kimi Bakı şəhəri, Qaradağ rayonu Lökbatan ŞTQ Lökbatan qəsəbəsi Sədərək TM-nə gedən yolun şimalqərbi ünvanında fəaliyyət göstərir və həmin obyekt İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023cü il tarixdə uçota alınmış, bir sahibkar kimi Bakı şəhərində fəaliyyət göstərir. Həmçinin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolundan müəyyən edilir ki, işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə iddiaçının etiraz etmiş, cavabdehin isə məhkəmənin mülahizəsinə buraxmışdır. Göründüyü kimi iddiaçı işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmiş, cavabdeh isə ərazi aidiyyətini nəinki mübahisələndirməmiş, hətta verdiyi cavabla işin Gəncə İnzibati məhkəməsinə göndərilməsinə marağının olmadığını ifadə etmişdir. İddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, sahibkarlıq obyekti Bakı şəhəri, Qaradağ rayonu Lökbatan ŞTQ Lökbatan qəsəbəsi Sədərək TM-nə gedən yolun şimal-qərbi ünvanında yerləşir və həmin obyekt İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən uçota alınmışdır. Belə olan halda şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədi ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-411/2024 saylı, 24 yanvar 2024-cü il tarixli “ərazi aidiyyətinin mübahisələndirilməsi” haqqında qərarında da vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmə yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olması kimi oxşar mövqe əks etdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.2-ci maddələrinin tələblərinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, o cümlədən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə işi müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə aidiyyətinin həlli üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunan xüsusatlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(114)- 5175/2024 nömrəli inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-5175/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-5175/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver