Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-5566/2025 13.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “ölüm faktının tanınması üçün ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “ölüm faktının tanınması üçün ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 ölüm faktının tanınması üçün ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında qeyt etmişdir ki, 2018ci ildə rəsmi nikahları pozulmuş, yoldaşı mart ayında dünyasını dəyişmişdir. Yoldaşının sənədləri düzəlmədiyindən ailə başçısını itirməyə görə müavinət ala bilmir. İddianın təmin edilməsini xahiş etmişdir.
3. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
4. Tərəflərin hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
6. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
8. Həmin qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri).
9. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş formal tələblərə cavab verməsindən ibarətdir.
10. İddiaçı ərizəsinin “xahiş edirəm”, yəni tələb hissəsində mərhum həyat yoldaşı X1 ölüm faktının tanınması üçün ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
11. Məhkəmə tərəfindən iddiaçının “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetinə yüklənmiş xx.xx.2025-ci il tarixli sərəncamda İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, cavabdehin yalnız Cavabdeh2 göstərilməsi təklif edilmişdir.
12. Bundan sonra iddiaçı tərəfindən AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş xx.xx.2025-ci il tarixli ərizədə o, mərhum həyat yoldaşı X1 ölüm faktının tanınması üçün ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulmasını qeyd etmişdir.
13. Davamı olaraq, məhkəmə tərəfindən iddiaçının “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetinə yüklənmiş xx.xx.2026-cı il tarixli sərəncamda İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, onun hazırkı iddianı X2 adından qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı, hazırkı iddianı övladları X4 və ya X3 adından qaldırmalı (yəni iddia ərizəsində iddiaçı qismində onun yox, övladları X4 və ya X3 adı qeyd edilməli), iddia ərizəsi isə uşağın qanuni nümayəndəsi olaraq onun tərəfindən imzalanmalı olduğu nəzərə çatdırılmış, sərancamda qeyd edilən çatışmazlıqları aradan qaldırmaqla (X4 və ya X3 iddia ərizəsində iddiaçılar qismində, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin cavabdeh qismində qeyd etməklə, həmçinin qanuni nümayəndəsi - anası tərəfindən imzalanmış iddia ərizəsini təqdim edilməklə, eyni zamanda ərizənin “xahiş edirəm” hissəsində “mərhum atalarının X1 xx.xx.2025-ci il tarixində ölümü barədə aktını qeyd edilməklə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini ehtiva edən yeni iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
14. Həmin sərəncam məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetinə yüklənsə də, iddiaçı tərəfindən iddia tələbində yol verilmiş formal xətaların aradan qaldırılması ilə bağlı faktiki hərəkətlər edilməmiş, yenilənmiş iddia ərizəsi məhkəməyə daxil olmamışdır.
15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2026-cı il tarixli sərəncam göndərilərək iddia ərizəsində olan formal xətaların aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün xx.xx.2026-cı il tarixə qədər vaxt verilməsi, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
16. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır.
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 46. İddia ərizəsinin məzmunu İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
18. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmkə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “ölüm faktının tanınması üçün ölüm haqqında şəhadətnamənin verilməsi” barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov