Məhkəmə qərarları › İş №e-2-1(114)-5809/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-5809/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-5809/2025 13.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı İldırım oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı İldırım oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə aprılmış ********** saylı reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. ünvan 5ndə yerləşən 5.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6315.45 kv.m əmlak kompleksi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2009-cu il tarixli, **********96-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir.

2. Hərrac Təşkilatının “İpoteka Predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” xx.xx.2023-cü il tarixli, 70/01 nömrəli protokola əsasən ünvan 5ndə yerləşən 5.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6315.45 kv.m əmlak kompleksi "xxxx" ASC tərəfindən əldə edilmişdir. Qeyd olunan hərrac protokolu əsasında "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, **********96-12301 reyestr nömrəli çıxarış verilmişdir.

3. Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-3589 reyestr nömrəli müqaviləsinə əsasən "xxxx" ASC mülkiyyətində olan Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksi və 5.0 ha torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Həmin müqavilə əsasında "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir.

4. İddiaçı İldırım oğlunun vəkil olan nümayəndəsi Nümayəndə Gəncə şəhəri, Kimyaçılar küçəsi (yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 26) ünvanında yerləşən əmlak kompleksinə dair verilmiş çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, həmin İdarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-Ə-0190/02- 8/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-Ə-01xx-xx/2025 nömrəli cavab məktublarında bildirilmişdir ki, müraciətinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(103)-418/2025 nömrəli qərardadı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(005)-213/2025 nömrəli qərardadı 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Müraciətində qeyd olunan əmlak kompleksinə dair verilmiş çıxarışın mübahisələndirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. II. Məhkəmədə icraat

5. İddiaçı İldırım oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə "xxxx" MMC-yə verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********27- 12301 nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə ünvan 4 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin üzərinə həbs qoyulması və həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Nərimanov Rayon Məhkəməsinin 16(005)- 213/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və əmlakın özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(103)-418/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Lakin xx.xx.2025-ci il tarixdən əmlak üzərinə həbs qoyulmasına və e- 16(005)-213/2025 saylı icra vərəqəsi verilməsinə baxmayaraq, həmin əmlak kompleksi xx.xx.2025-ci il tarixdə qanunsuz yolla "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və bu barədə cavabdeh tərəfindən çıxarış verilmişdir. Məhz həmin çıxarışın verilməsindən sonra "xxxx" MMC tərəfindən Nərimanov Rayon Məhkəməsinin 16(005)-213/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilmiş, həmin məhkəmənin 16(005)-213/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməsə də, MMC-nin həmin qərardaddan şikayəti Bakı Apellyasiya Məhkəməsinin 16(103)-549/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ilə təmin edilmiş və əmlak kompleksi üzərindən həbs götürülmüşdür. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş və üzərində həbs olan əmlak kompleksi qanunsuz yolla özgəninkiləşdirilmişdir. Gəncə şəhəri, Kimyaçılar küçəsi ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin üzərinə xx.xx.2025-ci il tarixdən əmlak üzərinə həbs qoyulmasına baxmayaraq, həmin əmlak kompleksinə dair qanunsuz çıxarışın verilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla müraciət edərək, çıxarışın ləğv edilməsini tələb etmişlər. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktublarında Nərimanov Rayon Məhkəməsinin 16(005)- 213/2025 saylı xx.xx.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 16(103)-549/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadlarının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilməməsinə görə sözügedən əmlak kompleksinə dair "xxxx" MMC-yə çıxarış verildiyini bildirmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli və 05 fevral 2013-cü il tarixli, 813 nömrəli fərmanı ilə “elektron hökumət” portalının keyfiyyətinin artırılması, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində tədbirlərin təşkili nəzərdə tutulmuşdur və 15 ilə yaxındır ki, “elektron hökumət” portalı təşkil edilmişdir. Lakin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi öz fəaliyyətində kobud nöqsanlara yol verməklə, “elektron məhkəmə” informasiya sisteminin də tətbiq olunduğu bir dövrdə kobud etinasızlıq edərək qeyd etdikləri əmlak kompleksi üzərinə qanuni qüvvəsini almış məhkəmə qərardadları ilə həbs qoyulmasını nəzərdən qaçırmaqla iddiaçının hüquqlarını kobud şəkildə pozmuş, Azərbaycan Respublikası Prezidentinin “elektron hökumət” portalının yaradılması və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətinə hörmətsizlik nümayiş etdirmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktublarında "xxxx" MMC-yə verilmiş çıxarışın qanunvericiliyin tələblərinə müvafiq qaydada verildiyi əsaslandırılmamış, cavabdeh Nərimanov Rayon Məhkəməsinin 16(005)-213/2025 saylı xx.xx.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 16(103)-549/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadlarının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilməməsinə görə sözügedən əmlak kompleksinə dair "xxxx" MMC-yə çıxarış verildiyini bildirərək, öz etinasızlığının və səhvinin təqsirini məhkəmələrin üzərinə yıxmağa çalışaraq, məhkəmə hakimiyyətinə də hörmətsizlik nümayiş etdirmişdir. Bununla da cavabdeh iddiaçının hazırda davam edən məhkəmə çəkişmələrindən sonra əmlak kompleksi üzərində yarana biləcək mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində "xxxx" MMC sözügedən əmlak kompleksi üzərində qanunsuz mülkiyyət hüququ əldə etmiş və qanunsuz əldə etdiyi hüquqdan sui-istifadə edərək, Nərimanov Rayon Məhkəməsinin 16(005)-213/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Məhkəmə şikayəti təmin etməsə də, "xxxx" MMC-nin Nərimanov Rayon Məhkəməsinin sözügedən qərardadından şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(103)-549/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş və əmlak kompleksi üzərindən həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(103)-549/2025 saylı qərardadında əmlak üzərində həbsin saxlanmasının mülkiyyətçi kimi "xxxx" MMC-nin hüquqlarını pozduğunu əsas gətirərək, həbsin götürülməli olduğunu hesab etmişdir. İndiyə kimi "xxxx" MMC ilə "xxxx" ASC, Gəncə şəhəri üzrə İcra İdarəsi və Hərrac Mərkəzi arasında olmuş çoxsaylı məhkəmə mübahisələrinin gedişində əmlak kompleksi üzərində həbs olmuş, məhz cavabdehin öz səlahiyyətlərini lazımi qaydada icra etməməsi mübahisə predmeti olan əmlak kompleksinin "xxxx" MMC-nin mülkiyyətinə keçməsinə səbəb olmuşdur. Bununla yanaşı Nərimanov Rayon Məhkəməsinin 16(005)- 213/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayətə xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Təbii sual yaranır ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə çıxarış verilmişdisə, hansı səbəbdən şikayətə baxılarkən həmin çıxarış məhkəməyə təqdim edilməmiş və ya “elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron kabinetə daxil edilməmişdir? Bu hal onu deməyə əsas verir ki, Nərimanov Rayon Məhkəməsinin 16(005)-213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayətə xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılarkən sözügedən əmlak kompleksi üzərində "xxxx" MMC-yə verilmiş çıxarış mövcud olmamışdır və mübahisələndirdikləri çıxarış sonradan cavabdeh tərəfindən qanunsuz yolla rəsmiləşdirilmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Gəncə şəhəri, Kimyaçılar küçəsi ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə aprılmış ********** saylı reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-5809/2025 nömrəli qərardadı ilə "xxxx" MMC zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı İldırım oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə Gəncə şəhəri, Kimyaçılar küçəsində (Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 20) yerləşən əmlak kompleksi (reyestr nömrəli **********27-12301) üzərində "xxxx" MMC-nin qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-21-3-33/1- Ə-01xx-xx/2025 (**********) nömrəli və xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətlərinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, müraciətinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(103)-418/2025 nömrəli qərardadı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(005)-213/2025 nömrəli qərardadı 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilməmişdir. Müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş çıxarışın mübahisələndirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. ünvan 5ndə yerləşən 5.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6315.45 kv.m əmlak kompleksi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2009-cu il tarixli, **********96-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Hərrac Təşkilatının ipoteka saxlayana “İpoteka Predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” xx.xx.2023-cü il tarixli, 70/01 nömrəli protokola əsasən ünvan 5ndə yerləşən 5.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6315.45 kv.m əmlak kompleksi "xxxx" ASC-yə verilmişdir. Qeyd olunan hərrac protokolu əsasında "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, **********96-12301 reyestr nömrəli tək çıxarış verilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinə dair texniki pasport tərtib edilmişdir. Gəncə şəhərində Kəpəz və Nizami rayonları ləğv olunduğu üçün sözügedən əmlak kompleksinə dair "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli, **********27-12301 reyestr nömrəli yeni çıxarış verilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə- 3589 reyestr nömrəli müqaviləsinə əsasən "xxxx" ASC mülkiyyətində olan Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksi və 5.0 ha torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Həmin müqavilə (müqavilə xx.xx.2023-cü ildə bağlansa da 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixində elektron qaydada göndərilmişdir) əsasında "xxxx" MMC-yə xx.xx.2025- ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)- 28/2024 nömrəli qərardadına əsasən, ərizə qismən təmin edilmiş, mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə qərardadına əsasən qərardad dərhal icra edilməsi, xx.xx.2024-cü il tarixində qüvvədən düşməsi qərara alınmışdır. Qeyd olunan qərardad Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, xx/xx-20547/18 nömrəli müşayət məktubu ilə birlikdə ********** nömrə ilə qeydə alınmışdır. Yasamal Rayon Məhkəməsinin e-16-(004)- 28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası qüvvədən düşdüyünə görə icrası mümkün olmamışdır və bu barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1849/2024 nömrəli İcra İdarəsinə məktub göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)-61/2024 nömrəli qərardadına əsasən, "xxxx" ASC-nin ərizəsi təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(113)-61/2024 nömrəli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 16(103)-197/2025 nömrəli qərardadına əsasən, şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)-61/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli, Ş.Ş 113959/2025 nömrəli müşayət məktubu ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)-61/2024 nömrəli qərardadı icra üçün Ərazi İdarəsinə göndərilmişdir. Qərardad icra olunaraq xx.xx.2025-ci il tarixli, e- 16(125)- 61/2024 nömrəli icra olunaraq əmlak üzərinə qoyulmuş qadağa götürülmüşdür. İddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(005)-213/2025 nömrəli qərardadına əsasən, ərizəçi İddiaçı İldırım oğlunun əmlak kompleksi üzərinə həbs qoyulması və həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə ərizəsi qismən təmin edilmişdir. Həmin qərardaddan "xxxx" ASC şikayət vermişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(005)-213/2025 nömrəli qərardadına əsasən, "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(103)-418/2025 nömrəli qərardadına əsasən, maraqlı şəxs "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 16(005)-213/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(005)-213/2025 qərardadına əsasən, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(005)-213/2025 nömrəli qərardadından maraqlı şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(103)-549/2025 nömrəli qərardadına əsasən, şikayət təmin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(005)-213/2025 nömrəli qərardadı ləğv edilmiş, ünvan 5 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin üzərinə həbs qoyulması və həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması İddiaçı İldırım oğlunun ərizəsinin təmin edilməmiş, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə mindiyi, ondan kassasiya şikayətinin verilə bilməməsi qeyd olunmuşdur. Gəncə şəhəri, Kimyaçılar küçəsində 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e16(005)-213/2025 nömrəli icra vərəqəsi, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, 54808/25-15-5 nömrəli müşayət məktubu ilə xx.xx.2025 il tarixində ESD (elektron sənəd dövriyyəsi) ilə 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Həmin icra sənədi əvvəllər 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilməmişdir. İddiaçı iddia ərizəsində əmlak üzərində həbs qoyulmasına və e-16(005)-213/2025 saylı icra vərəqəsinin verilməsinə baxmayaraq həmin əmlak kompleksinin xx.xx.2025-ci il tarixində qanunsuz yolla "xxxx" MMC-nin mülkiyyətinə verildiyi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edildiyi və əmlakın qanunsuz özgəninkiləşdirildiyi qeyd edilmişdir. İddiaya münasibətdə bildiririk ki, Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə- 3589 reyestr nömrəli nisyə-alqı satqı müqaviləsinə əsasən "xxxx" ASC mülkiyyətində olan Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksi və 5.0 ha torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. AR ƏN-nin Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Gəncə Ticarət Mərkəzi “MMC müqavilə üzrə öhtəliklərini yerinə yetirmiş, "xxxx" ASC-yə heç bir borcu olmamışdır. Həmin müqavilə (müqavilə xx.xx.2023cü ildə bağlansa da 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixində elektron qaydada göndərilmişdir) əsasında "xxxx" MMC-yə xx.xx.2025- ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Qeyd olunanlardandan məlum olur ki, əmlak xx.xx.2025-ci il tarixində qanunsuz yolla deyil, xx.xx.2023-cü il tarixli, 4Ə-3589 reyestr nömrəli nisyə-alqı satqı müqaviləsinə əsasında özgəninkiləşdirilmiş və əmlak üzərində hüququn qeydi qeydə alınmışdır.

11. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir.

13. İddiaçının vəkil olan nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi və və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməmələrinin üzrlü səbəbləri yaxud mümkünsüzlüyü barədə mhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

16. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, **********96-12301 reyestr nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 5ndə yerləşən 5.0 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6315.45 kv.m əmlak kompleksi həmin müəssisənin borcuna görə hərraca çıxarılmış və “İpoteka Predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” xx.xx.2023-cü il tarixli, 70/01 nömrəli protokola əsasən "xxxx" ASC tərəfindən əldə edilmiş və bunun nəticəsində sonuncuya xx.xx.2023-cü il tarixli, **********96-12301 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-3589 reyestr nömrəli müqaviləsinə əsasən "xxxx" ASC mülkiyyətində olan Gəncə şəhəri, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksi və 5.0 ha torpaq sahəsini "xxxx" MMC-yə satmış və həmin MMC-yə mülkiyyət hüququna dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27-12301 reyestr nömrəli çıxarış verilmişdir.

17. Hazırda iddiaçı əmlak üzərində həbs qoyulmasına və e-16(005)-213/2025 saylı icra vərəqəsinin verilməsinə baxmayaraq həmin əmlak kompleksinin xx.xx.2025-ci il tarixində qanunsuz yolla "xxxx" MMC-nin mülkiyyətinə verildiyi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edildiyi və əmlakın qanunsuz özgəninkiləşdirildiyi qeyd edərək, həmin reyestr qeydinin ləğv olunmasını tələb edir.

18. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

19. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

20. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli əmlak kompleksinə dair başqa şəxsin adına aparılmış reyestr qeydini mübahisələndirmək üçün həmin əmlak kompleksinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

21. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

22. Hazırki işdə isə iddiaçının mübahisə predmeti olan əmlak kompleksinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir.

23. Belə ki, hüquqmüəyyənedici sənəd dedikdə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

24. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.

25. Göründüyü kimi, hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Məhkəmə qeyd edir ki, İddiaçı İldırım oğlunun sözügedən əmlak kompleksinə dair hər hansı hüququnun mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçıların İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüquqları olmadığından, o, hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.

29. Ona görə də, iddia mümkün sayılmamalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar