Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-6759/2025 02.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarının qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı Qərarının qismən etibarsız, yəni torpaq sahəsinin X10, X11, X5, X6, X9, X2 münasibətdə mülkiyyətə verilməsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı Qərarına əsasən Şəmkir rayonu Morul kənd sakini X16 oğluna və onun ailə üzvləri Qədimova Şövkət Əvəz qızına, Qədimova Vüsalə Əkbər qızı, X4, X17 oğluna, X3, X2 0,12 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. Bu əsasda JN 2270A, KOD 50401004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş və bu Şəhadətnaməyə əsasən onun bir surəti X7 təqdim edilmişdir. Lakin Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı qərarı aşağıda qeyd edilən hallara görə qismən etibarsız inzibati akt kimi tanınmalıdır: Qərarda adı çəkilən X10, yəni mərhum həyat yoldaşı aqrar islahat aparılmamışdan əvvəl, yəni xx.xx.1985-ci ildə vəfat etmişdir. Aqrar islahat aparılan zaman o sağ olduğundan və torpaq sahəsi tam olaraq onun mülkiyyətinə verilməli olduğu halda, kimə ünvanlandığı aydın olmayan inzibati akt kimi kobud səhvə və yanlışlığa yol verilərək mərhum yoldaşının adı yazılmış və ona verildiyi qeyd olunmuşdur. Qərarda oğlu X11, gəlini X5, nəvələri Qədimova Əminə (orada səhvən “Aminə” yazılıb) Nazim qızı, X6 və X8 həmin vaxt, yəni aqrar islahat gedən zaman ümumiyyətlə Azərbaycan Respublikasının vətəndaşı olmayaraq Rusiya Federasiyasında (RF) yaşamışlar və oranın vətəndaşı olmuşdurlar. Hazırda da həmin şəxslər RF vətəndaşıdırlar və daimi olaraq orada yaşayırlar. Yenə də kobud səhvə yol verərək qeyrivətəndaş, yəni əcnəbi olan şəxslərə torpaq sahəsi ayrılmışdır. O, 1935-ci il təvəllüdlü olmaqla, ahıl olduğundan və savadsız olmaqla, yazma-oxuma bilmədiyindən hüquqlarından xəbərdar olmamışdır. Bu ilin payızında isə evinə dair sənəd, çıxarış alan zaman ona bildirildi ki, torpaq sahəsində digər şəxslərin də adı qeyd olunmuşdur. Odur ki, mülkiyyətinin tam olaraq ona məxsus olmasının müəyyən edilməsi ilə əlaqədar Cavabdehnə qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 68 saylı Qərarına qismən etibarsız hesab edilməsinə zərurət yaranmışdır. Ahıl yaşda bir qadın olaraq ona yardım etməyi xahiş edir. 65 ildir ki, o bu torpaqda əkib-biçib yaşayır. İddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İşdə olan JN-2270A KOD 50401004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi Şəmkir rayonu Morul kənd sakinləri X10, İddiaçı, X5, X9, X11, X6 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38-ci maddəsində iddia müddətləri nəzərdə tutulmuşdur. 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarına görə, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdırıb, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarının qismən etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, 2011-ci il 1 yanvar tarixindən sonra və hal-hazırda inzibati mübahisələr üzrə iddia müddəti tətbiq edilən iddialara dair iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 2011-ci il 1 yanvar tarixinədək isə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materialları ilə İddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999cu il tarixli, 68 saylı qərarını xx.xx.2011-ci il tarixədək mübahisələndirdiyi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixədək iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarını mübahisələndirmək hüququ olmasına baxmayaraq, mübahisələndirməmiş, Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulan müddəti ötürmüş və onun həmin qərarı məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarının qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Cavabdehnə qarşı “Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarının qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva