Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-68/2023 22.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun əvvəlki hərbi xidmətinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdən X7 2006-cı hərbi hissəsində xidmətə başlamışdır. 2011-ci ilin mart ayından həmin 9-cu sərhəd zastavasında təminat qrup komandiri, 2014-cü ildən 2-ci komendatlığın birləşmiş anbar rəisi, 2016-cı ildən texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində çalışmışdır. 2017-ci il tarixindən qeyd olunan hərbi hissənin təminat bölüyü mühəndis yol tağımının istehkam qrupunun komandiri olmuşdur. 2018-ci ilin may ayında Qazax sərhəd dəstəsinin diviziyasında ezamiyyətdə olarkən “Məğrur”-1, “Məğrur”-2 postlarının alınmasında göstərdiyi nailiyyətlərinə görə xidmət rəisinin əmri ilə çavuş rütbəsindən baş gizir rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin oktyabr ayında N saylı hərbi hissədə toplantıda olmuşdur. Toplantıdan qayıtdıqdan sonra 207 nəfərlik könüllülər üzrə təminat qrup komandiri olmuşdur. 12 illik fasiləsiz və qüsursuz xidmət müddətində dövlət Sərhəd Xidmətnin rəisi general polkovnik Elçin Quliyev tərəfindən qüsursuzluq medalı, 10 illik xidmətə görə və 3cü dərəcə qüsursuzluq medalı ilə təltif olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmətdən kənarlaşdırılmağı aşağıdakılarla əlaqələndirilmişdir. xx.xx.2022-ci il tarixdə o xidmətdə olarkən hərbi hissənin komandiri mayor Teymur Ağamalıyev kartına yüklənən 40(qırx) manat pulun izahını tələb etmiş, o isə izahatında həmin məbləğin N saylı hərbi hissənin baş giziri Asif Abbasovun ona olan borcunun qaytarılması səbəbindən olduğunu bildirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissənin baş giziri Asif Abbasov onların hərbi hissədə hərbi xidmətdə olan bacısı oğlu əsgər Ziya Quliyevə 40 manat borc verməyini mobil telefon vasitəsilə xahiş etmiş və o həmin məbləği qeyd olunan tarixdə ona vermişdir. Bu səbəbdən də N saylı hərbi hissənin baş giziri Asif Abbasov borc verdiyi 40 manat pulu onun kartına yükləmişdir. Bu barədə o və əsgər Ziya Quliyev öz ərizələrində bildirmişdir. Bundun başqa N saylı hərbi hissənin baş giziri Asif Abbasov da mobil telefon vasitəsilə göstərilənləri olduğu kimi hərbi hissənin komandiri mayor Teymur Ağamalıyevə bildirməklə təsdiq etmişdir. Bütün bunlara baxmayaraq mayor T.Ağamalıyev heç bir əsas olmadan qərəzli şəkildə onun təxris olunmağı barədə general-leytenant Araz Məmmədova həqiqətə uyğun olmayan məruzə etmiş va bunun əsnasında onun xidmətə uyğunsuzluq maddəsi ilə təxris etmişlər. Hesab edir ki, barəsində verilmiş əmr əssssız və qaununsuzdur. Qeyd olunanların həqiqəti əks etdirmədiyini, 12 illik fasiləsiz və qüsursuz xidmət müddətində heç bir nöqsanın olmamasını, baş verənlərin qərəzli şəkildə ona qarşı haqsızlıq olmasını nəzərə alaraq xidməti fəaliyyətinin şəxsi nəzarətə götürülməklə ətraflı araşdırılması, hər hansı neqativ hallar aşkar edilərsə toplanmış sənədlərin hüquq-mühafizə orqanlarına təqdim olunması, göstərilənlərin təsdiq edilmədiyi halda onun xidmətə bərpa olunmağı barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə xahişlə müraciət etmiş, əks halda aidiyyəti məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində olduğunu bildirmişdir. Lakin, bu günədək heç bir araşdırma aparılmamış və ərizəsinə саvаb verilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iddia tələbinə etiraz edərək bildirmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı həqiqi hərbi xidmətdə oluğu vaxt Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları haqqında” xx.xx.2013-cü il tarixli 49 nömrəli və “Hərbi qulluqçuların valideynləri ilə əlaqələrinin tənzimlənməsi barədə” xx.xx.2019-cu il tarixli 1 nömrəli əmrinin tələblərini və şəxsi heyətlə davranış qaydalarını pozaraq müddətli hərbi qulluqçuların valideynləri ilə qeyri xidməti məqsədlə əlaqədə olaraq özünə məxsus əmək haqqı kartına valideynlər tərəfindən müddətli həqiqi hərbi qulluqçulara çatacaq müəyyən məbləğdə pul vəsaitləri köçürülmüş və xidmət zamanı müddətli hərbi qulluqçularla davranış qaydalarını pozmuş, onlara qarşı nalayiq sözlərdən istifadə etmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə intizam pozuntularına yol vermiş və xidmət dövründə 5 halda intizam cəzası almış, lakin xidmətində dönüş etmədiyindən hərbi hissə komandiri mayor Teymur Ağamalıyevin vəsatəti ilə 12 yanvar 2022-ci il tarixdə komissiya qarşısına çıxarılmışdır. Komissiyanın iclasında baş gizir İddiaçı davranışlarında sərhədçiyə yaraşmayan yol verdiyi bir sıra nöqsanlara görə hərbi hissə rəhbərliyindən üzr istəyərək bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Komissiya nəticəsində hərbi qulluqçunun hərbi rütbədən məhrum edilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edilmişdir. Baş gizir İddiaçı komissiya iclasının prototkolu ilə tanış olmuş və protokolun məzmunu öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə hərbi qulluqçu 13 yanvar 2022-ci il tarixdə raporta hərbi hissə komandirinə müraciət edərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə əlaqədar şəxsi işini Azərbaycan Respublikası SHXÇX-nin Ağstafa rayon şöbəsinə göndərilməsini xahiş etmiş, həmçinin mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmişdir. Komissiyanın yekun rəyinə əsasən hərbi hissə komandiri mayor Teymur Ağalarovun təqdimatına əsasən Dövlət Sərhəd Xidməti rəisinin müavini, X3 02 fevral 2022-ci il tarixli, 82 ş/h nömrəli əmri ilə baş gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qeyd olunan müvafiq əmr hərbi qulluqçuya elan edilərək xx.xx.2022-ci il tarixdə b əyinat vərəqəsi verilmişdir. Hərbi qulluqçu xx.xx.2022-с il tarixdə N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”na imza edərək təyinat vərəqəsini götürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xx.xx.2022-c il tarixli, 4/85-1404 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli vəsatətdən görünür ki, N nömrəli hərbi hissənin komandiri mayor Teymur Ağamalıyev tərəfindən Dövlət Sərhəd Xidməti rəisinin müavini-X4 general-leytenant Araz Məmmədov qarşısında maddi-texniki təminat bölüyü nəqliyyatı taqımı minik maşınları qrupunun komandiri-sürücü baş gizir İddiaçı Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “İ” bəndinə müvafiq olaraq, hərbi rütbədən məhrum edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması üçün vəsatət qaldırmışdır. - işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli hərbi hissə komandanlığının keçirilmiş iclasının 4 nömrəli protokolundan görünür ki, keçirilmiş dinləmə iclasında iddiaçı davranışlarında sərhədçiyə yaraşmayan verdiyi bir sıra nöqsanlara görə hərbi hissə rəhbərliyindən üzr istəyərək, bir də belə nöqsana yol verməyəcəyinə söz vermişdir. - işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, iddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmiş və şəxsi imzası ilə imza etmişdir. - işə əlavə edilmiş Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli, 82 ş/h nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş gizir İddiaçı maddi-texniki təminat bölüyü nəqliyyat taqımı minik maşınları qrupunun komandiri-sürücü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanılmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilmişdir. - işə əlavə edilmiş 519 nömrəli “Təyinatların qeydiyyatı” kitabından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə təyinat vərəqəsini almış və bunu şəxsi imzası ilə təsdiq etmişdir. - işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 4/142 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış raportun kserosurətində (xx.xx.2022-ci il tarixli, 77 nömrəli) “baş gizir İddiaçı” qrafasında əks olunmuş imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli, 82 ş/h nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş gizir İddiaçı maddi-texniki təminat bölüyü nəqliyyat taqımı minik maşınları qrupunun komandiri-sürücü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanılmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə təyinat vərəqəsini almış və bunu şəxsi imzası ilə təsdiq etmişdir. Sonuncu hazırda xx.xx.2022-ci il tarixli raportla Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmiş və şəxsi imzası ilə imza etmişdir. İddiaçı hazırda həmin raportun onun tərəfindən imzalanmadığını bildirmiş və sözügedən əmrin əsassız olduğundan ləğv edilməli olduğunu tələb edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:
3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. İş materiallarına əlavə edilmiş ekspert rəyindən də görünür ki, iddiaçı özü könüllü olaraq ehtiyatına buraxılması ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmişdir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi vəzifəvə hərbi xidmət haqqında” Əsasnamənin 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov