Məhkəmə qərarları › İş №e-2-1(114)-7/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-7/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-7/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2N21-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2N19-cu il tarixdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı yanğınla müşayiət olunan partlayış nəticəsində aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək-damar çatışmazlığından xx.xx.2N19-cu il tarixində həlak olmuş X6 “şəhid” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X8 hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş və N iyul 2N19cu il tarixində hərbi hissə komandirinin əmrinə müvafiq olaraq yaradılmış təmir qrupunun tərkibində xidmətdə olan zaman T-72 markalı tankda baş vermiş yanğınla müşayət olunan partlayış nəticəsində aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək-damar çatışmazlığından 13 iyul 2N19-cu il tarixdə müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həlak olmuşdur. İddiaçı qeyd edir ki, həmin vaxt sözügedən təmir qrupu hərbi hissədə olan hərbi texnikanın, o cümlədən tankların döyüş vəziyyətinin yoxlanılması və təmiri məqsədilə yaradılmışdır ki, bu da gələcəkdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsini nəzərdə tuturdu. Bundan başqa, həmin vaxt mərhum oğlu X4 xidmət etdiyi sözügedən hərbi hissədə xidmətdə olan hər kəs əmək haqqından başqa, döyüş xidməti keçdiyinə görə də əlavə əmək haqqı alırdı. Yəni, hadisə olan vaxt iddiaçının oğlu döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmişdir və ona görə də ona "Şəhid" statusu verilməlidir. Bu səbəbdən də iddiaçı N iyul 2N19-cu il tarixində döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı yanğınla müşayət olunan partlayış nəticəsində aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək-damar çatışmazlığından 13 iyul 2N19-cu il tarixində həlak olmuş X6 "Şəhid" statusunun verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh təşkilat tərəfindən ona imtina cavabı verilmişdir. İddiaçı və onun vəkili Nümayəndə məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2N21-ci il tarixli, 11/2494 nömrəli iddiaya münasibətində qeyd edilmişdir ki, gizir X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət keçmişdir. İddiaçının oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N nömrəli hərbi hissənin zirehli tank texnikalarında cari təmir işlərinin aparılması üçün təmir qrupunun yaradılması haqqında" həmin hərbi hissənin komandirinin N iyun 2N19-cu il tarixli 1NN8 nömrəli əmrinə əsasən yaradılmış təmir qrupunun üzvlərini işə başlamazdan əvvəl təhlükəsizlik qaydaları ilə təlimatlandırmamaları, görüləcək işlərin həcmindən və xarakterindən asılı olaraq gündəlik təhlükəsizlik qaydalarını çatdırmaq vəzifəsini icra etməmələri və qrup üzvlərinin işə hazır olub-olmamalarını yoxlamamaları nəticəsində 6 iyul 2N19-cu il tarixdə gizir X5 tankın tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X9 isə tank komandiri bölmələrində oturaraq T-72 markalı tankın içərisində müvafiq yoxlama işləri apararkən, hər hansı zərurət olmadan içərisində mərmilər olan tankın fırlanan transportyorunun iş rejimini mexaniki üsulla, yəni çeviricini əllə hərəkətə gətirib yoxlamaq əvəzinə, yaranmış nəzarətsizlikdən istifadə edərək, işlərinin tez, əziyyətsiz və rahat olması üçün yuxarıda sadalanan T-72 markalı tankın istismarı qaydalarını kobud surətdə pozaraq, konveyeri hər ikisi birlikdə avtomatik rejimdə işə salmış, fırlanma gücünün təsiri altında naməlum şəraitdə konveyerə düşmüş kənar cismin ucluğunun mərmi atımının alışdırıcı kapsulunun mərkəzinə çırpılması nəticəsində barıt atımının alışması, yanğının qısa müddətdə başqa atımlara keçməsilə yanğınla müşayiət olunan partlayış baş vermişdir. Nəticədə iki hərbu qulluqçu ümumi bədən səthinin 1NN%ni əhatə edən termiki yanıq xəsarəti alaraq hadisə yerində, hadisə vaxtı tankın sürücümexanik bölməsində olmuş gizir X8 isə aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək-damar çatışmazlığından 13 iyul 2N19-cu il tarixdə müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsi ilə başlanılmış cinayət işinin ibtidai istintaqı aparılmış və 24 dekabr 2N19-cu il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. X1 ölümü yuxarıda qeyd olunan normativ hüquqi aktda nəzərdə tutulan döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə bağlı olmadığından, ona "Şəhid" statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -surəti işə əlavə edilmiş AZ-İİ N33695 nömrəli, xx.xx.2N19-cu il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2N19-cu il tarixdə “bədən səthinin termik yanığı” səbəbindən vəfat etmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirlinin xx.xx.2N18-ci il tarixli N121 nömrəli (məxfi) əmrindən görünür ki, N nömrəli hərbi hissə xx.xx.2N19-cu il tarixdən cəbəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissə və bölmə hesab edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mərhum övladı X4 döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı yanğınla müşayət olunan partlayış nəticəsində aldığı ağır yanıq xəsarətləri ilə əlaqədar yaranan ürək-damar çatışmazlığından 13 iyul 2N19-cu il tarixdə həlak olduğuna görə mərhum oğluna "şəhid" statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 1N saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 199N-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 199N-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X8 xx.xx.2N19-cu il tarixdən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissə və bölmə hesab edilmiş N nömrəli hərbi hissədə qulluq keçərkən həlak olsa da, bu hal onun hərbçi yoldaşının texniki təhlükəsizlik qaydalarına riayət etməməsi və səhvi nəticəsində baş vermişdir. Göründüyü kimi, iddiaçının mərhum övladının şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 1N saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 3N (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar