Məhkəmə qərarları › İş №e-2-1(114)-7056/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-7056/2025

20.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-7056/2025 20.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2025-ci il tarixli yekun qərarın ləğv edilməsi, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməyinə dair qərarın qəbul edilərək, həmin rəyin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli yekun qərarın ləğv edilməsi, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməyinə dair qərarın qəbul edilərək, həmin rəyin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı ildə anadan olmuş, 18 yaşından hərbi qeydiyyata alınsa da, bir müddət ali təhsil almağı ilə bağlı möhlət hüququ olmuş, daha sonra isə həqiqi hərbi xidmət yararsız olaraq mütəmadi tibbi müayinədən keçmişdir. İlk dəfə xx.xx.2018-ci il tarixdə SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən hər üç ildən bir Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarına uyğun olaraq şəhadətləndirilərək 3 (üç) il müddətinə dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı qərarı ilə şəhadətləndirilmişdir. Sonuncu dəfə SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən yararlığının müəyyən edilməsi məqsədilə 2025-ci il aprel-may ayında əvvəlcə Bərdə rayonunda yerləşən tibb müəssisələrində tibbi müayinələrdən keçdikdən sonra, göndəriş əsasında cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədə isə sağlamlığı müddətli həqiqi hərbi xidmət keçməyə imkan vermədiyi halda, müddətli həqiqi hərbi xidmətə yararlı olduğu barədə həkim məsləhət komissiyası rəy vermişdir. SHXÇDX-nin Bərdə rayon şöbəsi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində verilmiş olan yekun qərarın surəti tələb etməyinə baxmayaraq, həmin qərar ona təqdim edilməmişdir. Sadəcə xx.xx.2025-ci il tarixdə my.gov.az üzərindən ona bildiriş göndərilərək xidmətə yararlı olduğu, 2026-cı ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəyi bildirilmişdir. İnzibati orqana həmin yekun qərarla razı olmadığını bildirmiş, inzibati aktı məhkəmədə mübahisələndirəcəyi bildirsə də İnzibati orqan yekun qərarı ona verməkdən imtina etmişdir. Bu da onun məhkəməyə müraciət və məhkəmədə müdafiə olunmaq hüququnu məhdudlaşdırmışdır. Əlavə olaraq bildirmişdir ki, SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən yararsız olduğu bildirilmiş, lakin yekun qərar onlardan asılı olmadığı, yekun qərarda müddətli həqiqi hərbi xidmətə yararlı olduğu barədə rəyin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi bildirilmişdir. Bildirmək istəyir ki, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yaralı hesab edilməyinin səbəbi 2010cu ildə yıxılmağı nəticəsində çiynində keçirdiyi əməliyyat və xəsarət almağı nəticəsində yaranmış hərəkət məhdudluğu ilə bağlı fəsadlardır. Bununla yanaşı, onun mədə bağırsaq sistemində də müəyyən xəstəliklər olsa da, bununla bağlı həkim müayinəsindən keçmək üçün göndəriş verilməsindən imtina edilmişdir. II. Prosessual məsələlər

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2026-cı il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qoymaqla, iddia tələbi isə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə öz təsdiqini tapmaması barədə xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin isə “A” kateqoriyası üzrə - müddətli həqiqi hərbi xidmətə yararlı sayılması barədə xx.xx.2025-ci il tarixli qərarlarının ləğvi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yararsızlıq səbəbinin eyni kateqoriya üzrə təsdiqlənməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin üzərinə “C” kateqoriyası üzrə - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərarın qəbul edilməsi öhdəliyinin üzərinə qoyulması şəklində qeyd edilməlidir. Sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2026-cı il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

6. İddia ərizəsindən göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmaqda çatmaq istədiyi məqsəd “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə öz təsdiqini tapmaması barədə xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin isə “A” kateqoriyası üzrə - müddətli həqiqi hərbi xidmətə yararlı sayılması barədə xx.xx.2025-ci il tarixli qərarlarının ləğvi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yararsızlıq səbəbinin eyni kateqoriya üzrə təsdiqlənməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin üzərinə “C” kateqoriyası üzrə - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərarın qəbul edilməsi öhdəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir.

7. Bu sahədə səlahiyyətli orqan isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsidir.

8. Buna görə də iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini, iddia tələbi isə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə öz təsdiqini tapmaması barədə xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin isə “A” kateqoriyası üzrə - müddətli həqiqi hərbi xidmətə yararlı sayılması barədə xx.xx.2025-ci il tarixli qərarlarının ləğvi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yararsızlıq səbəbinin eyni kateqoriya üzrə təsdiqlənməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin üzərinə “C” kateqoriyası üzrə - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərarın qəbul edilməsi öhdəliyinin üzərinə qoyulması şəklində qeyd edilməlidir.

9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

10. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

11. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

12. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar