Məhkəmə qərarları › İş №e-2-1(114)-755/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-755/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-755/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) qeydin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin və bu qeyd əsasında Maraqlı şəxs verilmiş 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(114)- 755/2022 nömrəli qərardad ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının vəkilinin ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçının vəkili və üçüncü şəxs məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi, ev 35A saylı fərdi yaşayış evinə dair cavabdeh Maraqlı şəxs adına verilmiş 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, e-2(044)- 468/2021 nömrəli qətnamə ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(044)-468/2021 nömrəli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(104)-1365/2022 nömrəli qətnamə ilə İddiaçı şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(044)-468/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1365/2022 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(102)-5342/2022 nömrəli qərar ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1365/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin ləğv edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş qətnamə vardır və bu əsasla hal-hazırki iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci bəndində qeyd edilmişdir ki, X1 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (Maraqlı şəxs) “Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (Maraqlı şəxs) Gəncə şəhəri, X4 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar