Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-779/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6059 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X32" MMC yalnız Gəncə şəhərində deyil, ətraf rayonlarda da kifayət qədər tanınmış, peşəkar heyətə malik etibarlı klinika kimi uzun illərdir fəaliyyət göstərir. Bu illər ərzində vergi orqanı ilə heç zaman anlaşılmazlıq olmamış, vergidən yayınma kimi bir niyyəti və buna cəhdi olmamışdır. Bütün dünyada, habelə ölkəmizdə bir çox sahələrdə olduğu kimi səhiyyə sektorunda da peşəkar xidmətin təşkili məqsədilə işçilərin qəbulu zamanı onların qısa müddətli (5-10 günlük, bəzən daha qısa, bəzənsə uzun ola bilər) təcrübəsi həyata keçirilir ki, gələcək əməkdaşın işə, kollektivə uyğunluğu, onun real biliklərə, savada və bacarığa malik olması müəyyən edilsin. Məhz bu məqsədlə də bu ilin avqust ayında fərqli adlarda 6 nəfər asağıdakı kateqroriyalı (tibb bacısı, texnik, qeydiyyatçı) isçiləri təcrübəçi kimi cəlb edilmişdir. Məqsəd təbii ki, onların işə yararlılığını qısa müddətə müəyyən edib əmək müqaviləsi bağlamaq olmuşdur. Həmin ərəfədə cavabdeh vergi orqanı xx.xx.2022 tarixində həmin müəssisədə operativ vergi nəzarəti tədbirləri həyata keçirmiş və klinikada guya əmək müqaviləsi olmadan 6 nəfər işçinin işlədilməsi faktını üzə çıxarmışdır. Bununla bağlı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022 tarixli, **********6059 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla 6 nəfər fiziki şəxsə görə 12.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı qərar qəbul edərkən həmçinin vergi qanunvericiliynin da tələblərini pozmuş, real hüquq pozuntusunu əks etdirən video çəkiliş də aparmamısdır. Qərar qəbul edilənə qədər vergi orqanına aidiyyatı fiziki şəxslər, habelə hospital rəhbərliyi məsələnin mahiyyətini barədə izahat verərək həmin fiziki şəxslərlə real əmək münasibətlərinin hələ yaranmadığını, həmin fiziki şəxslərin əmək funksiyasına daxil olan heç bir iş görmədiklərini, sadəcə müəssisədə vaxt keçirdiklərini, gələcək işləri ilə, informasiya texnlogiyaları sistemləri ilə vizual olaraq tanış olduqlarını, bütün iş gününü işdə olmadıqlarını, hər hansı pasiyenti qəbul etmədiklərini və vətəndaşlarla heç bir təmaslarının olmamasını və digər vacib xüsusatlar bildirilmişdir. Eyni zamanda cavabdeh vergi orqanına ciddi cəhdlə bildirilmişdir ki, hospital rəhbərliyinin vergidən yayınmaq niyyəti olmamışdır. Hospital bəlkə də regionda azsaylı tibb müəssisələrindəndir ki, bir sıra şəxslərə 5000 manatdan yüksək rəsmi əmək haqqı verir. Qərəzli niyyət olsaydı həmin səxslərə də "rəsmi olaraq" əksər müəssisələr kimi cüzi əmək haqqı yazar, vergidən yayına bilərdi. Lakin bunu etmir. Həmin şəxslərin bəzilərinin adları və vəzifələrini təqdim edirik- 1.X2-reanimatoloq, xx.xx.2022 tarixdən, 5635 AZN; 2.X12, Radioloq, xx.xx.2021 tarixdən, 5635 AZN; 3.X1 müdiri, xx.xx.2022 tarixdən, 2269,71 AZN; 4.X20, Həkim USM, xx.xx.2022 tarixdən, 1698,29 AZN; 5.X29, həkim terapevt, xx.xx.2022 tarixdən 1126,86 AZN və b. Həmin 6 nəfər mübahisəli fiziki şəxslər (işşilər) isə aşağıdakılardır (əmək haqlarına diqqət edilsin): 1.X24, tibb bacısı, 441,14 AZN; 2.X6, Radiologiya texniki, 441,14 AZN; 3.X25, Radiologiya texniki, 441,14 AZN; 4.X21, Radiologiya texniki, 441 AZN; 5.X30, tibb qeydiyyatçısı, 326,86 AZN; 6.X31, tibb qeydiyyatçısı, 326,86 AZN İşin hallarından da görünür ki, sonradan işə cəlb edilən əməkdaşların əmək haqqı kifayət qədər aşağıdır və vergidən yayınmaq məqsədi güdən müəssisə belə işçilərin rəsmiləşdirilməsindən yayınmazdı. Bu şəxslərin toplam əmək haqqı tək Labortoriya müdirnin əmək haqqı qədərdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022 tarixli, **********6059 nömrəli qərarının ləğv olunmasrna dair qərar qəbul etməyinizi xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 17 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyinde əks olunmuş ve vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının Gence şeheri, Ş.İ.Xətai prospekti 550 A ünvanında sahibkarlıq fəaliyyətini heyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tedbiri hayata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********7341 nömrəli "Operativ vergi nəzarətinin heyata keçirilmesi haqqında" qərar və həmin qərara deyişikliklər edilməsi haqqında **********7370, **********7468 nömreli qərarlar əsasında həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli **********7341 nömrəli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri KY221771504 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmışdır. Həyata keçirilmiş yoxlama nəticəsində 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007929 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçilər- Gəncə şəhəri, Ə.Məmmədov ünvanında qeydiyyatda X24 tibb bacısı , Gəncə şəhəri, N.Yusifbəyli ünvanında qeydiyyatda olan X30 tibb bacısı, Gəncə şəhəri, Atatürk pr-ti 237 ünvanında qeydiyyatda olan X26 radioloji texnik, Gəncə şəhəri, Dos 6 ünvanında qeydiyyatda olan X22 radioloji texnik, Samux rayonu, Yenikənd ünvanında qeydiyyatda olan X31 həkim köməkçisi, ünvan 6i ünvanında qeydiyyatda olan X7 radioloji texnik vəzifələrində işə cəlb edilmişlər. "X32" MMC-nin rəhbəri X27 təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatında operativ vergi nəzarəti zamanı 6 nəfər işçinin- X13, X16, X10, X17, X3, X14 aşkar edildiyini, onların təcrübə keçdiklərini və həmin şəxslərlə əmək müqaviləsi bağlanacağını qeyd etmişdir. X30 izahatında Gəncə şəhəri, Xətai prospekti 550 A ünvanında yerləşən X15 xx.xx.2022-ci il tarixdən işlədiyini, onunla heç bir əmək müqaviləsi bağlanmadığını, müəssisənin rəhbəri kimi Vüsal Sadıqovu tanıdığını, X26 izahatında Gəncə şəhəri, Xətai prospekti 550 A ünvanında yerləşən X15 xx.xx.2022-ci il tarixdən işlədiyini, onunla heç bir əmək müqaviləsi bağlanmadığını, müəssisənin rəhbəri kimi Vüsal Sadıqovu tanıdığını, iş saatının 09:00-dan 17:00-kimi olduğunu, X7 izahatında xx.xx.2022-ci il tarixdən radioloji texnik kimi stajor işlədiyini, ona əmək müqaviləsi bildirişinin verilmədiyini, müəssisənin rəhbəri kimi Vüsal Sadıqovu tanıdığını, iş saatının 09:00-dan 17:00-kimi olduğunu, X31 izahatında X15 xx.xx.2022-ci il tarixdən işlədiyini, onunla heç bir əmək müqaviləsi bağlanmadığını, müəssisənin rəhbəri kimi Vüsal Sadıqovu tanıdığını, iş saatının gündəlik 8 saat olduğunu, X21 izahatında X15 xx.xx.2022-ci il tarixdən işlədiyini, onunla heç bir əmək müqaviləsi bağlanmadığını, müəssisənin rəhbəri kimi Vüsal Sadıqovu tanıdığını, iş saatının 09:00-dan 17:00-kimi olduğunu, X24 izahatında xx.xx.2022-ci il tarixdən tibb bacısı kimi stajor işlədiyini, ona əmək müqaviləsi bildirişinin verilmədiyini, müəssisənin rəhbəri kimi Vüsal Sadıqovu tanıdığını, iş saatının gündəlik 8 saat olduğunu qeyd etmişlər. Operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta, yəni xx.xx.2022-ci il tarixə aid olan müvafiq əmək müqavilərinin elektron informasiya sistemində olan məlumata görə adları qeyd olunan şəxslərin iddiaçı cəmiyyətlə əmək müqaviləsi mövcud olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X24 əvvəllər Şans klinikasında tibb bacısı vəzifəsində işlədiyini, sonralar İddiaçı MMC-yə CV verdiyini, bundan sonra onu xx.xx.2022-ci ildə işlə tanış olmaq üçün dəvət edildiyini, işləmədiyini, sadəcə işlə tanış olduğunu, tibb bacısı vəzifəsi üzrə təcrübə keçdiyini, onunla əmək müqaviləsi bağlanmadığını, işə götürələcəyi təqdirdə 350 manat əmək haqqı veriləcəyi, gündəlik iş saatının 8 saat olacağını, cavabdehin nümayəndəsinin sualının cavabında izahatını özünün yazdığını qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X31 əvvəllər Mərkəzi Klinikada işlədiyini, işsiz olanda İddiaçı MMC-yə müraciət etdiyini, müraciətdən sonra onu şəxsən direktorun müsahibə etdiyini, onunla heç bir əmək müqaviləsi bağlanmadığını, əmək haqqı da almadığını, 15 gündən sonra daimi işə götürüləcəyi sadəcə işlə tanış olmaq üçün dəvət edildiyini, cavabdehin nümayəndəsinin sualının cavabında xx.xx.2022-ci il tarixdən həkim köməkçisi kimi işə başlayacağının və əmək haqqı aylıq 300 AZN olacağının deyildiyini qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X30 əvvəllər Beynəlxalq Xəstəxanada işlədiyini, sonra İddiaçı MMC-yə müraciət etdiyini, xx.xx.2022-ci il tarixdən stajçı kimi işlədiyini, əmək haqqı da almadığını, əmək müqaviləsi bağlanmadığını, daimi işə götürüləcəyi halda iş rejiminin sərbəst olacağını və izahatı özünün yazdığını qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X26 İddiaçı MMC-yə müraciət etdiyini, 8 ay sonra işə çağırıldığını, xx.xx.2022-ci il tarixdən radioloji texnik kimi işlədiyini, əmək haqqı almadığını, əmək müqaviləsi bağlanmadığını, iş vaxtının 09:00-dan 17:00-a kimi olduğunu və izahatı özünün yazdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 əvvəllər X5 işlədiyini, əmək haqqı qane etmədiyi üçün İddiaçı MMC-yə müraciət etdiyini, xx.xx.2022-ci il tarixdən radioloji texnik kimi stajor işlədiyini, əmək haqqı almadığını, əmək müqaviləsi bağlanmadığını, izahatında iş vaxtının 09:00-dan 17:00-a kimi olduğunu yazsa da, iş rejiminin sərbəst olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 əvvəllər X5 işlədiyini, sonra İddiaçı MMC-yə müraciət etdiyini, xx.xx.2022-ci il tarixdən radioloji texnik kimi texniki avadanlıqlar və aparatlarla tanışlıq üçün işə getdiyini, əmək haqqı almadığını, əmək müqaviləsi bağlanmadığını, izahatında iş vaxtının 09:00-dan 17:00-a kimi olduğunu yazsa da, iş rejiminin sərbəst olduğunu qeyd etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7341 nömrəli qərarından görünür ki, İddiaçınə məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. - surəti işə əlavə edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6059 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. İş materiallarında olan məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7341 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçındə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli 007929 nömrəli akt tərtib edilmiş və sözügedən akta əsasında İddiaçınə vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6059 nömrəli qərarı ilə 12000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. -“Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********7345 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı MMC-dən elektron informasiya daşıyıcılarının, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktlar), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, nəzarət kitabçaları tələb edilmişdir. -“Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX 007929 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. - iş materiallarına əlavə edilmiş izahatlarda və məhkəmə iclasında verdikləri ifadələrdə X13, X17, X3, X14, X10 gündəlik 8 saatlıq, X16 isə sərbəst iş rejimində İddiaçı MMC-də işlədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. -50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. -50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilir. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarlar qanunveriliciyin tələblərinə əməl edilməklə qəbul edilmişdir. Odur ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Belə ki, iddiaçı dolayı yolla da olsa vergi qanunvericiliyinin sözügedən normalarını pozduğunu etiraf etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli, **********6059 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 oktyabr 2022ci il tarixli, **********6059 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-779/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-779/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver