Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-972/2022 16.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil, cavabdeh Tovuz Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Tovuz Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.0859 ha zəbt kimi qeyd edilmiş torpaq sahəsinin bilavasitə ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi və həyətyanı sahə atasından qalan miras əmlak kimi tərəfindən qəbul edilmiş və 2019-cu ildə rəsmiləşdirilmişdir. Lakin rəsmiləşdirilərkən texniki sənədlərə əsasən 0.0951 hektar torpaq sahəsi mülkiyyətində göstərilsə də, 0.0859 ha sahə zəbt torpaq sahəsi kimi qeyd edilmişdir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin təqdim etdiyi texniki paportun xüsusi qeydlərində göstərilmişdir ki, 0.0859 ha zəbt torpaq sahəsi vardır. Həmin torpaq üzərində tikintialtı sahələri 21.3 kvm, 1.6 kvm olan daş hasar və darvaza tikilmişdir. Həmin sahələr ümumi tikintialtı sahəyə daxil edilməmişdir. Fərdi yaşayış evində artırılmış 36.3 kvm sahə haqqında sənəd təqdim edilmədiyinə görə ümumi sahəyə daxil edilməmişdir. İddiaçı həmin torpaq sahəsinin bilavasitə ona satılması üçün Tovuz Bələdiyyəsinə müraciət etmişdir. X5 xx.xx.2022-ci il tarixli, 30 nömrəli məktubla başqa əsaslara istinad edərək torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsindən imtina etmişdir. Hesab edir ki, imtina əsassız olduğundan, torpaq sahəsinin onun mülkiyyətimə verilməsi barədə qərarın qəbul edilməsi məhkəmə qaydasında Tovuz Bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Belə ki, həmin torpaq sahəsi 1940-cı illərdən mərhum atasının istifadəsində olmaqla, o vəfat etdikdən sonra isə onun istifadəsindədir. Həmin torpaq sahəsini hazırda müllkiyyətində olan torpaq sahəsindən ayrılması mümkün deyildir. Sözügedən torpaq uzun illərdir ailəsinin istifadəsində olması, vərəsəliyin qəbulu zamanı notariat ofisinə təqdim edilən köhnə mülkiyyət hüqunu təsdiq edən sənədlərdə öz əksini tapır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Tovuz Bələdiyyəsinə qarşı “Tovuz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 23 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi iş üzrə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X3 və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0951 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 503-17476 inventar nömrəli Texniki papsortdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsində 0.0859 ha zəbt torpaq sahəsi var, həmin torpaq üzərində tikintialtı sahələri 21.3 kvm, 1.6 kvm olan daş hasar və darvaza tikilmiş, həmin sahələr ümumi tikintialtı sahəyə daxil edilməmişdir. -Tovuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 22 saylı protokolundan çıxarışdan görünür ki, Tovuz şəhəri, R.Məmmədov küçəsində yerləşən 864 kv.m torpaq sahəsinin 1980-ci ildən istifadəsində olması nəzərə alınaraq Bakı şəhər sakini İddiaçı bilavasitə satılması qərara alınmışdır. -Şəmkir Rayon Regional Ədliyyə İdarəsinin Tovuz rayon Tovuz bələdiyyəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Tovuz Bələdiyyəsinin xx.xx.2021ci il tarixli, 22 saylı iclasın 4-cü qərarı ilə Tovuz şəhəri, R.Məmmədov küçəsində yerləşən həyətyanı torpaq sahəsini İddiaçı bilavasitə bələdiyyə qərarı ilə satılması barədə qərar qəbul edilən zaman torpaq qanunvericiliyinin tələblərinə əməl edilmədiyi üçün sözügedən iclasın dördüncü qərarının bələdiyyə iclasında müzakirəyə çıxarılmaqla ləğv edilməsi təklif edilmişdir. -Tovuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 23 saylı protokolundan çıxarışdan görünür ki, Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuş Tovuz şəhəri, R.Məmmədov küçəsində yerləşən 864 kv.m həyətyanı torpaq sahəsinin Bakı şəhər sakini İddiaçı satılmasının ləğv edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilsə də, sözügedən qərarda şikayət vermə qaydası və müddəti nəzərdə tutulmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən (inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər) iddiaçının həmin qərardan 6 ay müddətində şikayət vermək hüququ olmuş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Deməli iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 0.0951 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış, həmin ünvanda 0.0859 ha zəbt torpaq sahəsi qeyd olunmuşdur. İddiaçının müraciətinə əsasən sözügedən torpaq sahəsi Tovuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ona satılmış, lakin sonradan Tovuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarla sonuncu qərar ləğv edilmişdir. Hazırda iddiaçı bələdiyyənin xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -4-cü bəndində qeyd olunmuşdur ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1 maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -21.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2 maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1 maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2 maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -61.4 maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1 maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin faktiki hallarından, eləcə də mübahisələndirilən qərarın məzmunundan görünür ki, sözügedən qərar qəbul edilərkən iddiaçının iştirakı təmin edilməmişdir, beləliklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbləri pozulmuşdur. Odur ki, Tovuz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 23 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbləri pozulduğundan həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tovuz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 23 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-972/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-972/2022
16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver