Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-985/2021 05.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X1 və X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 16.03.2021-ci il tarixli **********145444 nömrəli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və 17.03.2021-ci il tarixli **********521700 nömrəli “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 20.05.2020-ci il tarixli **********200001 nömrəli qərarına əsasən "İddiaçı" MMC-də 01 aprel 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, vergi yoxlamasının təyin olunmasına heç bir əsas olmadığı üçün vergi orqanı tərəfindən qəbul edilmiş qərardan iddiaçı tərəfindən məhkəmə qaydasında şikayət olunmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar məhkəmə qaydası ilə mübahisələndirdiyi üçün vergi orqanı 24.07.2020, 24.08.2020, 25.09.2020, 23.10.2020 və 23.11.2020-ci il tarixlərdə vergi yoxlaması müvəqqəti təxirə salınmasına dair qərarlar qəbul etmişdir. Məhkəmələrin icrasında olan işlərə baxılmadığı bir dövrdə vergi orqanı tərəfindən 23 dekabr 2020-ci il tarixdə səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında qərar qəbul edilmişdir. Vergi orqanına yoxlamanın aparılmasının “Covid-19” virusu ilə bağlı yoluxma hallarının artması səbəbindən qapalı məkanlarda iş yerlərinin bağlanması və yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə pandemiya tədbirləri yekunlaşdıqdan sonra mümkünlüyü barədə iddiaçı tərəfindən dəfələrlə məlumat verilməsinə baxmayaraq vergi orqanı tərəfindən əsassız olaraq başlanmış vergi yoxlaması hər hansı bir mühasibatlıq sənədlərinə baxış keçirilmədən vergi yoxlamasının nəticələrinə dair əsassız akt tərtib edilmişdir. Bundan sonra 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 02.02.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən 16.03.2021-ci il tarixli **********145444 nömrəli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və 17.03.2021-ci il tarixli **********521700 nömrəli “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarlar qəbul edilmişdir. İddiaçı hesab edir ki, sözügedən qərarlar aşağıdakı göstərilən səbəblərdən ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlamasının təyin olunması üçün heç bir əsas olmadığı üçün vergi orqanı tərəfindən tərtib edilmiş yoxlama aktı və qərar ciddi prosessual hüquq normalarının pozulması ilə həyata keçirildiyindən tamamilə qanunsuzdur. 2017-cİ ilin aprel - dekabr hesabat dövrü üçün təqdim edilmiş maliyyə hesabatlarında ümumilikdə 8931481,27 manat vergidən azad dövriyyə göstərilmişdir. Sözügedən vəsaitdən ******* manat məbləğdə buğda satışı, 112661,27 manat məbləğdə isə çuğundur satışı həyata keçirilmişdir. Vergi orqanı yoxlama aktı ilə ******* manat məbləğin içindən 18% ayıraraq 7473576,27 manat əsas, 1345243,73 ƏDV məbləğini isə vergidən yayınma kimi qəbul edərək həmin məbləğə də 50% maliyyə sanksiyası tətbiq edərək hesablama aparmışdır. 2018-ci il üçün təqdim edilmiş maliyyə hesabatlarında 12497 593 manat vergidən azad dövriyyə göstərilmişdir. Sözügedən vəsaitdən 9396645,67 manat məbləğdə buğda satışı, ******* manat məbləğdə günəbaxan satışı, 130947 manat məbləğdə yonca presi satışı həyata keçirilmişdir. Vergi orqanı yoxlama aktı ilə 12497593 manat məbləğin içindən 18% ayıraraq 10591180,51 əsas, 1906412,49 ƏDV məbləğini isə vergidən yayınma kimi qəbul edərək həmin məbləğə də 50% maliyyə sanksiyası tətbiq edərək hesablama aparmışdır. 2019-cu il üçün təqdim edilmiş maliyyə hesabatlarında 1909529,85 manat vergidən azad dövriyyə göstərilmişdir. Sözügedən vəsaitdən 1087030,80 manat məbləğdə buğda satışı, 782000 manat məbləğdə günəbaxan satışı, 40500 manat məbləğdə un satışı həyata keçirilmişdir. Vergi orqanı yoxlama aktı ilə 1869029,85 manat məbləğin içindən 18% ayıraraq 1583923,60 əsas, 285106,25 ƏDV məbləğini isə vergidən yayınma kimi qəbul edərək həmin məbləğə də 50% maliyyə sanksiyası tətbiq edərək hesablama aparmışdır. Səyyar Vergi yoxlaması aktında qeyd olunanlara əsasən müəssisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli qərarlarına istinad edərək şərti rentabellik göstəricisi tətbiq etməklə hesablama apararaq 2017-ci il üzrə 1397701,07 manat mənfəət əldə etdiyi qənaətinə gəlmiş, keçmiş illərin zərərini nəzərə alaraq mənfəət vergisi hesablamamışdır. 2018-ci il üzrə 432018,18 manat, 2019-cu il üzrə 96919,39 manat, ümumilikdə 528 937,56 manat mənfəət vergisinin azaldığı qənaətinə gəlmişdir. Eyni zamanda həmin məbləğə də 50% maliyyə sanksiyası tətbiq etmişdir. Vergi məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisi ödəməkdən azaddır. Yuxarıda qeyd olunan maddədən də göründüyü kimi müəssisə həmin dövrdə gəlirlərinin əsasını kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi üçün vergi orqanı tərəfindən həmin dövriyyələrin mənfəət vergisinə cəlb edilməsi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Eyni zamanda müəssisənin istifadəsində uzunmüddətli icarə əsasında 6500 hektar torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəssisəyə 26.05.2017-ci il tarixli İNİİTS-67/2017 nömrəli İnvestisiya təşviqi sənədi verilmişdir ki, həmin təşviq sənədinə əsasən müəssisəyə 7 il müddətinə vergi güzəştləri hüququ verilmişdir. Beləliklə, müəyyən olunur ki, 16.03.2021-ci il tarixli **********145444 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında, 17.03.2021-ci il tarixli **********521700 nömrəli pu! vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə qərarları Vergi məcəlləsinin 199.11-ci, 106.1.14-cü, 164.1.18-cİ, 207.5-ci maddələrinin tələbləri və digər prosessual qaydaları pozmaqla qəbul edildiyindən ləğv edilməsi haqqında qərar qəbul edilməlidir. İddiaçının nümayəndələri X4 və X6 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 20.05.2020-ci il tarixli, **********200001 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə "İddiaçı" MMC-də 01 aprel 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və təyin edilmiş səyyar vergi yoxlamasının 21 may 2020-ci il tarixdə səyyar vergi yoxlamasına başlanılması nəzərdə tutulmuşdur. Sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər, bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan elektron qaimə-fakturalar barədə məlumatlar, elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal-ixrac əməliyyatları barədə məlumatlar, əlavə dəyər vergisinin depozit hesabından çıxarış və vergi ödəyicisinin qarşılıqlı əməliyyatları barədə alınmış məlumatlar əsasında aparılmışdır. Cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 9364564,62 manat gəlir əldə edildiyi (o cümlədən ƏDV-dən azad olunan dövriyyə 8961231,29 manat), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 1825986,06 manat (o cümlədən ƏDV-dən azad olunan dövriyyə üzrə xərc 854541,00 manat) təşkil edərək hesabat ilini 7688,28 manat mənfəətlə başa vurduğu göstərilmiş və 2012-ci ilin 458521,69 manat zərəri nəzərə alınaraq mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibində ən yüksək xüsusi çəki təşkil edən xammal və materialların alışı ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanı. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 8386206,46 manat (8708617,74 - 322411,28 manat azad olunan dövriyyə) gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin 1397701,07 manat mənfəəti hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə müəyyən edilmiş 1397701,07 manat manat mənfəət məbləğindən 2012-ci ilin 458521,69 manat, 2013-cü ilin 110611,15 manat və 2015-ci ilin 828568,23 manat, cəmi 1397701,07 manat keçmiş illərin zərəri çıxılmış və nəticədə mənfəət vergisi hesablanmamışdır. Cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 15435942,98 manat gəlir əldə edildiyi (o cümlədən ƏDV-dən azad olunan dövriyyə 12497593,00 manat), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 3950876,04 manat (o cümlədən ƏDV-dən azad olunan dövriyyə üzrə xərc 650656,80 manat) təşkil edərək hesabat ilini 167930,74 manat mənfəətlə başa vurduğu göstərilmiş və 2013-cü ilin 110611,15 manat, 2015-ci ilin 861606,58 manat və 2016-cı ilin 151067,10 manat zərəri nəzərə alınaraq mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 14065177,95 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin 2344196,32 manat mənfəəti hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması zamanı 2018-ci il üzrə müəyyən edilmiş 2344196,32 manat manat mənfəət məbləğindən 2015-ci ilin 33038,35 manat və 2016-cı ilin 151067,10 manat, cəmi 184105,45 manat keçmiş illərin zərəri çıxılaraq 2160090,87 manat vergiyə cəlb edilən mənfəətdən 20,0 % vergi dərəcəsi ilə 432018,17 manat mənfəət vergisi hesablandı və nəticədə cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 432018,17 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2998307,81 manat gəlir əldə edildiyi (o cümlədən ƏDV-dən azad olunan dövriyyə 1909529,85 manat), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 3273584,26 manat (o cümlədən ƏDV-dən azad olunan dövriyyə üzrə xərc 95685,05 manat) təşkil edərək hesabat ilini 1857787,92 manat zərərlə başa vurduğu göstərilmişdir. Vergi ödəyicisinin əldə etdiyi mənffəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 2907581,77 manat (2948081,77 - 40500,00 manat azad olunan dövriyyə) gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin 484596.96 manat mənfəəti hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması zamanı 2019 cu il üzrə müəyyən edilmiş 484596,96 manat manat mənfəət məbləğindən 20,0 % vergi dərəcəsi ilə 96919,39 manat (484596,96 x 20,0 % = 96919,39) mənfəət vergisi hesablandı və nəticədə cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 96919,39 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Nəticədə aparılmış səyyar vergi yoxlaması zamanı 2018-ci il üzrə 432018,17 manat və 2019-cu il üzrə 96919,39 manat, ümumilikdə 528937,56 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş əlavə dəyər vergisinin bəyənnamələrinin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyənnamələrində vergi tutulan dövriyyənin 2017-ci ilin may ayında 1002542,37 manat, iyun ayında 2254237,29 manat, iyul ayında 1694915,25 manat, avqust ayında 1694915,25 manat, sentyabr ayında 890525,42 manat, noyabr ayında 1869937,55 manat, cəmi 7407073,13 manat və əvəzləşdirilən əlavə dəyər vergisinin iyul ayında 895,60 manat, avqust ayında 19170,58 manat, sentyabr ayında 11224,72 manat, noyabr ayında 24559,93 manat, cəmi 55850,83 manat az, əvəzləşdirilən əlavə dəyər vergisinin oktyabr ayında 1795,60 manat və dekabr ayında 7210,84 manat çox göstərilməsi nəticəsində 2017-ci ilin may ayı üzrə 180457,63 manat, iyun ayı üzrə 45762,71 manat, iyul ayı üzrə304189,15 manat, avqust ayı üzrə 285914,17 manat, sentyabr ayı üzrə 149069,86 manat, oktyabr ayı üzrə 1795,00 manat və noyabr ayı üzrə 312028,83 manat, cəmi 1286428,77 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyənnamələrində vergi tutulan dövriyyənin 2018-ci ilin noyabr ayında 10591180,51 manat və əvəzləşdirilən əlavə dəyər vergisinin iyun ayında 198,90 manat, iyul ayında 36,00 manat, noyabr ayında 19453,60 manat, cəmi 19687,60 manat az və əvəzləşdirilən əlavə dəyər vergisinin fevral ayında 99,00 manat, mart ayında 135,00 manat, aprel ayında 99,90 manat, may ayında 99,90 manat, avqust ayında 423,00 manat, sentyabr ayında 109,80 manat, oktyabr ayında 2013,11 manat və dekabr ayında 251,70 manat, cəmi 3231,41 manat çox göstərilməsi nəticəsində 2018-ci ilin fevral ayı üzrə 99,00 manat, mart ayı üzrə 135,00 manat, aprel ayı üzrə 99,90 manat, may ayı üzrə 99,90 manat, avqust ayı üzrə 423,00 manat, sentyabr ayı üzrə 109,80 manat, oktyabr ayı üzrə 2013,11 manat, noyabr ayı üzrə 1886958,89 manat, dekabr ayı üzrə 251,70 manat, cəmi 1890190,30 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı, iyun ayı üzrə 198,90 manat və iyul ayı üzrə 36,00 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı və nəticədə 1889955,40 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyənnamələrində vergi tutulan dövriyyənin 2019-cu ilin noyabr ayında 1583923,60 manat və əvəzləşdirilən əlavə dəyər vergisinin may ayında 1080,00 manat az və əvəzləşdirilən əlavə dəyər vergisinin yanvar ayında 876,60 manat, fevral ayında 504,00 manat, mart ayında 367,20 manat, aprel ayında 53,67 manat, cəmi 1801,47 manat çox göstərilməsi nəticəsində 2019cu ilin yanvar ayı üzrə 876,60 manat, fevral ayı üzrə 504,00 manat, mart ayı üzrə 367,20 manat, aprel ayı üzrə 53,67 manat, noyabr ayı üzrə 285106,25 manat, cəmi 286907,72 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı, may ayı üzrə 1080,00 manat əlavə dəyər vergisinin artıq hesablandığı və nəticədə 85827,72 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2020-ci ilin yanvar, fevral və mart ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyənnamələrinin düzgünlüyünü yoxlayarkən kənarlaşma müəyyən edilməmişdir. Beləliklə aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2017ci ilin son 9 ayı ərzində 1286428,79 manat, 2018-ci il ərzində 1890190,30 manat və 2019cu ildə 28697,72 manat, ümumilikdə 3462212,81 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı (artıq hesablanmış əlavə dəyər vergisi məbləğləri nəzərə alınmaqla) müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı MMC-yə verilmiş 26.05.2017-ci il tarixli İNİİTS-67/2017 nömrəli İnvestisiya təşviqi sənədindən görünür ki, həmin sənəd Azərbaycan Respublikası Vergi Məcəlləndə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş güzəştləri əldə etmək hüququ verir. -14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.03.2021-ci il tarixli **********145444 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı MMC əlavə hesablanmış vergilər üzrə 3991149,47 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2001210,37 manat olmaqla ümumilikdə 5992359,84 manat (beş milyon doqquz yüz doxsan iki min üç yüz əlli doqquz manat, səksən dörd qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. -14 saylı Ərazi Vergilər İdarəsinin “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 17.03.2021-ci il tarixli **********521700 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı MMC-nin vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 20.05.2020-ci il tarixli, **********200001 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə "İddiaçı" MMC-də 01 aprel 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində 02.02.2021-ci il tarixli **********140331 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında 16.03.2021-ci il tarixli **********145444 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin vergi orqanının 17.03.2021-ci il tarixli **********521700 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarına əsasən İddiaçı MMC-nin vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin nizamnaməsinə əsasən əsas fəaliyyət istiqaməti bütün növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı, idxalı, ixracı, emalı və satışı ilə bağlı olan bütün növ aqroservis xidmətlərinin göstərilməsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı MMC-yə 26.05.2017-ci il tarixdə İNİİTS-67/2017 nömrəli İnvestisiya təşviqi sənədi verilmişdir. Həmin sənədlə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəllənin 102.1.23cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etmək hüququ verimişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -106.1-ci maddəsinə əsasən vergidən azaddır: 106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə; 106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə. -164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə; 164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə; 164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 7 il müddətinə. 199.11-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir. Bundan əlavə qeyd edilməlidir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Məcəllənin tələbinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunur. Lakin Vergi Məcəlləsinin 106.1.14 və 106.1.17-ci maddəsinin tələblərinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hüquqi şəxsin 2017, 2018 və 2019-cu illər üçün kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlirləri mənfəət vergisindən azad edildiyindən vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara istinad edilərək şərti rentabellik göstəricisi tətbiq edilməklə iddiaçıya mənfəət vergisinin hesablanması əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh orqan vergi ödəyicisinin əlavə dəyər vergisindən azad olunan dövriyyəsinin əlavə dəyər vergisinə cəlb edilməsinin səbəbi kimi səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin və bəyənnamələrdə göstərilmiş əlavə dəyər vergisindən azad olunan əməliyyatları təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməməsini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlavə dəyər vergisindən azad olunan əməliyyatları təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməməsi o halda büdcəyə çatacaq verginin azaldılması kimi qiymətləndirilə bilər ki, bu hal vergidən yayınmaq və yaxud vergilərin düzgün hesablanmamasına şərait yaratmaq məqsədi daşımış olsun. Məsuliyyətin yaranması üçün bu kimi məqsədlər mövcud olmalıdır. Bir halda ki, iddiaçı vergiləri ödəməkdən azaddır, belə olan vəziyyətdə hər hansı bir əməliyyat sənədinin təqdim edilə bilməməsi büdcəyə çatacaq verginin azaldılması kimi qəbul edilməməli və buna görə də vergi ödəyicisi maliyyə sanksiyasına məruz qalmamalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 16.03.2021-ci il tarixli **********145444 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Tələbin “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” 17.03.2021-ci il tarixli **********521700 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, sözügedən qərar 16.03.2021-ci il tarixli **********145444 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın icrası istiqamətində qəbul edilmiş qərardır və müstəqil iddia predmeti ola bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.03.2021-ci il tarixli **********145444 nömrəli qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.03.2021-ci il tarixli **********145444 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-985/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-985/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver