Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-993/2022 20.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün təminat xərcliyinin 80 faizə çatdırılmaqla ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mərhum anası X2 mərhum həyat yoldaşı X3 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılmasını (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyasının yeganə vərəsəsi kimi ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X9 1913-cü il tarixdə Qubadlı rayonunun Xocamsahlı kəndində anadan olmuşdur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindən əvvəl və sonra müstəntiq vəzifəsində çalışmışdır. 1945-ci ildə Polşa Respublikasının Poznan şərəhində yaralanmışdır. SSRİ Müdafiə Nazirliyi, Ali Soveti tərəfindən orden, medallar və fəxri fərmanlarla lətlif edilmişdir. xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Ailə başçısını itirməyə görə 01 dekabr 1977-ci il tarixdən ailə başçısının təminat xərcliyinin 50 faizi məbləğində anası X4 pensiya təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılır. 25 avqust 2020-ci il tarixdə anası Şölə Bahadurova vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə X15 “ASAN xidmət" Mərkəzində notariat ofisi tərəfindən 07 iyul 2021-ci il tarixdə verilmiş 1155/2021 və 1156/2021 nömrəli məktublara əsasən o, atası X3 və anası X2 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. Bu səbəbdən 15 oktyabr 2021-ci il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 1-ci növbədə vərəsəsi kimi müraciət edərək mərhum X2 mərhum həyat yoldaşı X3 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılmasını (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsini xahiş etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli **********0 nömrəli cavab məktubuna əsasən müraciətində qeyd olunan məsələnin icra edilməsindən imtina edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı M.B.Bahadurov anası X2 mərhum həyat yoldaşı X5 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılması və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-cı ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsinə göstəriş verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış cavab məktubunda Fondun Bərdə rayon şöbəsi tərəfindən Mərkəzi filiala daxıl olmuş xx.xx.2013cü il tarixli, 29/3774 nömrəli məktuba əsasən mərhum X4 ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmışdır. Həmin tarixdən etibarən X11 Filial tərəfindən hər hansı əmək pensiyası ödənilmədiyini bildirmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara təmin edilməməlidir. İddiaçı M.B.Bahadurovun mərhum anası X4 ilk dəfə, yəni xx.xx.1977-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunarkən vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi təyin olunmuşdur. Mərhum Ş.X.Bahadurovanın pensiya növünün dəyişdirilərək vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi pensiya almaq barədə müraciətindən sonra Fondun Bərdə rayon şöbəsi xx.xx.2013-cü il tarixdə Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə 29/3774 nömrəli məktub ünvanlamışdır. Bundan sonra xx.xx.2014-cü il tarixdən Ş.X.Bahadurovanın vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmış və vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almağa başlamışdır. Bu pensiya növü Fondun Bərdə rayon şöbəsi tərəfindən təyin olunmuş və Şölə Bahadurova vəfat etdiyi tarixədək ödənilmişdir. İddiaçı inzibati orqana və məhkəməyə müraciət edərkən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılması və vəfat etdiyi tarixədək yəni, xx.xx.2020-ci ilə qədər itirilən gəlirin X4 xx.xx.2014-cü il tarixdən “Əmək pensiyaları haqqında“ Qanunun 20.17.2-ci maddəsinə (vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi) əsasən deyil. 20.8-1cı maddəsinə (vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı X2 Fondun Bərdə rayon şöbəsinə müraciətinə cavab məktubunda ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən vəfat etmiş prokuror işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi (557,98 x 80%) miqdarında düzgün olaraq 446,38 manat pensiya təyin edilib ödənilmişdir. Göründüyü kimi, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1155/2021 nömrəli və 1156/2021 nömrəli məktublarının surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunun surəti və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu, X2 pensiya işinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı anası X2 mərhum həyat yoldaşı X5 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılması və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-cı ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsinə göstəriş verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış cavab məktubunda Fondun Bərdə rayon şöbəsi tərəfindən Mərkəzi filiala daxıl olmuş xx.xx.2013cü il tarixli, 29/3774 nömrəli məktuba əsasən mərhum X4 ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmışdır. Həmin tarixdən etibarən X11 Filial tərəfindən hər hansı əmək pensiyası ödənilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara əmin edilməməlidir. Belə ki, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesubdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları tilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq 'iş,hərb: xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı mərhum anası X4 ilk dəfə, yəni xx.xx.1977-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunarkən vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi təyin olunmuşdur. Mərhum Ş.X.Bahadurovanın pensiya növünün dəyişdirilərək vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi pensiya almaq barədə müraciətindən sonra Fondun Bərdə rayon şöbəsi xx.xx.2013-cü il tarixdə Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə 29/3774 nömrəli məktub ünvanlamışdır. Bundan sonra xx.xx.2014-cü il tarixdən Ş.X.Bahadurovanın vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmış və vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almağa başlamışdır. Bu pensiya növü Fondun Bərdə rayon şöbəsi tərəfindən təyin olunmuş və Şölə Bahadurova vəfat etdiyi tarixədək ödənilmişdir. İddiaçı inzibati orqana və məhkəməyə müraciət edərkən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılması və vəfat etdiyi tarixədək yəni, xx.xx.2020-ci ilə qədər itirilən gəlirin Şölə Xansuvar qızına xx.xx.2014-cü il tarixdən “Əmək pensiyaları haqqında“ Qanunun 20.17.2-ci maddəsinə (vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi) əsasən deyil. 20.8-1-cı maddəsinə (vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı X2 Fondun Bərdə rayon şöbəsinə müraciətinə cavab məktubunda ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən vəfat etmiş prokuror işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi (557,98 x 80%) miqdarında düzgün olaraq 446,38 manat pensiya təyin edilib ödənilmişdir. Göründüyü kimi, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün təminat xərcliyinin 80 faizə çatdırılmaqla ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün təminat xərcliyinin 80 faizə çatdırılmaqla ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-993/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-993/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver