Məhkəmə qərarları › İş №e-2-1(116)-101/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-101/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-101/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi ” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-3875/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-101/2024 nömrəli qərardadı ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə BOKT Viator Mikrokredit Azərbaycan” MMC arasında bağlanılan xx.xx.2014-cü il tarixli, 54/3 saylı kredit müqaviləsinə əsasən illik 33.6 faiz olmaqla, 12 ay müddətində qaytarmaq şərti ilə iddiaçıya 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi X2 ilə zaminlik müqavilə bağlanılmışdir. Əvvəllər kredit orcu üzrə aylıq ödəmələr tərəfindən vaxtıvaxt icra edilsə də, 2015-ci ilin fevral aynda baş verən manat məzənnəsinin dollar qarşısında ucuzlaşması nəticəsində sonrakı ödənişlərdə gecikmələr olmuşdur. Lakin buna baxmayaraq aylıq ödənişlər tərəfindən hissə-hissə də icra edilməllə davam etdirirlir. Həmçinin 2015-ci ilin dekabr ayında baş verən təkrar devalyasiya nəticəsində ödəniş etmək imkanı yenə də çətinləşdi. İddiaçının xarici valyutada olan olan kredit borcu Fərmanın təsir dairəsinə düşdüyündən ödədiyi məbləğlər Fərmanda göstərilən qaydada hesablanaraq, ilkin olaraq qalıq məbləğdən silinməli, qalan hissə isə iddiaçının sərəncaməna qaytarılmalı idi. Lakin iddiaçıya məlum olmayan səbəbdən iddiaçının kredit borcu Fərmanın təsir dairəsinə düşməmiş və Fərmanda göstərilən müddəalar şamil edilməmişdir. Göründüyü səhv nəticəsində iddiaçının kredit borcu ödənilməmiş qalmış, eyni zamanda iddiaçıya çatası kompensasiya məbləği ödənilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmişdir.Lakin cavabdeh tərəfindən kredit borcunun olmasına dair qərar olduğundan müraciəti baxılmamış saxlanmışdır. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən iddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla "xxxx" MMC arasında xx.xx.2014cü il tarixli kredit müqaviləsinin bağlanması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərcivəsində kompensasiya məbləği hesablanmamışdır. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Viator Mikro Kredit Azərbaycan” MMC-NİN Balakən filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, "xxxx" MMC-nin 54 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surəti;

2. Balakən rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(019)-1710/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və X1 402.31 ABŞ dolları əsas. 129 ABŞ dolları faiz. 40 ABŞ dolları cərimə olmaqla, cəmi 571.31 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat birgə qaydada alınıb kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Balakən rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(019)-1710/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və X1 402.31 ABŞ dolları əsas. 129 ABŞ dolları faiz. 141 ABŞ dolları cərimə olmaqla, cəmi 672.31 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat birgə qaydada alınıb kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-288/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(019)- 1710/2016 nömrəli qətnaməsi qüvvədə qalmışdır.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə nail olmaqdır. Bununla belə hazırkı iddia tələbinin əsassızlığı, iddiaçının kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının 6.16-cı bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına 31 dekabr 2019-cu il tarixinə qədər müraciət etməməsi ilə bağlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, hazırkı işdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçıya iddiada irəli sürdüyü tələblə əlaqədar cavabı xx.xx.2022-ci il tarixdə verilmiş , iddiaçı tərəfindən isə cavabdehə xx.xx.2019-cu il tarixdən əvvəl müraciət etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayənədəsi özü də cavabdeh orqana hazırkı tələblə 2022-ci ildə müraciət etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1716/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır). “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərininn həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərmanı əsasında iddiaçıya ödənilməli olan kompensaiya məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hesablanaraq, ilk öncə Balakən rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(019)-1710/2016 nömrəli qətnaməsi ilə tutulmalı olan, ümumilikdə 524.25 ABŞ dollar qalıq kredit borcuna ödənilməsi, qalan məbləğin iddiaçının sərəncamına verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar