Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1042/2023 30.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X14, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən **********, **********, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahələri ilə bağlı X3 adına aparılmış qeydiyyatın qanunsuz sayılması və onun adının çıxarışlardan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən **********, **********, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahələri ilə bağlı X3 adına aparılmış qeydiyyatın qanunsuz sayılması və onun adının çıxarışlardan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1042/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanununa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində fəaliyyət göstərən kolxozların istifadəsində olan torpaq sahəsi adambaşına 0,34 ha olmaq şərti ilə mülkiyyətlərinə pay olaraq verilmişdir. İddiaçının və ailə üzvləri 3 nəfər olmaq şərti ilə (anası, atası və özü) torpaq sahəsi verilmişdir. Həmin qanun 1996-cı ildə qüvvəyə mindiyinə görə 1996-cı ilin avqust ayının 1-dək qeydiyyatda olan ailə üzvlərinə torpaq sahələri verilmişdir. Həmin dövrdə nikahda olduğu X6 onun ailə üzvü kimi təsərrüfat başına kitabda qeydiyyatda olmadığına görə ona torpaq sahəsi ayrıca təsərrüfat kimi verilmişdir. Lakin, hal-hazırda o torpaq sahələrini DƏDR-dən qeydiyyata aldıraraq çıxarış alarkən məlum oldu ki, X6 həm iddiaçı ilə birlikdə ümumbirgə mülkiyyət əsasında torpaq sahəsini pay olaraq almış, həm də ona ayrıca təsərrüfat nömrəsi altında adam başına 0,40 ha torpaq sahəsi olmaqla 2-ci pay torpaq sahəsi verilmişdir. Torpaq islahatı haqqında Qanunun 14-cü maddəsində qeyd olunur ki, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Qeyd edilmiş halda isə qanunun bu tələbi pozulmuşdur. Belə ki, Hacıməmmədova (Əhmədova) Pərvanə Əsədula qızına Əliabad kəndi ərazisində 2 yerdə ayrı-ayrılıqda torpaq payı verilmişdir. Ona 2 yerdə torpaq sahəsi verilməsi faktı Zaqatala RİH-nin Əliabad qəsəbə inzibati ərazi dairəsinin 1310 saylı xx.xx.2022-ci il tarixli arayışı və Əliabad bələdiyyəsinin 86 saylı xx.xx.2022-ci il tarixli arayışları ilə bir daha sübut olunur. Həmin arayışlardan görünür ki, Əliabad qəsəbə sakini, yəni mən təsərrüfat nömrəsi 1146 olan Abdula Əhmədova təkrar uçot xəritəsi hazırlanan zaman texniki səhv olaraq təsərrüfat nömrəsi 1146 olan X3 adı İddiaçı təsərrüfatına salınmışdır. X3 860 nömrəli təsərrüfatı vardır ki, həmin təsərrüfat üçün ona və qızına 0,12 ha həyətyanı və 0,86 ha əkin torpaq ikinci keyfiyyət qrupu torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bundan başqa Əliabad icra nümayəndəsinin arayışından məlum olur ki, pay torpaqları almış subyektlərin siyahısında X7 adı texniki səhv olaraq İddiaçı ailəsində qeyd edilmişdir. Habuki, həmin Pərvanə Əsədulla qızı başqa bir adla, yəni X3 adı ilə ayrıca pay torpaqlarının alacaq subyektlərinin siyahısına salınmışdır. Qeyd olunanlardan məlum olur ki, bir şəxsə 2 dəfə pay torpağı verilmişdir. X6 onun xüsusi mülkiyyətində olan çıxarışlarda qeyd olunan torpaq sahələrindən deyil, ona ayrıca verilmiş torpaq sahələrindən istifadə edir. Beləliklə, məlum olur ki, ona verilmiş pay torpaq sahələrinə dair olan X1 adının daxil edilməsi qanunsuz olmuşdur. Onun adının çıxarışlardan çıxarılmasını cavabdeh orqan xahiş etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən ********** və ********** qeydiyyat nömrəli çıxarışlardan X3 adının çıxarılmasının təmin edilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən torpaq sahələrinə dair ********** və ********** qeydiyyat nömrəli çıxarışlardan X3 adının mülkiyyətçilər siyahısından çıxardılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizənin icrası mümkün olmamış və ona bu barədə xx.xx.2023-cü il tarixli, **********81 nömrəli məktub ünvanlanmışdır. X3 qeyd olunan çıxarışlarda göstərilmiş torpaq sahələrdən əlavə digər torpaq sahələri barədə sənəd ərazi idarəsində aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində iddiaçının (3/4) və X3 (1/4) paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,27 ha torpaq sahəsi üzərində iddiaçının (3/4) və X3 (1/4) paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,92 ha torpaq sahəsi üzərində iddiaçının (3/4) və X3 (1/4) paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - AZ-İ 287450 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən və ********* nömrəli nikahın pozulması haqqında akt qeydindən görünür ki, İddiaçı və X6 arasında xx.xx.1995-ci il tarixində bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 78 nömrə ilə qeydiyyat aparılmışdır. - Zaqatala rayon Əliabad qəsəbə inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 1310 nömrəli arayışda qeyd edilmişdir ki, pay torpaqları almış subyektlərin siyahısında iddiaçının ailəsində X10 texniki səhv olaraq yazılmışdır. X10 başqa bir adla X6 adı ilə ayrıca pay torpaqlarının siyahısına salınmışdır. - Zaqatala rayon Əliabad bəldiyyəsi tərəfindən Əliabad qəsəbə sakini təsərrüfat nömrəsi 1146 olan İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 85 nömrəli arayışında qeyd edilmişdir ki, 1996 - cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda o və ailəsinə (4 nəfər) 0,20 ha həyətyanı, 0,08, 0,27, 0,09 ha bağ və 0,92 ha pay torpaq İİ keyfiyyət qrupu torpaq sahəsi vardır. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir.
1. İddiaçı 0,34 ha
2. X22 0,34 ha
3. X19 0,34 ha
4. X18 0,34 ha - Zaqatala rayon Əliabad bəldiyyəsi tərəfindən Əliabad qəsəbə sakini təsərrüfat nömrəsi 1146 olan İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 87 nömrəli arayışında qeyd edilmişdir ki, təkrar uçot xəritəsi hazırlanan zaman texniki səhv olaraq təsərrüfat nömrəsi 1146 olan X3 adı İddiaçı təfərrüfatına salınmışdır. X2 ayrıca 860 nömrəli təfərrüafı vardır. - Zaqatala rayon Əliabad bəldiyyəsi tərəfindən Əliabad qəsəbə sakini təsərrüfat nömrəsi 860 olan X5 verilmiş xx.xx.2022-ci il tarixli, 86 nömrəli arayışında qeyd edilmişdir ki, 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda ona və ailəsinə (2 nəfər ) 0,12 ha həyətyanı və 0,80 ha əkin torpaq İİ keyfiyyət qrupu torpaq sahəsi vardır. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir.
1. X9 0,40 ha
2. X20 0,40 ha - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-477/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayon Əliabad qəsəbəsi “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə subyektlər siyahısından görünür ki, X6 ilə X11 birlikdə 0,80 ha torpaq sahəsi verilmişdir. Həmin məktuba əlavə olunmuş Zaqatala rayon Əliabad qəsəbəsi “Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə subyektlər siyahısından görünür ki, İddiaçı və ailə üzvləri ilə birlikdə (X17, X12 və X10) cəmi 1,36 ha (0.08+0.27+0.92) torpaq sahəsi ayrılmışdır. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məkubuna əlavə olunmuş Əliabad qəsəbə İƏD-nin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarından vətəndaşlara məxsus hissəsinin çıxarışından (1254 nömrəli şəxsi hesab vərəqəsindən) görünür ki, ailə başçısı kimi-X12, ailə üzvləri X15, İddiaçı, X10 və X8 adları qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və üçüncü şəxs X6 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış və tərəflər arasında nikah qeydi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxsləri sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən etmişdir. Sözügedən Qanun xx.xx.1996-cı ildə qəbul edilmiş, xx.xx.1997-ci ildə dərc olunmuşdur. Göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında nikah xx.xx.1995-ci il tarixdə bağlandığından artıq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanun qüvvəyə mindiyi günədək üçüncü şəxsin daimi yaşayış yeri iddiaçı ilə birgə yaşadığı təsərrüfat olmuşdur. Buna görə də, Zaqatala rayon Əliabad qəsəbəsi “Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə dair (1,36 ha) subyektlər siyahısında üçüncü şəxsin adı iddiaçı və ailə üzvləri ilə birgə öz əksini tapmışdır. Üçüncü şəxsin iddiaçı ilə birgə eyni təsərrüfatda olması işdə mövcud olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məkubuna əlavə olunmuş Əliabad qəsəbə İƏD-nin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarından çıxarışlarla da sübut olunur. Belə ki, sözügedən sənədlərdən görünür ki, təsərrüfatda ailə başçısı kimi-X12, ailə üzvləri X15, İddiaçı, X10 və X8 adları qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, **********, **********, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X1 adının daxil edilməsində cavabdeh orqan haqlı olmuşdur. Məhkəmə X3 həm də X13 ilə birlikdə 0,80 ha torpaq sahəsi ilə bağlı subyektlər siyahısına daxil edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə birgə təsərrüfatda torpaq sahəsi ayrıldığı halda, yenidən digər təsərrüfatda torpaq payı ayrılacaq subyektlərin siyahısına üçüncü şəxsin adının daxil edilməsi düzgün olmamış və yol verilən hal “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş “hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər” maddi hüquq normasının pozuntusuna səbəb olmuşdur. Odur ki, X13 ilə birlikdə ayrılması nəzərdə tutulan torpaq sahəsinə münasibətdə cavabdeh orqan üçüncü şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən **********, **********, ********** qeydiyyat nömrəli X1 adının daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən iddiaçının adına **********, **********, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahələri ilə bağlı X3 adına aparılmış qeydiyyatın qanunsuz sayılması və onun adının çıxarışlardan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.