Məhkəmə qərarları › İş №e-2-1(116)-1177/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1177/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1177/2023 21.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omarovicin katibliyi, İddiaçı iştirakı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X8 kitabında 2006-cı ildə 9219 nömrəsi ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsi faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə DƏDR-də iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X8 kitabında 2006-cı ildə 9219 nömrəsi ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsi faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə DƏDR-də iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə JN-251A, KOD 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Balakən rayon Qazbinə kəndi ərazisində 0,08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrindən qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda iddia olunan torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsinin elektron baza məlumatlarında başqa şəxsə məxsus torpaq sahəsi kimi göründüyünü bildirmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının dinlənilmək hüququ təmin edilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hazırkı qərardadda təsbit olunan iddianın mümkünlüyünə dair hüquqi mövqeyi iddiaçıya izah olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən işin araşdırılması zamanı iddia olunan torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı mütəxəssis rəyi tələb olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə olunan həmin tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki :

1. İddiaçının faktiki istifadə etdiyi sahə 0.0852 ha olmaqla X4 mülkiyyətinə verilmiş JN-319A KOD 40108038 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cizgiləri daxilində yerləşir.

2. JN-251 KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsi X5 və onun ailə üzvlərinin mülkiyyətinə işlənilmişdir. X1 JN-251 KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsini naturada özü istifadə etmir və sözügedən torpaq sahəsi başqa vətəndaşın istifadəsindədir.

3. Faktiki istifadə olunan torpaq sahəsi JN-251 A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsi ilə üstüstə düşmür.

4. JN-251 KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsi JN-319 A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4 mülkiyyətinə işlənilmişdir. X2 JN-251 KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsi isə naturada başqa vətəndaşların istfadəsindədir. Göründüyü kimi,iddiaçı hazırda mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir,faktiki istifadəsində olan torpaq sahəsi isə başqa şəxsin mülkiyyətinə verilmiş Şəhadətnamənin cizgiləri daxilində yerləşir.İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı JN-251A, Kod 40108038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunmuş torpaq sahəsi üzərində faktiki istifadə etdiyi yerə əsasən mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Mütəxəssis rəyindən görünüdüyü kimi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi JN-319 A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4 mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 06 mart 2022-ci il tarixli, 2-1(116)-1013/2022 qərardadı ilə iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə üçüncü şəxsə verilmiş JN 554 A saylı Şəhadətnamədə göstərilən 0,18 ha torpaq sahəsinin, iddiaçının JN 319 A saylı Şəhadətnaməsində qeyd edilən 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə AİK-nın 1998-ci il 30 iyun tarixli 08 saylı qərarının ləğv edilməsi öhdəliyinin, eyni zamanda iddiaçının JN 319 A saylı şəhadətnaməsində göstərilən və tam səhv tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərinin ləğv edilməsi və iddiaçının 0.08 ha torpaq sahəsinə naturada plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. X6 tərəfindən (X7 ilə birgə iddiaçı olaraq) eyni tələblə bağlı əvvəllərdə məhkəməyə müraciət olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)-934/2015 saylı və 17 fevral 2021-ci il tarixli, 2-1(102)-65/2021 saylı Qərarları ilə iddia mümkün sayılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X8 kitabında 2006-cı ildə 9219 nömrəsi ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsi faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə DƏDR-də iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar