Məhkəmə qərarları › İş №e-2-1(116)-1212/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1212/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1212/2023 28.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşına çatdığı və əmək şəraiti xüsusilə zərərli işlərdə işlədiyi üçün ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə əmək fəaliyyətinə başlamışdır. İddiaçı 13 yanvar 1993-cü ildə Azərbaycan Dövlət Rayon X2 Ölçü cihazları və Avtomatikası sexinə “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1993-cü il tarixdə idarə aparatı “kompyuter təminatı qrupu”na operator, xx.xx.1993-cü il tarixdə X5 və Avtomatikası sexinə “operator” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1998-ci ildə İdarə aparatı kompyuter qrupuna “Elektrik maşınları üzrə operator”, xx.xx.2003-cü ildə İdarə Aparatı ümumi şöbəyə “operator”, xx.xx.2003-cü ildə İdarə aparatı “Kompyuter qrupuna” operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci ildə İdarə aparatı Mühasibatlıq şöbəsinə kompyuter q qrupuna operator, xx.xx.2009-cu il tarixdə X5 və Avtomattik İdarəetmə sisteminin “kompyuter qrupuna” operator, xx.xx.2017-ci ildə isə Elekrtik sexinə mütəxəssis vəzifəsinə təyin olunmuşdur və hazırda həmin vəzifədə işləyir. Qeyd edilən vəzifələr zərərli hesab olunur və buna görə də əmək haqqına hər ay 12 faiz həcmində əlavə əmək haqqı ödənilmiş və hazırda əmək məzuniyyətinə çıxdıqda da 6 təqvim günü məzuniyyət günlərinə əlavə olunmuşdur. İddiaçı pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı S.K.X3 təqdim etdiyi ИТ-0448325 nömrəli əmək kitabçasında və "xxxx" MMCnin 27 may 2022-ci il tarixli 07-57 nömrəli və 5 avqust 2022-ci il tarixli 07-79 nömrəli arayışlarda xx.xx.1993-cü il tarixdən bügünədək Azərbaycan Dövlət Rayon X2 Ölçü Cihazları və Avtomatika sexində elektron hesablama maşınlarının operatoru, İdarə aparatında kompüter təminatı qrupuna operator, İdarə aparatında ümumi şöbədə operator, İdarə aparatında mühasibatlıq şöbəsində kompüter qrupuna və elektrik sexində mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur.Bundan başqa, iddiaçının təqdim etdiyi sözügedən müəssisəyə dair 1 iyul 2009-cu il tarixli, həmçinin 24 may 2021-ci il tarixli 32 və 100 nömrəli əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrində işlədiyi istehsalat sahələrinin UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri olması ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəblərdən də iddiaçının güzşətli iş stajı yoxdur. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə, iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İ-ИЕ seriya nömrəli 815980 nömrəli iddiaçıya aid “Doğum haqqında Şəhadətnamə”in surəti; İİ-ЖГ seriyalı 383927 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti; İT-İ seriyalı ******* nömrəli iddiaçıya məxsus Əmək kitabçasının təsdiqlənmiş surəti; Azərbaycan Respublikasının Azərenerji ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-10/-196 nömrəli məktubu; Azərbaycan Respublikasının Azərenerji ASC Azərbaycan İstilik Elektrik stansiyası MMC xx.xx.2022-ci il tarixli 07-57 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşə və vəzifədə işləmişdir; Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 16 mart 2020-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumi iş stajı 25 ildən,güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 10 ildən çox olmaqla aşağıdakı kimi hesablanmalıdır. İddiaçı 13 yanvar 1993-cü ildə Azərbaycan Dövlət Rayon X2 Ölçü cihazları və Avtomatikası sexinə “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə idarə aparatı “kompyuter təminatı qrupu”na operator, xx.xx.1993-cü il tarixdə X5 və Avtomatikası sexinə “operator” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1998-ci ildə İdarə aparatı kompyuter qrupuna “Elektrik maşınları üzrə operator”, xx.xx.2003-cü ildə İdarə Aparatı ümumi şöbəyə “operator”, xx.xx.2003-cü ildə İdarə aparatı “Kompyuter qrupuna” operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci ildə İdarə aparatı Mühasibatlıq şöbəsinə kompyuter qrupuna operator, xx.xx.2009-cu il tarixdə X5 və Avtomattik İdarəetmə sisteminin “kompyuter qrupuna” operator, xx.xx.2017-ci ildə isə Elekrtik sexinə mütəxəssis vəzifəsinə təyin olunmuş və 31 may 2023-cü il tarixində işdən azad olunmuşdur. İddiaçının “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlədiyi istisna edilmir. Lakin Siyahının istinad edilən müddəasının məzmunundan göründüyü kimi, həmin məzmunda (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) şərtin ödənilməsi tələb olunur. Bu zaman, nəzərə alınmalıdır ki, işçinin fərdi mühafizə vasitələrindən faktiki istifadə edib-etmədiyi əhəmiyyət kəsb etmir. Müəyyən edilməli hal ondan ibarətdir ki, həmin iş yerlərində şüalanmadan fərdi mühafizə vasitələrinin mütləq tətbiqi normativ qaydada nəzərdə tutulmuş olsun. Belə ki, işin icra yerində şüalanma mənbəyinin sağlamlıq üçün zərərli həddə olduğu digər göstəricilərlə yanaşı, həm də həmin şərtin nəzərdə tutulması ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-773/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Həmin hüquqi mövqeyə əsasən məhkəmə tərəfindən iddiaçının ş yeri üzrə sorğu verilmiş, Azərenerji ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-10/-196 nömrəli məktubunda bildirilmişdir ki, həmin iş yerində mütəxəssis vəzifəsində işləmiş İddiaçı "xxxx" MMC-nin mərkəzləşdirilmiş kompyuter qrupu sahəsində 2015-ci il may ayınadək işlədiyi müddətdə Xüsusi Laboratoriya tərəfindən aparılmış əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticəsinə əsasən YT, ƏYT, iş yerində havanın temperaturunun, əməyin ağırlıq dərəcəsinin və nisbi rütubətin normadan artıq olması, 2021-ci il may ayınadək işlədiyi sahədə karbon qazının, səs küyün və əməyin ağırlığının yüksək olduğu müəyyən edilmiş və ona hər ay əmək haqqının 12% həcmində əlavə əmək haqqı ödənilmişdir. Lakin 2021-ci ildə aparılmış təkrar əmək səraiti üzrə iş yerlərinin attestasiyasının nəticəsinə əsasən iddiaçının Elektrik sexində mütəxəssis vəzifəsində işlədiyi sahədə səs-küyün və əmək ağırlığının yüksək olduğu müəyyən edilərək ona əmək haqqının 8% həcmində əlavə əmək haqqı ödənilmişdir. Həmçinin,iddiaçının vəzifəsini icra etdiyi zaman xüsusi işçi geyim,işçi ayaqqabısı,mühafizə dəbilqəsi ilə təmin edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 24-cü bəndində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində işləyən mütəxəssis güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 60 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1960-ci ildə doğulub). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar