Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1248/2022 14.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X3 işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək olan illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X3 işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan illərin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçası, təhsil haqqında atestat, diplom və hərbi biletin surətindən görünür ki, onun kifayət qədər əmək stajı vardır. İddiaçı cavabdeh orqana müraciət edərək iddia tələbində qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsini və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən xx.xx.1980-ci il tarixli NT-İ № ******* saylı əmək kitabçasının, attestatın, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı dövr, xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı və hərbi xidmətdə olduğu dövr) 21 il 1 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1980-ci il tarixində adına tərtib olunmuş NT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X4 xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı kitabları Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ons yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X3 işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək olan illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********7 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı X9 xx.xx.1957-ci ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq pensiya yaşına çatdığı tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1980-ci il tarixli ******* saylı əmək kitabçasının, attestatın, təhsil haqqında diplomun yə hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1972ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı dövr, xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı yə hərbi xidmətdə olduğu dövr) 21 il 1 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq xx.xx.1980-ci il tarixdə iddiaçının adına tərtib olunmuş ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Səki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X4 01.01,1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002ci il tarixədək əməkhaqqı kitabları Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina cavabından göründüyü kimi, iddiaçının əmək kitabçası və təqdim etdiyi digər sənədlərə əsasən sosial sığorta stajı kimi müəyyən edilən 21 il 1 ay cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İşin mübahisələndirilən halı isə imtina cavabında qeyd edilmiş iddiaçının Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X3 xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərdir. Həmin dövrlərə dair əməkhaqqı kitabları dövlət arxivinə təhvil verilmədiyindən həmin dövrlərin qarşılıqlı yoxlanılmasını aparmaq mümkün olmadığı üçün sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi mübahisələndirilən qeydlərə dair arxivdə müvafiq sənədlər aşkar edilmədiyindən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 22 il 1 ay təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan iddiaçı X5 yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********975700 nömrəli məktubunda qeyd olunur ki, Zaqatala Rayon İctimai X7 (VÖEN: **********) Zaqatala rayon Kooperativ Cəmiyyətinin müvəkkillər yığıncağının xx.xx.1996-cı il tarixli qərarı ilə Zaqatala rayonunda yerləşən X8nin bazasında təşkil olunmuş və xx.xx.1998-ci il tarixdə Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində 9/140 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin hüquqi ünvanı ünvan 1i, rəhbəri isə X2r. xx.xx.2014-cü il tarixədək fəaliyyəti aktiv olmuş, həmin tarixdən isə fəaliyyəti dayandırılmışdır. 0635313 nömrəli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək peşə məktəbində təhsil almışdır. (11 ay 26 gün) 3339074 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixədək hərbi xidmət keçmişdir. (2 il 0 ay 1 gün) 609372 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Bakı Yeyinti sənayesi texnikomunda təhsil almışdır. (hərbi xidmət müddəti ilə birlikdə cəmi 3 il 6 ay 5 gün) 0613345 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Zaqatalada konserv zavodunda (11 ay 22 gün); xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci ilədək soyuducu işçisi (3 il 11 ay 25 gün); xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü ilədək X13 Müəssisəsində işləmiş, xx.xx.1994-cü il tarixdən Muxax kənd X6 Birliyi Tala kənd İİMB-nə birləşdiyinə görə işdən azad olunmuş, xx.xx.1994-cü il tarixdən rayon İİMB-nə anbardar vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə Azərittifaqın idarə heyətinin Zaqatala rayon İstehlak Cəmiyyəti rayon İctimai X4 direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə ərizəsinə əsasən vəzifədən azad edilmişdir. (cəmi 16 il 10 ay 7 gün) İddiaçının cəmi ümumi iş stajı 26 il 3 ay 15 gün təşkil edir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının ümumi 26 il 3 ay 15 gün iş stajı vardır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Zaqatala rayon İstehlak Cəmiyyəti İctimai X3 işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illər onun iş stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-1248/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1248/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver