Məhkəmə qərarları › İş №e-2-1(116)-1281/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1281/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1281/2024 23.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixdən Yevlax rayon 1 nömrəli dövlət notariat kontorunda AN-İ N0597759 saylı alğı-satqı müqaviləsi ilə mülkiyyət hüququ ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ********** qeydiyyat nömrəli, Yevlax rayonu Havarlı kəndinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5390 ha əmlak barədə sərəncam vermə hüququnun bərpa olunması və çıxarış ala bilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxsə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixdən Yevlax rayon 1 nömrəli dövlət notariat kontorunda AN-İ N0597759 saylı alğı-satqı müqaviləsi ilə mülkiyyət hüququ ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ********** qeydiyyat nömrəli, Yevlax rayonu Havarlı kəndinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5390 ha əmlak barədə sərəncam vermə hüququnun bərpa olunması və çıxarış ala bilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, ərizə İPM-in 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsinə əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin onun ərizəsində qeyd olunan tələblərə riayət olunmamış, iddia ərizəsinin giriş hissəsində iddiaçı və cavabdeh göstərilməmiş, onların əvəzinə tərəflər ərizəçi və maraqlı şəxs kimi qeyd edilmişdir. Eyni zamanda müraciət iddia ərizəsi deyil, ərizə formasında tərtib edilərək məhkəməyə elektron qaydada təqdim olunmuşdur. Belə olan halda, yenidən düzgün tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və ya iddia ərizəsini formal xətalar aradan qaldırılmaqla qanunvericiliyin tələblərinə uyğun dəqiqləşdirməsi İddiaçı tövsiyyə olunmuşdur. Məhkəmənin hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, ərizənin məzmunundan müəyyən olunmuşdur ki, məhkəməyə müraciət etməkdə İddiaçı məqsədi Yevlax rayonu Havarlı kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,5390 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair başqa şəxsin adına tərtib edilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərinə çatdırılmışdır ki, o, ilk növbədə iddia ərizəsində qeyd etdiyi Ziya Həsənov adlı şəxsin adına tərtib olunmuş çıxarışı mübahisələndirməli, daha sonra isə həmin torpaq sahəsinin özünün adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etməlidir. Həmçinin ərizənin məzmunundan görünür ki, Z.Həsənov adlı şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququ onunla X1 arasına bağlanmış alğı-satqı müqaviləsi əsasında qeydə alınmışdır. Odur ki, həmin çıxarışın ləğv edilməsi üçün ilk növbədə çıxarışın verilməsinə əsas olmuş “alğı-satqı müqaviləsi” mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir. Qeyd olunanlarla yanaşı İddiaçı bildirilmişdir ki, ərizənin xahiş etdi hissəsində tələb qeyri-müəyyən ifadə olunduğundan, düzgün tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə həmin hissədə də müvafiq dəqiqləşmənin aparılması zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Normanın məzmunundan çıxış edən məhkəmənin qənaətinə görə, araşdırmanın iddia ərizəsində ifadə tərzi ilə bağlı yol verilmiş yanlışlıq nəzərə alınmaqla aparılması mümkün olmadığından, iddia ərizəsinin xahiş etdi hissəsi yenidən iddiaçı tərəfindən tələb düzgün formulə edilməklə, iddiaçının hüquqi marağına uyğun tərtib olunmalıdır. Həmçinin nəzərinə çatdırılmışdır ki, çıxarışın ləğvi və ya verilməsi tələbinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin iddiaların mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Odur ki, İddiaçı müvafiq iddia tələbində cavabdeh qismində qeyd edəcəyi inzibati orqana ərizə ilə müraciət etməli, imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etməlidir. Müvafiq imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvələ aid olmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda İddiaçı qeyd olunan çatışmazlıqların aradan qaldırılması, müvafiq iddia ərizəsi ilə birlikdə cavabdeh inzibati oraqana müraciət etməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunması və ya göstərilənlərə münasibət bildirilməsi üçün 5 gün müddət təyin edilmişdir. Sözügedən hüquqi yardım məktubu xx.xx.2024-cü il tarixdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi kabinetinə yerləşdirilmiş, lakin ötən müddət ərzində məktuba münasibət bildirilməmiş, çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə İddiaçı ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, ərizə İPM-in tələblərinə uyğun tərtib olunmaqla yanaşı, İddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən İddiaçı hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlansa da, məhkəmənin yardım məktubuna iddiaçının nümayəndəsi və vəkili tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, yuxarıda qeyd olunanlara əsasən iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçı diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixdən Yevlax rayon 1 nömrəli dövlət notariat kontorunda AN-İ N0597759 saylı alğı-satqı müqaviləsi ilə mülkiyyət hüququ ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ********** qeydiyyat nömrəli, Yevlax rayonu Havarlı kəndinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5390 ha əmlak barədə sərəncam vermə hüququnun bərpa olunması və çıxarış ala bilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar