Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1304/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən məbləğində borcun ödənilməsi təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış satılması" tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən məbləğində borcun ödənilməsi təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində və AZEMİS elektron məhkəmə sistemindən cavabdehin hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi,ev 9 olduğu müəyyən edilir.Odur ki, hazırkı iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. İddiaçıya hüquqi yardım məktubunda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub göndərərək işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı ərizəyə baxılması üçün iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə iddia növü “öhdəliyin icrası haqqında” iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində deyilir ki, “mübahisələndirmə haqqında” iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Müəyyən edilir ki, Cavabdeh hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi,ev 9 olduğundan Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən məbləğində borcun ödənilməsi təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış satılması" tələbi barədə ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-1304/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1304/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver