Məhkəmə qərarları › İş №e-2-1(116)-1340/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1340/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1340/2022 05.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı oğunun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs: X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs: X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Şəki şəhəri M.F.Axundov küçəsi 13/16 saylı mənzil xx.xx.2010-cu il tarixli seriya MA ******* saylı reyestr çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. xx.xx.1984-cü il təvəllüdlü X5 həmin ünvanda pasport qeydiyyatında olsa da rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Qazax rayonuna ər evinə getmişdir. O vaxtdan etibarən İddiaçı məxsus evdə yaşamır və keçən dövr ərzində 2-3 dəfə gəlmişdir. X1 məxsus ev də mövcuddur. İddiaçı özünə məxsus evlə bağlı sərəncam vermək (bağışlama, alqı-satqı, ipoteka və) istəsə də, notariat hərəkətlərinin aparılmasından imtina olunmuş və səbəb olaraq Ülkər Əliyevanın həmin evdə qeydiyyatda olması göstərilmişdir. İddiaçı, X3 qeydiyyatdan çıxarılması ilə bağlı Şəki ŞRPŞ-yə müraciət etmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli məktubu ilə onun tələbi təmin olunmamış və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. X2 şəhəri, M.F.Axundov prospekti, bina 13, mənzil 16 ünvanında qeydiyyatda olsa da, həmin fərdi yaşayış evndən istifadə etmir, faktiki olaraq başqa ünvanda yəni, Qazax rayonunda yaşayır. İddiaçı və iddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. - 2010-cu il tarixli 12770 inventar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, X7 prospekti, bina 13, giriş 2, mərtəbə 3, mənzil 16 ünvanında yerləşən mənzil sahəsi üzrə hüquq subyekti İddiaçıdur. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Şəki şəhəri, X7 prospekti, bina 13, mənzil 16 ünvanında üçüncü şəxs qeydiyyatdadır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında, ümumi rayon məhkəməsində (Şəki Rayon Məhkəməsində) baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İnzibati icraat çərçivəsində yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Qeyd olunan şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onların həmin yaşayış sahəsində əmlak hüquqlarının hazırda mövcud olubolmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalıdır. İddia ərizəsinin məzmunundan, “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan və iş materiallarından bəlli olur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı X5 ailə üzvüdür (qızıdır). Odur ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı - qızının həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı, qızının həmin yaşayış sahəsində qeydiyyatının formal olduğunu və heç bir istifadə hüququnun olmadığını bildirir. Belə olan halda iddiaçı, qızının Şəki şəhəri, X7 prospekti, bina 13, giriş 2, mərtəbə 3, mənzil 16 ünvanında yerləşən mənzildə istifadə hüququnun itirilməsinə (xitam verilməsinə) dair iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət etməlidir. Müraciəti müsbət həll olunduğu halda üçüncü şəxs (Ülkər Əliyeva) həmin qətnamə əsasında yuxarıda istinad olunan, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılacaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: [22] .... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilmiş və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs: X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar