Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1364/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində İddiaçıh Sadəddin oğlunun ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək sözügedən fərdi yaşayış evi üzərində ümumirbə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, cavabdeh orqana qarşı "xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1388/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və həmin qərar icra edilmişdir. Bundan sonra iddiaçının müraciətinə yenidən baxılaraq, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-520/2023 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. İddia ərizəsində bəhs edilən, dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evi təkcə X4 deyil, onunla yanaşı, hazırda da həmin evdə yaşayan ailə üzvlərinə, o cümlədən İddiaçı verilmişdir. X1 ilə yanaşı, digər ailə üzvlərinin, o cümlədən İddiaçı, X5 və X14 yaşaması Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışı ilə də təsdiq olunur. Məhkəmə bildirmişdir ki, belə olan halda, evə yalnız X2 mülkiyyət hüququnun qeydiyyata alınması qanuni olmamışdır. Hesab edir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçıh Sadəddin oğluna və qeyrilərinə məxsus olan 0,1002 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməlidir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X26 nümayəndəsi olduğu iddiaçının ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı fərdi yaşayış evi "Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə dair” Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda qeyd olunan fərdi yaşayış evi İddiaçı deyil X2 adına qeyd olunmuşdur. Buna görə də qeyd olunan fərdi yaşayış evinin İddiaçı məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat (sözügedən evə münasibətdə dürüstləşdirilmiş siyahı) təqdim edildikdən sonra yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılması barədə iddiaçıya 09.01,2023-cü il tarixli, 3-21-3-47/2-M- 0205-8/2023 (**********27) nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2- 520/2023 (**********20) nömrəli məktub ünvanlanmışdır. İddiaçı cavabdeh 18 saylı Zaqatala Ərazi idarəsinə (3-cü şəxs: X6) qarşı Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” fərdi yaşayış evinə dair hissədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubla məhkəməyə həm də iddiaçıya məlumat verilmişdir. Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri üzərində hüquqların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər (siyahılar) əsasında aparılır. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə h üquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsaslann olub-olmamasını müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli **********68 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli “hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmişdir. - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. - 1989-cu il tarixli Texniki pasportdan görünür ki, həmin sənəd X15 adına fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş, həmin sənəddə fərdi yaşayış evinin ümumi sahəsi 62,7 kv.m göstərilmiş, evin tikildiyi il kimi isə 1960-cı il qeyd olunmuşdur. - A seriyalı 246216 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 adına 1001,78 kv.m torpaq sahəsi ilə bağlı verilmişdir. - xx.xx.2020-ci il tarixli Texniki pasportdan görünür ki, həmin sənəd fərdi yaşayış evi ilə bağlı üçüncü şəxs X2 və digər mülkiyyətçilərin (adlar göstərilməmişdir) adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki 0,1002 ha göstərilmiş, evin tikildiyi il kimi isə 2012-ci il qeyd olunmuşdur. Texniki pasportda onun verilməsinə əsas kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubu və DT və XK-nin Zaqatala rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 1196 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" göstərilmişdir. - "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 107,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə X2 tam mülkiyyət hüququ, evin yerləşdiyi 0,1002 ha torpaq sahəsinə isə X2, X16, X3, X5, X14, X9, X10, İddiaçıh Sadəddin oğlunun ümumi birgə mülkiyyət hüququ xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Zaqatala Rayon Muxax Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 393 nömrəli arayışından görünür ki, X15 adına olan akta əsasən, 1996-cı ildə Muxax kəndində torpaq islahatı aparılarkən mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi, onun özünün və onun ailə üzvləri X3, X7, X2, İddiaçı, X14, X11, X8 adları qeyd edilmiş və onların adlarına işlənmiş torpaq sahəsi kimi 0,22 ha qeyd olunmuşdur. - Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışından görünür ki, İddiaçı, üçüncü şəxs X2 və digər ailə üzvlərinin yaşadığı ev və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsi onların mərhum atası X17 məxsus olmuşdur. Həmin ev xx.xx.2012-ci ildə baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və evin yerində mərhumun qızı X2 adına Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə üç otaqlı fərdi yaşayış evi tikilmişdir. X21 vəfat etdikdən sonra mərhuma məxsus olan təsərrüfat qızı X2 adına keçmiş və həmin təsərrüfatda aşağıda adları qeyd olunan ailə üzvləri qalmışlar: 1) qızı X12, 2) oğlu İddiaçı, 3) qızı X13, 4) gəlini X22. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının 1.1-ci bəndində qərara alınmışdır ki, yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etsinlər. Fərmanın 2.1-ci bəndində isə qərara alınmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin. Göründüyü kimi, istinad olunan Fərmanda Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsinin qaydası müəyyən edilmişdir. Həmin qaydaya görə, yerli icra hakimiyyəti orqanları zəruri sənədləri, o cümlədən evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, sonuncu isə həmin siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında onların mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır. İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsində bəhs edilən, dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evi təkcə X4 deyil, onunla yanaşı, hazırda da həmin evdə yaşayan ailə üzvlərinə, o cümlədən İddiaçı verilmişdir. X1 ilə yanaşı, digər ailə üzvlərinin, o cümlədən İddiaçı, X5 və X14 yaşaması Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışı ilə də təsdiq olunur. Yerli icra nümayəndəliyində mövcud olan təsərrüfatbaşına uçot kitabında təsərrüfatın başçısı kimi X2 adının yazılması onunla birlikdə yaşayan digər ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Odur ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən təqdim edilmiş siyahıda qeyd edilən məlumatlarla kifayətlənməməli idi. Müvafiq siyahıları tərtib edən Zaqatala RİH və Fövqəladə Hallar Nazirliyi də siyahıya adlarını daxil edilən şəxslərin həmin təsərrüfatda uçotda olub-olmamasını yoxlamalı, eyni zamanda həmin fərdi yaşayış evində yaşayan şəxslərin dairəsini müəyyən etməli idilər. Belə ki, istinad olunan xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının icrası ilə əlaqədar evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını tərtib edən inzibati orqan nəyə görə məhz həmin şəxslərin adlarını siyahıya daxil edilməsini əsaslandırmalıdır. Yəni, siyahıya daxil edilmə inzibati orqanın subyektiv mülahizəsinə yox, həmin evdə yaşayan, təsərrüfatda olan şəxslərə dair əldə edilmiş uçot məlumatlarına əsaslanmalıdır. Əks yanaşma, həmin fərdi yaşayış evinə aidiyyəti olmayan şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına və faktiki yaşayan və uçotda olan şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, "Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur. Deməli, kənd icra nümayəndəliyində təsərrüfatbaşına uçot kitabının aparılmasında məqsəd yaşayış məntəqəsi sakinlərinin, onların əmlakının hesabatını aparmaqdan ibarətdir, eyni zamanda, kitabda ailə üzvlərinin siyahısının qeyd edilməsi həmin şəxslərin təsərrüfatda yaşamasını, həmin təsərrüfata aidiyyətini təsdiq edir, hesabat aparılmasının operativliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir. Yuxarıda qeyd edilən hallar iddiaçıya münasibətdə iş materialları ilə sübuta yetirildiyindən və həmin hallara Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2- 1(116)-1388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində İddiaçıh Sadəddin oğlunun ümumibirgə mülkiyyət hüququnun (X12, X13 və X22 ilə birlikdə) qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.