Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1365/2023 12.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X1 iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçılar İddiaçı1 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıların mülkiyyətində olan DƏDR-də xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın düzəliş olunaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinin İddiaçı1 adına xüsusi mülkiyyəti kimi, evin ¼ hissəsinin X1 xüsusi mülkiyyəti kimi, torpaq sahəsinin isə bütövlükdə İddiaçı1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıların mülkiyyətində olan DƏDR-də xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın düzəliş olunaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinin İddiaçı1 adına xüsusi mülkiyyəti kimi, evin ¼ hissəsinin X1 xüsusi mülkiyyəti kimi, torpaq sahəsinin isə bütövlükdə İddiaçı1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın faktiki vəziyyətinə uyğunlaşdırılaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsi üzərində İddiaçı1, ¼ hissəsi üzərində X1 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, onların xüsusi mülkiyyətlərində Əliabad qəsəbəsi ərazisində yerləşən yaşayış evi və 0,0882 ha həyətyanı torpaq sahəsi vardır. Həmin ev və həyətyanı torpaq sahəsi notariusun xx.xx.2005-ci il tarixli reyestr nömrəsi 60 və 61 saylı Qanun üzrə vərəsəlik və mülkiyyət hüququ şəhadətnamələri əsasında onların mülkiyyətlərinə keçmişdir. Evin tikilməsinə icazə verilməsinə dair Zaqatala rayon XDS İKnin 1987-ci il tarixli 30 dekabr tarixli 25 nömrəli qərarı vardır. Həmin qərarda mərhum ərinin adı səhvən Əlibəy qeyd olunduğuna görə Zaqatala rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-155 saylı qətnaməsi ilə sözügedən XDS İK-nin qərarının əri X7 məxsus olması faktı müəyyən edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi isə 1986-cı ildə “İliç” adına kolxozun xx.xx.1986-cı il tarixli ümumi iclasının qərarı ilə 0,12 ha olmaqla ayrılmışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi reyestr qeydiyyatında təyinatı səhvən “kənd təsərrüfatı təyinatlı” yazılmışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili (nümayəndəsi) iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - xx.xx.2022-ci il tarixli **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X3 təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.0882 ha torpaq sahəsi İddiaçı1 adına qeydiyyata alınmışdır; - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 3/4 hissə, İddiaçı2 Alabəy qızına 1/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır; - **********05-10301 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Çay-daşı və kərpicdən 1990-cı ildə inşa edilmiş 1 otaq yaşayış sahəsi 25 kv. metr, ümumi sahəsi 43 kv. metr olan yaşayış evi İddiaçı1 3/4 hissə, İddiaçı2 Alabəy qızına 1/4 hissə olmaqla xx.xx.2005-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadənamə əsasında adlarına qeydə alınmışdır; - xx.xx.2005-ci il tarixli Ər-arvadın ümumi əmlakındaki paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 1990-cı ildə vəfat etmiş X4 İddiaçı1 ilə birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır; - xx.xx.2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Çaydaşı və kərpicdən 1990-cı ildə inşa edilmiş 1 otaq yaşayış sahəsi 25 kv. metr, ümumi sahəsi 43 kv. metr olan yaşayış evi xx.xx.1990-cı il tarixdə vəfat etmiş X2 İddiaçı1 və İddiaçı2 Alabəy qızına miras qalmışdır; - xx.xx.2022-ci il tarixli A seriyalı 696652 nömrəli Torpaq sahəsinin planı və ölçüsünun təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.0882 ha torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd edilmişdir; - 2005-ci il tarixli Fərdi yaşayış fonuna daxil olan yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətindən görünür ki, qeyd edilən torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi hazırkı elektron baza TEKUİS məlumatlarına əsasən İddiaçı1 adına xx.xx.2022-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0.0882 ha torpaq sahəsi Zaqatala rayonu, Əliabad qəsəbəsinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Torpaq sahəsinin keyfiyyət qrupu İ, Bonitet balı 100 olmaqla kənd təsərrüfatına yararlı torpaqdır. İddia olunan 0.0882 ha torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı1dır. Mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışda torpağın məqsədli istifadə növünün həyətyanı olaraq göstərilməsi ilə bağlı bildiririk ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X9 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. Qeydiyyata alınması iddia olunan fərdi yaşayış evi 0.0882 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə qeydiyyata alınaraq Qeydiyyat vəsiqəsi verilmişdir.Bundan sonra hazırkı cavabdeh inzibati orqan tərəfindən ilkin hüquqmüəyyənedici sənəd əsasında xx.xx.2008-ci il tarixli arayış təqdim edilmişdir.Arayışda fərdi yaşayış evinin İddiaçı1 3/4 hissə, İddiaçı2 Alabəy qızına 1/4 hissədə olmaqla mülkiyyət hüququ əsasında məxsus olduğu qeyd olunmuşdur.Arayışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növünün “həyətyanı” olduğu müəyyən edilmişdir. Həmin arayış əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınarkən torpağın təyinatı “kənd təsərrüfatı” təyinatlı göstərilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən müəyyən edilir ki, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində onların,habelə vərəsələri olduqları X5 mülkiyyət hüququları qeyə alınmış,cavabdeh tərəfindən torpağın məqsədli təyinatının həyətyanı olduğuna dair arayış təqdim edilmişdir. Göründüyü kimi iddia tələbinin mahiyyəti torpağın təyinatının dəyişməsi deyil,cavabdeh inzibati orqan tərəfindən fakitiki vəziyyətinə uyğun olmayaraq yanlış göstərilmiş təyinatın fakitiki vəziyyətinə uyğunlaşdırılmasından ibarətdir.Odur ki,iddia təmin edilməli,iddiaçıların müvafiq hissədə torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın toprağın faktiki vəziyyətinə uyğunlaşdırılaraq “həyətyanı” qeyd edilməklə, həmin torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsi üzərində İddiaçı1, ¼ hissəsi üzərində X1 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-1365/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1365/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver