Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1392/2023 25.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2004-cü il tarixli 374 saylı X2 doğum akt qeydinin ləğv edilməsi, Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2001-ci il tarixli 47 saylı X1 doğum haqqında bərpa akt qeydinin etibarlı sayılması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh xx.xx.2004-cü il tarixli 374 saylı X2 doğum akt qeydinin ləğv edilməsi, Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2001-ci il tarixli 47 saylı X1 doğum haqqında bərpa akt qeydinin etibarlı sayılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, ləğvi tələb edilən Cavabdeh xx.xx.2004-cü il tarixli 374 saylı X2 doğum akt qeydi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-986/2022 nömrəli qərarı ilə ləğv edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Odur ki, yenidən həmin akt qeydinin ləğvi ilə bağlı məsələ qaldırılması anlaşılan deyil. Sözügedən tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu həmin iddia tələbinin irəli sürülməsi üçün iddiaçının hüquqi marağınızın mövcudluğunu istisna edir. Buna görə də tələbin həmin hissəsinə inzibati məhkəmə icraatı qaydasında yenidən baxılması mümkün deyildir. İddia tələbinin “Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2001-ci il tarixli 47 saylı X1 doğum haqqında bərpa akt qeydinin etibarlı sayılması” hissəsinə münasibətdə isə məhkəmə izah edir ki, akt qeydi ləğv edilənə, etibarsız sayılanadək etibarlı sayılır. Əgər cavabdeh orqan həmin akt qeydi əsasında irəli sürülmüş tələblərin təmin edilməsindən imtina edirsə, bu zaman cavabdeh orqanın müvafiq imtinası mübahisələndirilməlidir. Yəni, “doğum haqqında bərpa akt qeydinin etibarlı sayılması” ilə bağlı tələb özlüyündə hər hansı hüquqi nəticənin əldə edilməsinə gətirib çıxartmır. Buna görə də həmin tələbə də mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi mümkün deyildir. İş materiallarından görünür ki, xx.xx.2001-ci il tarixli 47 saylı doğum haqqında bərpa akt qeydində “Gülşən” adı qeyd edilmişdir və hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2001-ci il tarixli 47 saylı akt qeydi əsasında doğum haqqında şəhadətnamənin əldə edilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, iddia ərizəsində “atasının ona qoyduğu adla yaşamaq istədiyini” bildirir. Bunun üçün iddiaçı, cavabdeh orqana həmin “doğum haqqında bərpa akt qeydi” əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməli, müraciəti təmin olunmadığı halda isə Şəki İnzibati Məhkəməsində anoloji tələblə iddia qaldırmalıdır. Yasamal rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi xx.xx.2001-ci il tarixli 47 saylı X1 doğum haqqında bərpa akt qeydinin əsaslılığı məhz həmin icraat çərçivəsində araşdırılaraq cavabdeh orqanın hərəkətlərinə hüquqi qiymət veriləcəkdir. Odur ki, hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə alınmasına baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2004-cü il tarixli 374 saylı X2 doğum akt qeydinin ləğv edilməsi, Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2001-ci il tarixli 47 saylı X1 doğum haqqında bərpa akt qeydinin etibarlı sayılması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1392/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1392/2023
25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver