Məhkəmə qərarları › İş №e-2-1(116)-1437/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1437/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1437/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Şəki rayonu Göynük Bələdiyyəsinin Cavabdeh2, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Şəki rayon 1 Saylı Dövlət Notariat Kontoruna qarşı “Şəki rayon Şin bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 01 nömrəli iclasında 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması haqqında qərarın ləğv edilməsi, ƏMDK-nın DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə qeydə alınmış **********47 reyestr nömrəli RX seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarış”-ının ləğv edilməsi, Şəki rayon Şin bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 nömrəli iclasında 0.12 ha torpaq sahəsinin X1 barədə qərarın ləğv edilməsi, Şəki rayonu 1 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müaviləsi”-nin və həmin torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi, Şəki rayon, Şin bələdiyyəsi tərəfindən Şəki rayon, Baş Göynük bələdiyyəsi ərazsindən satılmış torpaq sahəsinin Şəki rayon Baş Göynük bələdiyyəsinin mülkiyyətinə və sahibliyinə qaytarılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunan sənədlərə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı “Şəki rayon Şin bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 01 nömrəli iclasında 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması haqqında qərarın ləğv edilməsi, ƏMDK-nın DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə qeydə alınmış **********47 reyestr nömrəli RX seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarış”-ının ləğv edilməsi, Şəki rayon Şin bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 nömrəli iclasında 0.12 ha torpaq sahəsinin X1 barədə qərarın ləğv edilməsi, Şəki rayonu 1 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müaviləsi”-nin və həmin torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi, Şəki rayon, Şin bələdiyyəsi tərəfindən Şəki rayon, Baş Göynük bələdiyyəsi ərazsindən satılmış torpaq sahəsinin Şəki rayon Baş Göynük bələdiyyəsinin mülkiyyətinə və sahibliyinə qaytarılması barədə qərar qəbul edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir Məhkəmə tərəfindən iddiaçıya məhkəmənin hazırkı qərardadda təsbit olunan hüquqi mövqeyinə dair xx.xx.2024-cü il tarixdə yardım məktubu göndərilmişdir. Qeyd olunanlara münasibət bildiriməsi üçün 10 (on) gün müddət təyin edilmiş, iddiaçı məktubu qəbul etməsinə baxmayaraq təyin olunan müddət ərzində yardım məktubuna münasibət bildirməmişdir. Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Aşağıdakı hallara görə ərizə mümkün sayılmamalıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının tələbi üç fərqli cavabdehə-Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Şəki rayon 1 Saylı Dövlət Notariat Kontoruna qarşı beş fərqli tələb olmaqla aşağıdakı kimidir :

1. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi;

2. 08.14.2014-cü il tarixli Çıxarışın ləğv edilməsi

3. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi;

4. Şəki rayon 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi;(mülki qaydada baxılmalıdır).

5. Mübahisələndirilən torpaq sahəsinin Şəki rayonu Baş Göynük Bələdiyyəsinin mülkiyyətinə qaytarılması. Yuxarıda qeyd olunan iddia tələbləri müxtəlif cavabdehlərə qarşı və müxtəlif iddia növlərinə aid olduğundan, həmçinin,dördüncü sırada qeyd olunan tələb mülki məhkəmə qaydasında baxılmalı olduğundan həmin iddiaların bir icraatda birləşdirilməsi yolverilməzdir.İddiaçıya hüquqi marağına uyğun əsasən ilkin olaraq müvafiq bələdiyyə qərarını mübahisələndirmək hüququnun olduğu izah olunur.İddia ərziəsində qeyd olunan tələblər həmin tələbdən asılı olmaqla mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki,bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Yuxarıda qeyd olunanlara əsasən,məhkəmə,

qərara aldı:

İddiaçı Şəki rayonu Göynük Bələdiyyəsinin Cavabdeh2, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Şəki rayon 1 Saylı Dövlət Notariat Kontoruna qarşı “Şəki rayon Şin bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 01 nömrəli iclasında 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması haqqında qərarın ləğv edilməsi, ƏMDK-nın DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə qeydə alınmış **********47 reyestr nömrəli RX seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarış”-ının ləğv edilməsi, Şəki rayon Şin bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 nömrəli iclasında 0.12 ha torpaq sahəsinin X1 barədə qərarın ləğv edilməsi, Şəki rayonu 1 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müaviləsi”-nin və həmin torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi, Şəki rayon, Şin bələdiyyəsi tərəfindən Şəki rayon, Baş Göynük bələdiyyəsi ərazsindən satılmış torpaq sahəsinin Şəki rayon Baş Göynük bələdiyyəsinin mülkiyyətinə və sahibliyinə qaytarılması barədə qərar qəbul edilməsi" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar