Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1444/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu H.Əliyev prospektində yerləşən 180 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu H.Əliyev prospektində yerləşən 180 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş e-2-1(116)-1444/2022 nömrə ilə qeydə alınmışdır. Həmçinin İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixli, **********02 nömrəli qərarının ləğv edilməsi və faktiki sahibliyini həyata keçirdiyi Balakən rayonu H.Əliyev prospektində yerləşən 180 kv.m torpaq sahəsinə rəsmi dövlət dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-1441/2022 nömrə ilə qeydə alınmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, qeyd olunan müstəqil işlər bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki iddia tələbi bir-biri ilə əlaqəlidir, eyni cavabdehə qarşı yönəlmişdir və Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Belə olan halda həmin iddia tələblərinin hər birinə ayrıca icraatda baxılmasına lüzum yoxdur. Tələblərə bir icraatda birləşdirməklə baxılması mübahisənin daha qısa müddətdə həll edilməsinə və əsassız vaxt itkisinin qarşısının alınmasına xidmət edir. Buna görə də iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2 e-2-1(116)-1444/2022 saylı inzibati iş, e- 2-1(116)-1441/2022 saylı inzibati işə birləşdirilir. e-2-1(116)-1444/2022 saylı inzibati iş, e-2-1(116)-1441/2022 saylı inzibati işə birləşdirildiyindən 2-1(116)-1444/2022 saylı inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1444/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1444/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver