Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1457/2023 19.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri, Azərbaycan prospekti- 132 (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108), blok – 6, 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m olan 2 otaqlı 71 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala şəhəri, Azərbaycan prospekti-132 (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108), blok – 6 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m olan 2 otaqlı 71 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1457/2023 nömrəli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatında adi cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 27 fevral 2015-ci il tarixli, ABB YM-1 saylı müqaviləyə əsasən, "xxxx" MMC-yə məxsus olmuş Zaqatala şəhəri, Azərbaycan prospekti-132, blok - 6 ünvanında 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 90,45 m2 olan 2 otaqlı 71 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) mənzili dəyərini ödəməklə almışdır. "xxxx" MMC-nin mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti-142 (keçmiş - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) ünvanında yerləşən həmin bina daha sonra "X1" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azerbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, "Aqrarkredit QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi əmlak olaraq qiymətləndirilmiş və "X1" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. "xxxx" MMC-nin 27 fevral 2015-ci il tarixli, ABB YM-1 saylı müqaviləyə əsasən İddiaçı satmış olduğu Zaqatala şəhəri, Azərbaycan prospekti-132, blok - 6 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 71 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) mənzilin "ASK” ASC-nin və "Aqrarkredit QSC BOKT-nm nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020ci il tarixli 28 nömrəli iclas protokolu ilə İddiaçı qızma satılması təsdiq edilmişdir. Ərizəyə əlavə edilmiş "xxxx"xxxx"Aqrarkredit QSC BOKT- nın nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolunda qeyd olunur ki, ".... "xxxx" MMC tərəfindən inşa edilmiş və onun borcu əvəzində üzərində "xxxx" QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmiş, sonradan Təhvil- Təslim Komissiyasının 8 may 2018- ci il tarixli 12 nömrəli qərarı ilə "xxxx" ASC-nin mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan - Azərbaycan prospekti 132) yerləşən yaşayış binasının 6-cı blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,45 kv.m. olan, 2 otaqdan ibarət, 38.667,00 (otuz səkkiz min altı yüz altmış yeddi) manat dəyərində qiymətləndirilmiş 71 nömrəli, hazırda Azərbaycan prospekti 132, bina D, blok 7 ünvanında 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90,45 kv.m. olan, 2 otaqlı mənzilin 27 fevral 2015-ci il tarixli, ABB YM-1 nömrəli müqavilə əsasında "xxxx" ASC krediti hesabına "xxxx" MMC tərəfindən İddiaçı satılması nəzərə alınsın. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilimiş çıxarışlara əsasən "xxxx" MMC-nin borcu əvəzində üzərində "xxxx" QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan - Azərbaycan prospekti 132,134) yerləşən ümumi sahəsi 5540,20 kv.m. çoxmərtəbəli binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m. olan, 2 otaqlı 71 nömrəli və ümumi sahəsi 110.67 kv.m. olan, 3 otaqlı 72 nömrəli mənzillər istisna olmaqla həmin bina üzrə qalan 5339,08 kv.m sahənin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilsin." Bundan sonra iddiaçı, Zaqatala şəhəri, Azərbaycan prospekti-132, blok - 6 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 71 nömrəli (keçmiş ünvan - ünvan 8mlakın dövlət reyestrində qeydiyyata aldırmaq məqsədi ilə, iş üzrə cavabdehə müraciət etmiş, lakin, sonuncu 16 fevral 2023-cü il tarixli, 3-21-3-47/2- 579/2023 nömrəli məktubla hüquqlarm dövlət qeydiyyatından imtina etmişdir. Cavabdehin imtina üçün əsası, İddiaçı tərəfindən mənzillərin alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilənin təqdim edilməməsi olmuşdur. Halbuki, İddiaçı "xxxx" MMC ilə aralarmda bağlanmış 27 fevral 2015-ci il tarixli, ABB YM-1 saylı müqaviləni, "X1" Açıq Səhmdar Cəmiyyətinin məktubunu, o cümlədən, "X1 ” ASC-nin və "Aqrarkredit QSC BOKT-nm nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolunu qeydiyyat orqanına təqdim etmişdir. Analoji mübahisə ilə bağlı həmin binada analoji qaydada mənzil əldə etmiş X2 inzibati orqanın hərəkətindən məhkəməyə şikayət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-l(102)-798/2022 nömrəli qərarı (ərizəyə əlavə olunur) ilə iş üzrə cavabdehin hüquqların dövlət qeydiyyatından imtinası qanunsuz hesab edilərək, həmin mənzil üzərində hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Bununla yanaşı, "S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasmm Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli Qəramda qeyd olunur ki, "... Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçıya məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən 71 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə olunmamışdır. Qeyd olunanlara əsasən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə 16 fevral 2023-cü il tarixli, 3-21-3- 47/2-579/2023 (**********79) nömrəli məktub ünvanlanmışdır. Zaqatala şəhəri, Azərbaycan prospekti, 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2017-ci il tarixli, 792s saylı Sərəncamına əsasən (Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı qüvvəyə mindikdən sonra "xxxx" QSC-nin “Azərbaycan Beynılxalq Bankı" ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi onun mülkiyyətinə veriləcəyi əmlakı “ASK" ASC-nin mülkiyyətinə verilmişdir) iddia ərizəsində göstərilən mənzil də daxil olmaqla “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətinə verilmiş və həmin binalar üzərində "xxxx" ASC-nin mülkiyyət hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-579/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ABB Zaqatala filialının xx.xx.2022-ci il tarixli, 139 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində 269MRLL150580001 referensli 54 270 (əlli dörd min iki yüz yetmiş) AZN məbləğində "xxxx" ASC-nin Zaqatala filialında kredit rəsmiləşdirilmişdir. Kredit xx.xx.2022-ci il tarixində tam ödənilmişdir. - xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, satıcı "xxxx" MMC tərəfindən Zaqatala şəhəri Azərbaycan prospekti 108 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış kompleksinin 6 saylı blokun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 71 saylı mənzilin alıcı İddiaçı ilə alqı-satqı müqaviləsini (sonradan “Əsas müqavilə” adlanacaq) bağlamağa razılaşmışlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" ASC BOKT-nin xüsusi mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 (yeni qaydalarla: AZ 6202 Zaqatala şəhəri, Azərbaycan prospekti, 140, 142) ünvanında 0.984 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5540.20 kv.m olan çoxmərtəbəli yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin xüsusi mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 (yeni qaydalarla: AZ 6202 Zaqatala şəhəri, Azərbaycan prospekti, 140, 142) ünvanında 0.984 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5540.20 kv.m olan çoxmərtəbəli yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Sənaye Korporasiyası ASC-nin və "xxxx" QSC BOKT-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının xx.xx.2020-ci il tarixli, 28 nömrəli iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş və onun borcu əvəzində üzərində "xxxx" QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmiş, sonradan Təhvil-Təslim Komissiyasının 8 may 2018- ci il tarixli 12 nömrəli qərarı ilə “ASK" ASC-nin mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan - Azərbaycan prospekti 132) yerləşən yaşayış binasının 6-cı blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90,45 kv.m. olan, 2 otaqdan ibarət, 38.667,00 (otuz səkkiz min altı yüz altmış yeddi) manat dəyərində qiymətləndirilmiş 71 nömrəli, hazırda Azərbaycan prospekti 132, bina D, blok 7 ünvanında 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90,45 kv.m. olan, 2 otaqlı mənzilin 27 fevral 2015-ci il tarixli, ABB YM-1 nömrəli müqavilə əsasında "xxxx" ASC krediti hesabına "xxxx" MMC tərəfindən İddiaçı satılması nəzərə alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən "xxxx" MMC-nin borcu əvəzində üzərində "xxxx" QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan - Azərbaycan prospekti 132,134) yerləşən ümumi sahəsi 5540,20 kv.m. çoxmərtəbəli binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m. olan, 2 otaqlı 71 nömrəli və ümumi sahəsi 110.67 kv.m. olan, 3 otaqlı 72 nömrəli mənzillər istisna olmaqla həmin bina üzrə qalan 5339,08 kv.m. sahənin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsi: Maddə 112. Mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şaml edilir. Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. ... Mülki Məcəllə: 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 178.8-ci maddənin 9 fevral 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyası Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən satıcı "xxxx" MMC ilə Zaqatala şəhəri Azərbaycan prospekti 108 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış kompleksinin 6 saylı blokun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 71 saylı mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda ABB Zaqatala filialının xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı həmin mənzilin alınması ilə əlaqədar ödəməli olduğu kredit məbləğini xx.xx.2022-ci il tarixdə tam ödəmişdir. Müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki,tikinti işləri başa çatdıqdan sonra alıcının Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında kredit ğhdəliklərini icra vəziyyəti nəzərə alınmaqla müqavilənin 1-ci hissəsində nəzərdə tutulmuş mənzil Cəmiyyət tərəfindən müvafiq hüquqi sənəd əsasında alıcıya təhvil veriləcəkdir. Yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin, Mülki Məcəllənin müddəalarına və Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İddiaçının mənzilə dair pay haqqını tam ödəməsi mübahisə doğurmur, mənzil tikintisini həyata keçirmiş MMC ilə iddiaçı arasında müqavilə şərtləri və mənzilə dair pay haqqı ilə bağlı işdə mübahisə olmasına dair hər hansı sübut mövcud deyildir. Belə olan halda iddiaçının iddia ərizəsində göstərilən mənzilə mülkiyyət hüququnu qeydə aldırmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqi əsas olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-39/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bina tikintisini həyata keçirmiş MMC-dən 27.908.455,36 manat kredit borcunun tutularaq "xxxx" QSC BOKT-nin xeyrinə ödənilməsi, borc tələbinin cavabdehə məxsus olan 11.544.000,0 manat məbləğində qiymətləndirilmiş, iddiaçıya aid mənzillər də daxil olmaqla Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən, ümumi sahəsi 15226,19 kv.m olan 95 ədəd mənzillərə, ümumi sahəsi 2.747,52 kv.m olan qeyriyaşayış sahələrinə və 96 ədəd yeraltı dayanacaqlara yönəldilməsi qərara alınmış, bundan sonra həmin mənzillər də daxil olmaqla Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)- 39/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" QSC BOKT-nin mülkiyyətinə verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bağlı işdə iddiaçı məhkəmə icraatının iştirakçısı olmamışdır. Mülki Prosessual Məcəllənin 82.3- cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bağlı işdə iştirak edən şəxs olmadığından həmin qətnamə ilə müəyyən edilmiş faktlar onun üçün preyudisial əhəmiyyət daşımır. İşdə olan sənədlərdən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmiş, bundan sonra Azərbaycan Sənaye Korporasiyası ASC-nin və "Aqrarkredit” QSC BOKT-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının xx.xx.2020-ci il tarixli, 28 nömrəli iclas protokolunun surətinə əsasən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 71 nömrəli mənzil istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahənin Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Zaqatala şəhəri, Azərbaycan prospekti-108 (yeni qaydada AZ 6202 ünvan 16 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 71 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.