Məhkəmə qərarları › İş №e-2-1(116)-1458/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1458/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1458/2023 14.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala şəhəri, Azərbaycan prospekti-132 (keçmiş ünvan-Zaqatala şəhəri, Azərbaycan prospekti-108), bina-D, blok-7 ünvanında 7-ci mərtəbədə yerləşən-ümumi sahəsi 110,67m2 olan 3 otaqlı 12 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala şəhəri, Azərbaycan prospekti-132 (keçmiş ünvan-Zaqatala şəhəri, Azərbaycan prospekti- 108), bina-D, blok-7 ünvanında 7-ci mərtəbədə yerləşən-ümumi sahəsi 110,67m2 olan 3 otaqlı 12 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü iltarixli, e-2-1(116)-1458/2023 nömrəli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyət üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış 31 mart 2015-ci il tarixli, ABB YM-2 saylı müqaviləyə əsasən, "xxxx" MMC-yə məxsus olmuş Zaqatala şəhəri, Azərbaycan prospekti-132, bina-D, blok - 7 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 12 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) mənzili dəyərini ödəməklə almışdır. "xxxx" MMC-nin mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti-132 (keçmiş - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) ünvanında yerləşən həmin bina daha sonra “"X2" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, "Aqrarkredit QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi əmlak olaraq qiymətləndirilmiş və "X2" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. "xxxx" MMC-nin 31 mart 2015-ci il tarixli, ABB YM-2 saylı müqaviləyə əsasən iddiaçı X1 olduğu Zaqatala şəhəri, Azərbaycan prospekti-132, bina-D, blok - 7 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 12 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) mənzilin "xxxx"xxxx"Aqrarkredit QSC BOKT-nın nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə İddiaçı satılması təsdiq edilmişdir. Bundan sonra İddiaçı Zaqatala şəhəri, Azərbaycan prospekti- 132, bina-D, blok - 7 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 12 nömrəli (keçmiş ünvan - ünvan 7 əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq məqsədi ilə, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu 16 fevral 2023-cü il tarixli, 3-21-3-47/2-577/2023 nömrəli məktubla hüquqlarm dövlət qeydiyyatından imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçıya məxsus Zaqatala şəhəri. Azərbaycan prospekti 108 ünvanında yerləşən 72 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə olunmamışdır. Qeyd olunanlara əsasən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə 16 fevral 2023-cü il tarixli, 3-21-3-47/2-577/2023 (**********77) nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirirk ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2017-ci il tarixli, 792s saylı Sərəncamına əsasən (Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı qüvvəyə mindikdən sonra “Aqrarkredit" QSC-nin “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi onun mülkiyyətinə veriləcəyi əmlakı "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir) iddia ərizəsində göstərilən mənzil də daxil olmaqla “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətinə verilmiş və həmin binalar üzərində "xxxx" ASC-nin mülkiyyət hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs iddiaya münasibətində bildirmişdir ki, dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə yaradılmış Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə Zaqatala şəhəri, Azərbaycan prospekti 132 ünvanında, bina D, 7-ci giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 110,67 kv. metr olan 3 otaqlı 12 nömrəli mənzilin "xxxx" MMC tərəfindən 5 fevral 2011-ci il tarixli 2 nömrəli müqavilə əsasında İddiaçı satılması təsdiq edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - RX seriyalı ******* nömrəli **********22-05301 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X3 surətindən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla Zaqatala şəhəri, Azərbaycan prospekti 140,142) ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" ASC-nin mülkiyyətində olmuşdur. - Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolunun surətindən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 132 ünvanında, bina D, 7-ci giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 110,67 kv. metr olan 3 otaqlı 12 nömrəli mənzilin "xxxx" MMC tərəfindən 5 fevral 2011-ci il tarixli 2 nömrəli müqavilə əsasında İddiaçı satılması təsdiq edilmişdir. - “X2" ASC-nin xx.xx.2023-cü il tarixli məktubu; Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla Zaqatala şəhəri, Azərbaycan prospekti 140,142) ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" ASC-nin mülkiyyətində olmuş, Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolunun surətindən görünür ki, Zaqatala şəhəri, Azərbaycan prospekti 132 ünvanında, bina D, 7-ci giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 110,67 kv. metr olan 3 otaqlı 12 nömrəli mənzil "xxxx" MMC tərəfindən 5 fevral 2011-ci il tarixli 2 nömrəli müqavilə əsasında İddiaçı satılmışdır.Qeyd olunanlar nəzərə alınmaqla "xxxx" ASC-nin həmin bina üzrə qalan 5339,08 kv.m hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün müraciət edilmişdir.Göründüyü kimi "xxxx" ASC tərəfindən iddiaçının mənzil üzərində alqı-satqı müqaviləsi əsasında yaranmış hüququ nəzərə alınmış və müvafiq qaydada təsdiqlənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; -10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; ... -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir ... -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir .

28. Mənzil Məcəlləsi: Maddə 112. Mənzil-tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şaml edilir. Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. ...

29. Mülki Məcəllə: ... 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. -109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. ... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... 178.8-ci maddənin 9 fevral 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyası Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Sənaye Korporasiyası ASC tərəfindən qəbul edilən təhvil-təslim aktında iddiaçıya məxsus mənzil ASC tərəfindən qəbul edilməməklə yanaşı, cavabdehə edilən müraciətdə də onun adına daşınmaz əmlakın dövlət reyestrindən veriləcək çıxarışda həmin mənzillərin qeyd edilməməsi xahiş olunmuşdur.Üçüncü şəxs Azərbaycan Sənaye Korporasiyası ASC-də həmin mənzillərin iddiaçının adına qeydə alınmasına razılığı olduğundan, hüquqların qeydə alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddia təmin olunmalıdır.(oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala şəhəri, Azərbaycan prospekti-132 (keçmiş ünvan-Zaqatala şəhəri, Azərbaycan prospekti-108), bina-D, blok-7 ünvanında 7-ci mərtəbədə yerləşən-ümumi sahəsi 110,67 kv. m olan 3 otaqlı 12 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar