Məhkəmə qərarları › İş №e-2-1(116)-1484/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1484/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1484/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X16 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X13 və X8 xx.xx.2001-ci il tarixdə JN-294A, KOD 90109018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nəzərə alınmaqla **********68-10301 saylı, ********** saylı qeydiyyat nömrəli çıxarışı ləğv edərək X8 birgə mülkiyyətdə olan 0.33 ha torpaq sahəsinin ½ hissəsi göstərilməklə, digər ½ hissəsinin və ümumi sahəsi 126.4 kv.m olan fərdi yaşayış evin X13 və İddiaçı adına dövlət reyestrində dəyişiklib edib çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X13 və X8 xx.xx.2001-ci il tarixdə JN-294A, KOD 90109018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nəzərə alınmaqla **********68-10301 saylı, ********** saylı qeydiyyat nömrəli çıxarışı ləğv edərək X8 birgə mülkiyyətdə olan 0.33 ha torpaq sahəsinin ½ hissəsi göstərilməklə, digər ½ hissəsinin və ümumi sahəsi 126.4 kv.m olan fərdi yaşayış evin X13 və İddiaçı adına dövlət reyestrində dəyişiklib edib çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1484/2024 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İddia ərizəsinə əsasən, X13 və arvadı X5 xx.xx.2001-ci il tarixdə JN-294A, KOD 90109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X9 X10 ilə olan nikahı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin 17 dekabrında 104 № qeydlə ləğv edilmiş və bu haqda AZ-1 № 047645 saylı Nikahın pozulması haqında şəhadətnamə verilmişdir.İddiaçı X17 ilə 2006-cı ildən faktiki ailə qurmuş və xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamaqla Yevlax rayonu Nemətabad kəndində yerləşən ümumi sahəsi 126,4 kv.m olan fərdi yaşayış evində birgə təsərrüfatı idarə edib yaşamışlar. X17 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu haqda AZ-İİ № 325741 saylı Ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı vərəsəlik qaydasında miras əmlakı qəbul edərkən müəyyən olunmuşdur ki, cavabdeh **********68-10301 saylı, ********** saylı qeydiyyat nömrəli Çıxarışda Yevlax rayonu Nemətabad kəndində 0,3278 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,4 kv.m olan fərdi yaşayış evin hüquqi sahibləri kimi X17 və X10 göstərilmişdir. İddiaçı hesab edir ki, **********68-10301 saylı, ********** saylı qeydiyyat nömrəli Çıxarış qanunsuz və əsassızdır, bu səbəbdən fərdi yaşayış evinə dair hissədə ləğv edilməlidir. Beləki, Yevlax rayon Aqrar islahatı Komissiyasının xx.xx.2001-ci il tarixdə JN- 294A, KOD 90109018 saylı torpağın mülkiyyətə verilməsinə dair X2 və X5 məhz 0,33 ha torpaq sahəsinin mülkiyyətə verilməsi müəyyən edilmişdir. Yevlax rayonu Nemətabad kəndində yerləşən ümumi sahəsi 126,4 kv.m olan fərdi yaşayış evi şəhadətnamədə kimin mülkiyyətində olması qeyd edilməmişdir. X9 X10 ilə olan nikahı 2005-ci ilin 17 dekabrında ləğv edilməsi ilə bağlı ailə hüquq münasibətlərindən irəli qələn tələblər qaydasında X3 Məcəlləsinin 36.1-ci maddəsində göstərildiyi kimi ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra məhkəməyə müraciət edib fərdi yaşayış evinə dair iddia qaldıra bilərdi. Yuxarıda qeyd edilənlər əsas verir ki, həmin evin üzərində mülkiyyət hüquqların həyata keçirilməsi iddiaçının və nikahda olduğu X1 aid edilsin. X17 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən Yevlax rayonu, Nemətabad kəndində yerləşən ümumi sahəsi 126,4 kv.m olan fərdi yaşayış evi rəsmi nikahda olan hüquqi varis kimi İddiaçı verilməlidir. Cavabdeh dövlət reyestrinin məzmununda yanlışlığa yol vermiş ümumi sahəsi 126,4 kv.m olan fərdi yaşayış evin sahibi kimi iddiaçını yox nikahları pozulmuş X6 qeydə almışdır. Nəticədə iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bu səbəbdən X13 və X5 xx.xx.2001-ci il tarixdə Yevlax rayonu Nemətabad kəndində JN294A, KOD 90109018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə nəzərə alınmaqla **********68-10301 saylı, ********** saylı qeydiyyat nömrəli Çıxarışı ləğv edərək X5 birgə mülkiyyətdə olan 0,33 ha torpaq sahəsinin 1\2 hissəsi göstərilməklə, digər 1\2 hissəsinin və ümumi sahəsi 126,4 kv.m olan fərdi yaşayış evin X13 və İddiaçı adına dövlət reyestrində dəyişiklik edib Çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması məhkəmə qaydasında müəyyən edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ləğvi istənilən hüquqların dövlə reyestrindən arayışın və onun verilməsinə əsas olmuş sənədlərin surətləri iş üzrə yaradılmış elektron kabinetə əlavə edilmişdir. "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında" 2015-ci il tarixli 319 nömrəli Nazirlər Kabinetinin Qərarı ilətəsdiq edilmiş Təlimatın 7.1-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra - çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Elektron kabinetə yerləşdirilmiş sənəd-əsaslardan göründüyü kimi arayış xx.xx.2023-cü tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Həmin sənədlər içərisində “Daşınmaz Əmlakın Dövlət Reyetsri haqqında" Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin fərmanının 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanının 2.3-cü maddəsinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış vətəndaş tərəfindən ərizəsinə əlavə edilmişdir. Şəhadətnaməyə əsasən torpaq sahəsi X11 və X4 ümumibirgə mülkiyyətlərinə verilmişdir, fərdi yaşayış evi isə 2013-cü ildən əvvəl tikildiyi (1988-ci ildə inşa edilib, texniki pasporta istinad etmək olar) üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kifayət etmişdir ki, fərdi yaşayış evi torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyata alınsın (fərdi yaşayış evinin cizgisi şəhadətnamənin torpaq sahəsinə dair tərtib edilmiş planşet hissəsində yer almışdır). Həmçinin təqdim edilən arxiv arayışından göründüyü kimi 1996-200 və 2001- 2005-ci illərdə təsərrüfatda həmin şəxslər yer almışdır. Qeyd edilən səbəblərdəndir ki, Ərazi İdarəsi tərəfindən tərtib edilmiş arayışda həm şəhadətnamə, həm də təsərrüfatbaşına kitablardan çıxarışlar əsas götürülərək **********68-10301 reyetsr nömrəli arayış tərtib edilmişdir. Həmin arayışın mahiyyəti ondan ibarətdir ki, ilkin hüquqmüəyyənedici sənədlərin mövcudluğu və sənədlərin məxsus olduğu şəxsin ölüm faktı müəyyən edildikdə, artıq vəfat etmiş şəxsin deyil, gələcəkdə vərəsə kimi müyyən ediləcək şəxslərin həmin əmlak barəsində “gözlənilən mülkiyyət” hüquqlarının yaranmasınının əsası müəyyən edilə bilsin. Ərizəçinin hüquqi marağının təmin edilməsi artıq Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Digər şəxsin mülkiyyət hüquqlarının məhrum edilməsi yalnız məhkəmə qərarı əsasında mümkün ola bilər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdeh tərəfindən verilmiş elektron arayış.

2. JN-294A KOD 90109018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X18 və X8 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. AZ-İ 325741 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.

4. AZ-İ 047645 seriya nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 ilə X12 arasında olan nikah ləğv edilmişdir.

5. Yevlax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yevlax rayonu Nemətabad kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyasından çıxarışdan görünür ki, X9 adı qeyd olunmuşdur.

7. Yevlax rayon yerli Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının surəti.

8. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

9. Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı “Hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli Arayışın ləğv edilməsi və JN-294A, KOD 90109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0.33 ha torpaq sahəsinin ½ hissəsi X8,digər ½ hissəsinin və ümumi sahəsi 126.4 kv.m olan fərdi yaşayış evinin X13 və İddiaçı məxsus olmasına dair çıxarışın verilməsindən ibarətdir.İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 05 noyabr 2024-cü il və 03 dekabr 2024-cü il tarixli məhkəmə iclasları təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və onun vəkilinə lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçı və onun nümayəndəsinin iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddia tələbinə əsasən qeyd edir ki,hazırda iddiaçı tərəfindən iddia tələbində qeyd edilən çıxarış mövcud deyildir.Belə ki,iş materiallarına əlavə olunan sənədlərdən görünür ki,cavabdeh inzibati orqan tərəfindən “Hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli Arayış tərtib edilmişdir.Həmin arayışda fərdi yaşayış evi və 0,3278 ha torpaq sahəsinin ümumi birgə pay mülkiyyət hüququ əsasında mərhum X13 və X8 məxsus olmasına dair qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 7.1-ci bəndində qeyd edilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçıya hüquqi yardım qaydasında izah edilir ki,iddiaçı ilkin olaraq aparılmış həmin qeydiyyatın ləğvi və iddia olunan torpaq sahəsinin ½ hissəsi,habelə fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X13 məxus olmasına dair arayışın verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etməli,tələbi təmin olunmadığı halda eyni tələblə məhkəməyə müraciət etmək hüququna malikdir.Belə ki,iddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə yalnız X9 vərəsəsi kimi pay hüququna istinad edə bilər. Digər tərəfdən iddiaçı tərəfindən iddia ərizəsində iddia tələbinin ikinci hissəsi “JN- 294A KOD 90109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0.33 ha torpaq sahəsinin ½ hissəsinin X7 adına göstərilməklə” çıxarışın verilməsi kimi qeyd edilmişdir. Həmin hissə ilə bağlı məhkəmə hüquqi yardım qaydasında iddiaçıya izah edir ki,iddiaçı əmlakın yalnız özünə məxsus,habelə varisi olduğu şəxsə məxsus olması barədə iddia qaldırmaq hüququna malikdir.Bu baxımdan da iddia tələbində ifadə olunmuş həmin tələb üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Məhkəmə tərəfindən iddia tələbinin düzgün ifadə edilməsi,mümkünlük şərtinə əməl edilməsinə dair hüquqi yardım edilməsi məqsədi ilə 05 noyabr 2024-cü il və 03 dekabr 2024-cü il tarixli məhkəmə iclasları təyin edilsə də iddiaçının iştirak etməməsi səbəbindən tələbin hüquqi marağa uyğun dəyişdirilməsi mümkün olmamışdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X13 və X8 xx.xx.2001-ci il tarixdə JN-294A, KOD 90109018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə nəzərə alınmaqla **********68-10301 saylı, ********** saylı qeydiyyat nömrəli çıxarışı ləğv edərək X8 birgə mülkiyyətdə olan 0.33 ha torpaq sahəsinin ½ hissəsi göstərilməklə, digər ½ hissəsinin və ümumi sahəsi 126.4 kv.m olan fərdi yaşayış evin X13 və İddiaçı adına dövlət reyestrində dəyişiklib edib çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar