Məhkəmə qərarları › İş №e-2-1(116)-1511/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1511/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1511/2023 31.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə yaranan dövlət büdcəsinə 757,52 manat və Dövlət Sosial Müdafiə Fonduna 313,96 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllədə yerləşən təsərrüfat subyektində 1 vahidinin qiyməti 650 manat olan 2 ədəd “LG” markalı televizor olmaqla ümumilikdə 1.300 manat məbləğdə əmlakının ticarət şəbəkəsində satılması” tələbinə dair işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə yaranan dövlət büdcəsinə 757,52 manat və Dövlət Sosial Müdafiə Fonduna 313,96 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllədə yerləşən təsərrüfat subyektində 1 vahidinin qiyməti 650 manat olan 2 ədəd “LG” markalı televizor olmaqla ümumilikdə 1300 manat məbləğində əmlakının ticarət şəbəkəsində satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə bildirişlər verilməsinə, baxmayaraq yaranmış borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan dövlət büdcəsinə757,52 manat və Dövlət Sosial Müdafiə Fonduna 313,96 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllədə yerləşən təsərrüfat subyektində 1 vahidinin qiyməti 650 manat olan 2 ədəd “LG” markalı televizor olmaqla ümumilikdə 1.300 manat məbləğdə əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********8 və **********6 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaçı iddia ərizəsinə əlavə etdiyi ərizəsində məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli **********134800 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi fiziki şəxs Cavabdeh (VÖEN: **********) xx.xx.2022-ci il tarixli **********6 saylı qərara əsasən sosial sığorta haqqları üzrə 88,96 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzlərinin surətindən görünür ki, cavabdeh tərəfindən: xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Dövlət Vergi Xidmətinə 422; xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Dövlət Vergi Xidmətinə 100; xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Dövlət Vergi Xidmətinə 125; xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Dövlət Vergi Xidmətinə 423; xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Dövlət Vergi Xidmətinə 129 manat ödəniş olunmuşdur. Yəni iddiaçı tərəfindən 88,96 manat qalıq borcun hesablandığı xx.xx.2023-cü il tarixdən sonra sözügedən borc cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarında olan mədaxil qəbzlərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə artıq mübahisənin mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş, müvafiq tədbirlər görmüş və hesablanmış borcu ödəmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən də göründüyü kimi iddia tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə yaranan dövlət büdcəsinə 757,52 manat və Dövlət Sosial Müdafiə Fonduna 313,96 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllədə yerləşən təsərrüfat subyektində 1 vahidinin qiyməti 650 manat olan 2 ədəd “LG” markalı televizor olmaqla ümumilikdə 1300 manat məbləğdə əmlakının ticarət şəbəkəsində satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar