Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1523/2024 27.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı 19 il 8 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ona 19 il 8 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı 19 il 8 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İddia ərizəsinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-xx.xx.1983-cü ildə Sovet Ordu sıralarında xidmət etmişdir. ( iş stajı 2 il ) xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Azerkabel” zavodunda elektrik quraşdırıcı vəzifəsində işləmişdir. ( iş stajı 2 il 1 ay 18 gün ) 11.07.85-ci il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Reqenerar” zavodunda çeşidləyici-qablaşdırıcı vəzifəsində işləmişdir. (iş stajı 1 ay 23 gün ) xx.xx.1985-xx.xx.1986-cü tarixdə Mingəçevir “Azerkabel” zavodunda elektrik maşınlar üzrə elektrik quraşdırıcı işləmişdir. ( iş stajı 8 ay 19 gün ) xx.xx.1986-cü ildən xx.xx.1989-ci ilədək Perm şəhərində cihazqayırma istehsalat birliyində 4-cü dərəcəli elektrik quraşdırıcı işləmişdir. ( iş stajı 2 il 2 ay 12 gün). xx.xx.1991-xx.xx.1996-ci ildə Mingəçevir “Azerkabel” zavodunda elektrik avadanlıqların quraşdırıcısı vəzifəsində işləmişdir. ( iş stajı 4 il 11 ay 26 gün ) xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexinin QQ sahəsində çilingər işləmişdir. ( güzəştli şərtlərlə iş stajı 4 il 11 ay 20 gün ) xx.xx.2002-xx.xx.2003-cü”Azyolmaş” ASC yığıcı-çilingər işləmişdir. ( iş stajı 1 il 3 ay 4 gün) xx.xx.2003-xx.xx.2004-cu ildə “BAM” firmasında 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 8 ay 22 gün ) xx.xx.2004-xx.xx.2006-cu ildə "xxxx" MMC elektrik-qaz qaynaqçısı işləmişdir . (güzəştli şərtlərlə iş stajı 1 il 5 ay 16 gün ) xx.xx.2006-xx.xx.2009-cı ildə "xxxx" ASC”Azərenerjitikinti” MMC enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsinə 5-ci dərəcəliçilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 il 9ay 25 gün ) xx.xx.2009-xx.xx.2009-cı ildə "xxxx" MMC 2 saylı Quraşdırma İdarəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir. ( iş stajı 2 ay 28 gün) xx.xx.2009xx.xx.2015-ci ildə "xxxx" ASC X1 İdarəsinin Quba MES quraşdırma sahəsinə 5-cı dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 6 il 2 ay 2 gün) xx.xx.2015-xx.xx.2015-cı ildə X2 X4 Nakliyyə Sənaye və Ticarət Limited şirkətinin filialında tikinti-sahə üzrə quraşdırıcı işləyib. (güzəştli şərtlərlə iş stajı 1 ay 18 gün ) xx.xx.2015xx.xx.2016-cı ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. ((güzəştli şərtlərlə iş stajı 11 ay 21 gün) xx.xx.2016-xx.xx.2017-cı ildə “Azfen” BM-nin Gürcüstan filialında 6-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 11 ay 9 gün) xx.xx.2017-xx.xx.2018-cı ildə "xxxx" MMC-də boru üzrə ustabaşı vəzifəsində işləmişdir. ( iş stajı 3 ay 05 gün ) xx.xx.2018-xx.xx.2018-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. ( güzəştli şərtlərlə iş stajı 10 ay 08 gün ) xx.xx.2019-xx.xx.2019-cü ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 ay 19 gün ) xx.xx.2019-xx.xx.2020-ci ildə “X3” MMCdə boru quraşdırıcısı işləmişdir. (güzəştli şərtlərlə iş stajı 7 ay 04 gün ) xx.xx.2020xx.xx.2022-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu işləmişdir. (güzəştli şərtlərlə iş stajı 11 ay 04 gün ). Beləliklə iddiaçının ümumi iş stajı 33 il 4 ay 10 gün , güzəştli şərtlərlə iş stajı isə 19 il 8 ay 3 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1\2-M-310122\2023 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçı qanunvericiliklə tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.1963- cü il təvəllüdlü olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdən pensiya təyinatının aparılması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 1) ИТ seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Onun 1985-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Azerkabel” zavodunda elektrik quraşdırıcısı;
1. 11.07.85-ci il tarixdən xx.xx.1985-ci ilədək Mingəçevir “Reqenerar” zavodunda çeşidləyici-qablaşdırıcı;
2. xx.xx.1985-xx.xx.1986-cı tarixdə Mingəçevir “Azerkabel” zavodunda elektrik maşınlar üzrə elektrik quraşdırıcı;
3. xx.xx.1986-cü ildən xx.xx.1989-ci ilədək Perm şəhəriçihazqayırma istehsalat birliyində 4-cı dərəcəlielektrik quraşdırıcı;
4. xx.xx.1991-xx.xx.1996 –ci ildə Mingəçevir “Azerkabel” zavodunda elektrik avadanlıqların quraşdırıcısı;
5. xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexinin QQ sahəsində çilingər;
6. xx.xx.2002-xx.xx.2003-cü”Azyolmaş” ASC yığıcı-çilingər;
7. xx.xx.2003-xx.xx.2004-cu ildə “BAM” firmasında 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı;
8. xx.xx.2004-xx.xx.2006-cu ildə "xxxx" MMC elektrik-qaz qaynaqçısı;
9. xx.xx.2006-xx.xx.2009-cu ildə "xxxx" ASC”Azərenerjitikinti” MMC enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsinə 5-ci dərəcəli çilingər
10. xx.xx.2009-xx.xx.2009-cı ildə "xxxx" MMC 2 saylı Quraşdırma İdarəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər.
11. xx.xx.2009-xx.xx.2015-ci ildə "xxxx" ASC X1 İdarəsinin Quba MES quraşdırma sahəsinə 5-cı dərəcəli quraşdırıcı-çilingər.
12. xx.xx.2015-xx.xx.2015-cı ildə X2 X4 Nakliyyə Sənaye və Ticarət Limited şirkətinin Az. Respub. Filialı tikintisində tikinti sahə üzrə quraşdırıcı işləyib.
13. xx.xx.2015-xx.xx.2016-cı ildə “Azfen” BM 5-ci dərəcəli borucu
14. xx.xx.2016-xx.xx.2017-cı ildə “Azfen” BM-nin Gürcüstan filialında 6-ci dərəcəli borucu.
15. xx.xx.2017-xx.xx.2018-cı ildə "xxxx" MMC-də boru üzrə ustabaşı
16. xx.xx.2018-xx.xx.2018-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu
17. xx.xx.2019-xx.xx.2019-cü ildə “Azfen” BM 5-ci dərəcəli borucu
18. xx.xx.2019-xx.xx.2020-ci ildə “X3” MMC-də boru quraşdırıcısı
19. xx.xx.2020-xx.xx.2022-ci ildə “Azfen” BM 5-ci dərəcəli borucu 2) Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu; 3) Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış; 4) "xxxx" ASC-nin xx.xx.2023-ci il tarixli 01-V7/164 nömrəli işin xarakteri haqqında arxiv arayışı; 5) "xxxx" MMC-nın xx.xx.2023-cü il tarixli 05-18 nömrəli arxiv arayışı 6) НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X5 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı 07 il 8 ay 21 gün olaraq qəbul edilmişdir.Həmin dövrə iddiaçının xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" DŞ xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində qazan təmir quraşdırma sexində çilingər işlədiyi xx.xx.2011-xx.xx.2013-cü illərdə "xxxx" ASC X1 İdarəsinin Quba MES quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işlədiyi dövr daxil edilmişdir. Məhkəmə mübahisələndirilməyən 07 il 8 ay 21 gün güzəştli iş stajı dövrünü qəbul etməklə bərabər aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2009-xx.xx.2015-ci illərdə 5 il 2 ay 2 gün müddətində "xxxx" ASC-də müxtəlif sahələrdə quraşdırıcı-çilingər işləmişdir.Cavabdehin qəbul etdiyi 2 il 10 ay 1 günlük dövrlə müqayisədə iddiaçının əmək fəaliyyətinin xüsusiyyətləri dəyişməmiş,həmin dövr bütünlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən nəzərə alınmalıdır.Belə ki,həmin dövr Siyahının 29-cu-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə “tutulan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. Həmçinin,iddiaçı xx.xx.2006-xx.xx.2009-cu illərdə,2 il 8 ay 25 gün müddətində "xxxx" ASC "xxxx" MMC Enerjiavadanlıqları quraşdırması və təmiri İdarəsi Mingəçevir Təmir Quraşdırma sahəsinə 5-ci dərəcəli çilingər peşəsində işləmişdir.Həmin dövr sözügedən siyahının 24-cü-Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində təsbit edilən “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşəsinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə xx.xx.2023-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.Prosessual qənaət prinsipi baxımından digər dövrlərə münasibət bildirilməsinə zərurət yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.