Məhkəmə qərarları › İş №e-2-1(116)-1562/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1562/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1562/2023 27.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 01 oktyabr 2004-cü il tarixdə Ağsu rayonu Rəhimağalı Bələdiyyəsi ilə aralarında bağlanan torpağın alqı-satqı müqaviləsinə əsasən cizgiləri əvvəldən müəyyən olunan kənd təsərrüfatı təyinatlı 113 ha torpaq sahəsi Ağsu rayonu Rəhimağalı Bələdiyyəsinin qərarı ilə ona satılmışdır. Eyni zamanda toplanmış materiallar içərisində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 8120 saylı arayışdan görünür ki, Ağsu rayonu Rəhimağalı Bələdiyyəsinə aid olan 113 ha torpaq sahəsi satılmamışdan öncə onun təyinatı, yararlı və ya yararsız topaq sahəsinə aid olub-olmaması yoxlanmış və nəticədə həmin torpaq sahəsinin yararsız olduğu təsdiq edilmişdir. Bundan sonra iddiaçı qeyd olunan qərara əsasən torpağın onun mülkiyyətinə verilməsi məqsədi ilə hüquqverici sənədləri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinə müraciət edərək, qeyd olunan torpaq sahəsinə dövlət aktının verilməsini xahiş etmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi torpağın mülkiyyətə verilməsinə dair JN-0141 saylı xx.xx.2004-cü il tarixli Dövlət aktı ilə Ağsu rayonu Rəhimağalı Bələdiyyəsinin ərazisində olan cizgidə göstərilən sərhəd daxilində 113 ha kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə vermişdir. Həmin tarixdən başlayaraq, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində olmuş və həmin torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə iddiaçı küllü miqdarda vəsait xərcləmişdir. İddiaçı bu torpaq sahəsi üzərində bütün zəruri hərəkətləri gördükdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə həmin torpaq sahəsində əkin işləri aparılması üçün aqrar sahədə subsidiyalar almaq üçün lazımi sənədləri təqdim etməklə dövlətin kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara yaratdığı imtiyazlardan istifadə etmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********79 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, Ağsu rayonunun Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı mülkiyyətinə satılmış 113,0 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna daxil olan kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Göründüyü kimi bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-1712/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli **********27 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1562/2023 nömrəli qərardadı ilə Ağsu rayonu Rəhimli bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1562/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-1(116)-1562/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Ağsu rayonu Rəhimli bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmiş, iş üzrə Ağsu rayonu Çaparlı bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Ağsu rayonu Çaparlı bələdiyyəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2004-cü il tarixli Aktdan görünür ki, Rəhimağalı bələdiyyəsinin mülkiyyətində olan Yuxarı Şirvan kanalının Ağsu qolundan şimal və cənub tərəfə Çaparlı kəndinin torpaq sahələri ilə həmsərhəd zonada yerləşən torpaq sahəsinə yerində baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Rəhimağalı bələdiyyəsinə aid yerquruluşu sənədlərində əkin yeri torpağı kimi göstərilsə də, uzun müddət istifadə olunmadığı üçün yararsız hala çevrilərək şərti yarasız torpaq sahəsidir. Aktda torpaq sahəsinin şərti yarasız torpaq sahələrinə aid olmasının hansı meyarlar əsasında müəyyən edilməsi göstərilməmiş, bunu təsdiq edən rəylər əlavə edilməmişdir. Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, Yuxarı Şirvan kanalının Ağsu qolundan şimal və cənub tərəfə Çaparlı kəndinin torpaq sahələri ilə həmsərhəd zonada Rəhimağalı bələdiyyəsinin mülkiyyətinə verilmiş şərti yararsız torpaqlardan 113,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 15 saylı evin 7 saylı mənzilində qeydiyyatda olan İddiaçı torpaqların alqı-satqı qaydasında satılması qərara alınmışdır. Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin DTXK-ya ünvanladığı xx.xx.2004-cü il tarixli 17 nömrəli məktubundan görünür ki, İddiaçı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin hazırlanıb verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. DTXK-nın Ağsu rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 329 nömrəli rəyindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarına əsasən Yuxarı Şirvan kanalının Ağsu qolundan şimal və cənub tərəfə Çaparlı kəndinin torpaq sahələri ilə həmsərhəd zonada Rəhimağalı bələdiyyəsinin mülkiyyətinə verilmiş şərti yararsız torpaqlardan 113,0 hektar torpaq sahəsinin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 15 saylı evin 7 saylı mənzilində qeydiyyatda olan İddiaçı torpaqların alqı-satqı qaydasında satılmasına Şöbə etiraz etməmişdir. xx.xx.2004-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin bank hesabına torpaq alışı ilə əlaqədar köhnə Azərbaycan manatı nominalı ilə 85.846.100,00 manat pul ödəmişdir. İş materiallarında olan: Ağsu rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-5RA/2-2-20/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinə aid heç bir sənəd Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmiş və Arxivdə saxlanılmır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********49 nömrəli məktubuna əlavə olunmuş JN-0141 kod 40917038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə 113,00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə İddiaçı satılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********00 nömrəli məktubunda qeyd olunmuşdur ki, müraciətdə tələb olunan məlumatların araşdırılması məqsədi ilə 14 saylı Şamaxı Ərazi idarəsinin mütəxəssisi Ağsu rayonunun Rəhimağalı kəndi ərazisində sözügedən torpaq sahəsində olmuş və iddiaçının nümayəndəsinin iştirakı ilə çöl ölçmə işləri aparmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron baza məlumatlarına əsasən araşdırılaraq müəyyən olunmuşdur ki, İddiaçı JN-0141 saylı Dövlət Aktı ilə xüsusi mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsi naturada 112,11 hektardır. Döngə nöqtələrinin koordinatları yerquruluşu planında qeyd olunmuşdur. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına düşür. Torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eynidir və həmin torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün yararlıdır. X1 filialı xx.xx.2023-cü il tarixli 3-48-DA-11F/2-155-8-23 nömrəli məktubunda qeyd etmişdir ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin X1 filialında saxlanılan 2000-2009-cu illərin protokol kitabında xx.xx.2004-cü il tarixə 06 saylı protokol aşkar olunmamışdır. Rəhimağalı bələdiyyəsinin 2004-cü ildə son 02 saylı protokolu xx.xx.2004-cü il tarixədir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********79 nömrəli məktubunda qeyd olunmuşdur ki, JN-0141 nömrəli Dövlət Aktında qeyd olunan 113,0 ha torpaq sahəsinin koordinatlar, daxilində yerləşən torpaq sahəsi keçmiş Rəhimağalı bələdiyyəsinə məxsus ehtiyat fondu, əkin torpaq sahələri olmuşdur. Dövlət aktlarının qeydiyyatı kitabında 97 nömrə ilə qeydiyyatın aparılması barədə Ərazi İdarəsində heç bir məlumat aşkar olunmadı. X4 ikinci nüsxəsi Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. “Torpaqların alqı-satqısına dair” Aktın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Rəhimağalı bələdiyyəsinin ərazisindən 113,00 ha torpaq sahəsi İddiaçı satılmışdır. Akt Ağsu rayon Torpaq şöbəsində xx.xx.2004-cü il tarixdə 41 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixli qəbzin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Ağsu bələdiyyəsinin hesabına 461,62 manat pul ödənilmişdir. 8120 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məqsədilə 113,0 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. X3 Fondunun verdiyi qəiməyə əsasən satılacaq torpaq sahəsi Aran-Şirvan rayonuna aiddir. Həmin torpaq sahəsi 19 ballı, V keyfiyyət qrupu, yararsıza aid olmaqla 113,00 hektardır və normativ qiyməti 85846,100 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Arayışda tarix göstərilməmiş, torpaq sahəsinin keyfiyyətinin və qqiymətin hansı meyarlar əsasında müəyyən edildiyi öz əksini tapmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir; 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Həmin Məcəllənin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İddiaçının isə faktiki olaraq istifadəsində olduğunu iddia etdiyi, sənədlər üzrə ayrılmış torpaq sahəsi ilə faktiki koordinatları fərqli olan torpaq sahəsi məktəb ərazisi olmaqla, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar üçün ayrılmış ərazidədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3-cü maddəsinin torpaq sahəsinin özgəninkiləşdirildiyi dövrdə qüvvədə olan mətninə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. O cümlədən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları X3nda, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Bununla yanaşı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun iddiaçının torpaq sahəsini aldığı dövrə qüvvədə olan 8.0-ci maddəsinin mətninə görə xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə; 8.0.5. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların yararlı hala salınmış hissəsi; 8.0.6. qeyri-kənd təsərrüfatı məqsədləri üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin istifadəsinə və icarəsinə verilmiş torpaq sahəsinin ayrılma məqsədi üzrə faktiki istifadə olunan hissəsi. Qanunun 9.1-ci maddəsinin xx.xx.2008-ci il tarixədək qüvvədə olan mətninə görə isə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etdiyi torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçı torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı müvafiq arayış və akt əsasında kənd təsərrüfatına yararsız olduğunun müəyyən edildiyini bildirsə də, bunun hansı meyarlar əsasında müəyyən edilməsi iş materialları ilə müəyyən olunmamış və müvafiq aktda öz əksini tapmamışdır. Həmçinin iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi JN-0141 nömrəli Dövlət Aktın ikinci nüsxəsi və Dövlət aktlarının qeydiyyatı kitabında 97 nömrə ilə qeydiyyatın aparılması barədə məlumat Ərazi İdarəsində aşkar olunmamışdır. Bununla yanaşı iddiaçıya münasibətdə özgəninkiləşdirilmiş 113 ha torpaq sahəsi qanunvericiliklə xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarından artıq olmaqla, hərrac və ya müsabiqə yolu ilə mülkiyyətə verilməli olduğu halda qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə göstərilən mövqedən çıxış edərək Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar