Məhkəmə qərarları › İş №e-2-1(116)-1573/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1573/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1573/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1059822 nömrəli çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasporta əsasən mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1059822 nömrəli çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasporta əsasən mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının cavabdeh orqana müraciətində aşağıdakı məsələlər qaldırılmışdır:

1. Şəki rayonu Orta Zəyzid kəndində yerləşən və mənimlə, qardaşım ailəsinin ümumibirgə mülkiyyətində olan fərdi yaşayış evi üzrə yeni texniki pasport tərtib edilərkən hansı əsaslarla evə aid həyətin torpaq sahəsi müəyyənləşdirilmişdir?

2. Şəki rayonu Orta Zəyzid kəndində yerləşən və mənimlə, qardaşım ailəsinin ümumibirgə mülkiyyətində olan fərdi yaşayış evi üzrə yeni texniki pasport tərtib edilərkən hansı sənədlərin texniki göstəricilərinə istinad edilmişdir? Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-00xx/xx/2022 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli texniki pasport tərtib edilərkən fərdi yaşayış evinə aid həyətyanı torpaq sahəsi olaraq faktiki vəziyyətə uyğun fiziki sərhədlər daxilində yerləşən torpaq sahəsi götürülmüşdür. Texniki pasport hazırlanarkən mülkiyyətə verilən torpaq sahəsinin miqdarı və ölçüləri Şəki RAİK-in xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xərirtəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli 4335 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edilərək tərtib edilmişdir. Hazırkı iddia ərizəsində isə texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Əgər iddiaçının hüquqi marağı sözügedən 290 kv.m torpaq sahəsinin texniki pasportdan çıxarılması ilə bağlıdırsa bununla bağlı cavabdeh orqana müraciət edilməli müraciətinin təmin olunmadığı halda analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı 290 kv.m torpaq sahəsinin texniki pasportdan çıxarılması ilə bağlı tələbi olmamış və həmin məsələ ilə bağlı inzibati orqanda ilkin inzibati araşdırma aparılmamışdır. İlkin müraciət sorğu xarakterli olmuş və cavabdeh orqan sorğunu cavablandırmışdır. Odur ki, sorğunun cavablandırılması ilə bağlı təqdim edilmiş cavabdeh orqanın məktubu irəli sürülmüş tələbin təmin edilməsindən imtina cavabı kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddət vaxt təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ünvanladığı ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmiş, iş üzrə iddianı müdafiə etməsini nəzərə almaqla DƏDRX PHŞ-nın 12 saylı Şəki Əİ-nin iş üzrə cavabdeh qismində qəbul etməklə iddianın mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi və ya iddiaçının müraciətinin cavabsız saxlanılmasıdır. Yəni, iddianın xüsusi mümkünlük şərtinə cavab verməsi üçün, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdeh orqana müraciət edilmişdirsə, bu halda cavabdeh orqanın müvafiq imtina məktubu, müraciət cavabsız saxlanıldığı halda isə ərizənin cavabdeh orqana göndərilməsinə dair müvafiq poçt qəbzi təqdim edilməlidir. Hazırkı işdə isə cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina cavabı mövcud deyil. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1059822 nömrəli çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasporta əsasən mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar