Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1641/2023 18.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 x 16 m olan) 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 x 16 m olan) 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı ərizəsi nəzərə alınaraq fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması məqsədilə şəhərin 13-cü məhəlləsindən sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərbdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28.6 m x 16 m olan yəni 457 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində normaya uyğun mənzil tikintisinə icazə verilmişdir. O, qanuni əsaslarla adına ayrılaraq mülkiyyətinə verilən həmin 457 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona xx.xx.2021-ci ildə tələbindən imtina edilərək bildirilmişdir ki, torpaq sahəsi üzərində mübahisə olduğu və torpaq sahəsindən başqa şəxsin istifadə etdiyi səbəbindən tələbi icra edə bilmirlər. Cavabdeh etirazında bildirmişdir ki, Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən 0.0457 ha həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir.Aparılan araşdırma zamanı Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən 0.0457 ha həyətyanı torpaq torpaq sahəsinə dair DTXK tərəfindən X2 verilmiş plan və ölçü sənədinin olması məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında aşağıdakı qərardada təsbit olunan hüquqi mövqeyi iddiaçıya şifahi qaydada izah olunmuş, onun dinlənilmək hüququ təmin edilmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmişdir.Təqdim olunmuş 03 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. - İddiaçı Ucar rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992- ci il tarixli 40 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilən torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin xüsusiyyətləri (naturada sahəsi, təyinatı, uqodiyası, statusu mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s) müəyyən etmək mümkün deyil. - Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi 0.0542 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodıyası tikinti altında olan torpaqlar (həyətyanı sahə) olmaqla, mülkiyyət növu xüsusi göstərilmişdir. - İddiaçı Ucar rayonu icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilən torpaqayırma sxemi mövcud olmadığı üçün X2 AN 013957 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 1223 kvm torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. - Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi 0.0542 ha torpaq sahəsi X2 AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. X1 faktiki istifadəsində olan torpaq sahəsi ona AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0,12 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir. İddiaçı tərəfindən iş materiallarına Ucar bələdiyyəsinin torpaqların yerquruluşu layihəsindən çıxarış əlavə edilmişdir.İddiaçının nümayəndəsinə izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 x 16 m olan) 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-1641/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1641/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver