Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1642/2023 17.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X19 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “mülkiyyətində olan Mingəçevir şəhəri Samux küçəsi 39C ünvanında yerləşən 0,0597 ha torpaq sahəsinə verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışa uyğun “Torpaq sahəsinin planı və ölçüsü”nün və “Texniki pasportun verilməsi – sənəd üzərində olmaqla bərabər faktiki sahənin də 0,0597 ha müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Mingəçevir şəhəri Samux küçəsi 39C ünvanında yerləşən 0,0597 ha torpaq sahəsinə verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışa uyğun “Torpaq sahəsinin planı və ölçüsü”nün və “Texniki pasportun verilməsi – sənəd üzərində olmaqla bərabər faktiki sahənin də 0,0597 ha müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş edilmiş fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** Qeydiyyat nömrəli çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,0597 ha-dır. Həmin torpaq sahəsinin mülkiyyət sənədi çıxarışa əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş **********31-11301 reyestr nömrəli “Texniki pasport”un “Torpaq sahəsinin planı və ölçüsü”ndən (koordinatlardan) müəyyən olunur ki, sənəd üzrə torpaq sahəsi 0,0597 ha, faktiki sahəsi isə 0,0541 ha-dır. X20 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatların dəyişdirilərək X13 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlara uyğun göstərilməsi və bu barədə ona “Torpaq sahəsinin planı və ölçüsü”nün və “Texniki pasport”un verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 373/2021 nömrəli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-373/2021 nömrəli işi üzrə qərar qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-373/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, hər iki torpaq sahəsinə müxtəlif dövrlərdə tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar elektron xəritə baza məlumatlarına uyğundur. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arayışı ilə müəyyən edildi ki, iddiaçı X20 0,06 ha torpaq sahəsini X3 aldığı halda, onun adına cavabdeh tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar X13 adına verilmiş xx.xx.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçiisü”ndəki koordinatlardan fərqli göstərilmiş və 600 kv.m torpaq sahəsinin koordinatları yalnız 325 kv.m hissədə üst-üstə düşür. Bununla yanaşı, müəyyən edildi ki, üçüncü şəxs İddiaçı adına olan xx.xx.2011-ci il tarixli AA- 003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar həmin torpaq sahəsini ona satmış X6 adına olan xx.xx.2011-ci il tarixli AA-003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla bütövlükdə üst-üstə düşür, iddiaçının adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar isə üçüncü şəxsin adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla üst-üstə düşmür. Eyni zamanda, üçüncü şəxs İddiaçı məxsus olan ev torpaq sahəsini iddiaçıya satan X13 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla üst-üstə düşmür. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-373/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X14 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatların dəyişdirilərək X13 adına olan xx.xx.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlara uyğun göstərilməsi və bu barədə ona “Torpaq sahəsinin planı və ölçüsü”nün və “Texniki pasport”un verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göstərilənlərdən və məhkəmə qərarından müəyyən olunur ki, iddiaçıya məxsus olan ev X13 adına olan xx.xx.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşmür, X14 adına olan xx.xx.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və İddiaçı Qəiəm oğlunun adına olan xx.xx.2011 -ci il tarixli AA-003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Eyni zamanda, İddiaçı məxsus olan ev torpaq sahəsini iddiaçıya satan X13 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla üst-üstə düşmür. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-Ə-0021-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin xəritə materialları (DWJ - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (konfiqurasiya və sahə fərqi) mövcuddur. Bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X17 X23nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin (“X17 X23”) xəritəsində naturada istifadəsində olan, mişar daşı ilə hasarlanmış, hasar daxilində yerləşən torpaq sahəsi çöl-ölçü işləri zamanı təsbit edilmiş və qeydiyyata alınmışdır. Naturada iddiaçının faktiki istifadəsində olan və elektron uçot məlumatlarında qeydiyyata alınmış torpaq sahəsi 526 kv.m-dir. Çatışmayan torpaq sahəsinin bərpa edilməsi Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1579/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, naturada faktiki iddiaçının istifadəsində olan və elektron uçot məlumatlarında qeydiyyata alınmış torpaq sahəsi 526 kv.m-dir. Çıxarışda qeydə alınmış 0,0597 ha torpaq sahəsinin 0,0069 ha (və ya 69,0 kv.m) hissəsi ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə düşür. Çatışmayan torpaq sahəsinin bərpa edilməsi Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1642/2023 nörməli qərardadı ilə X20 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, həmçinin üçüncü şəxs X20 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq digər məhkəmə işi ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, həmçinin üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin imtina və etiraz məktublarının məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 158827 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə fərdi bağ sahəsi üçün 597 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il qeydiyyad tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsi 39C ünvanında yerləşən bağ evi və evin yerləşdiyi 0,0597 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. (Sözügedən çıxarışın üzərində olan QR kodun texniki vasitələrin köməyi ilə oxunması zamanı e-emlak.gov.az səhifəsində olan link vasitəsilə açılan elektron sənədin əslində torpaq sahəsinin ölçüsü (hektarla) 0,0528 göstərilir) Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş 902-1/19821 inventar, **********31-11301 reyestr nömrəli “Texniki pasport”un notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, Samux küçəsi 39C ünvanında yerləşən bağ evi iddiaçının xüsusi mülkiyyətindədir. Evin yerləşdiyi sənəd üzrə torpaq sahəsi 0,0597 ha, faktiki isə 0,0541 ha-dır. Məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması məqsədilə cavabdehə xx.xx.2023-cü il tarixli sorğu ünvanlanmışdır. Sorğuda xx.xx.2019-cu il qeydiyyat tarixli, **********31-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan bütün hüquqi və texniki sənədlərin təsdiq edilmiş surətləri, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********31-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları barədə məlumatın və çıxarışla qeydiyyata alınmış 0,0597 ha torpaq sahəsinin başqa şəxslərin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (üst-üstə düşürsə çıxarış və ölçüləri barədə məlumat təqdim edilməklə) məlumatın Məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Cavabdeh məhkəmənin sorğusuna dair xx.xx.2023-cü il tarixli 3-21-3-35/2- 1562/2023 nörməli cavab məktubunda qeyd etmişdir ki, xx.xx.2019-cu İl tarixli, 902C13001431-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0,0597 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1. X-673359.07; Y-4515310.76; 2. X-673349.28; Y-4515797.50; 3. X-673322.91; Y- 4515813.99; 4. X-673331.67; Y-4515827.38. Çıxarışda qeydə alınmış 0,0597 ha torpaq sahəsinin 0,0069 ha (və ya 69,0 kv.m) hissəsi imumi istifadədə olan gediş-gəliş yolunun üzərinə düşür. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun mülkiyyətində olan fərdi bağ evinin yerləşdiyi fiziki sərhədlər daxilində yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək özünə tanıdılmışdır. Məktuba əlavə olunmuş: xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X11 DƏDRX Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 6272 nömrəli arayışa əsasən Mingəçevir şəhərində yerləşən 0,0512 ha torpaq sahəsini İddiaçı satmışdır. MA seriyalı ******* nömrəli xx.xx.2011-ci qeydiyyat tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhərində yerləşən 0,0512 ha bağ torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsi 39C ünvanında yerləşən bağ evi və evin yerləşdiyi 0,0528 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. (Sözügedən çıxarışın üzərində olan QR kodun texniki vasitələrin köməyi ilə oxunması zamanı e-emlak.gov.az səhifəsində olan link vasitəsilə açılan elektron sənədin əslində torpaq sahəsinin ölçüsü (hektarla) 0,0528 göstərilir) Cavabdehin xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına əlavə etdiyi məlumatında qeyd olunmuşdur ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən, eləcə də hər iki torpaq sahələrinə yerində baxış keçirilərək məlum oldu ki, X13 (hazırkı mülkiyyətçi X20) adına olan xx.xx.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar və qonşusu X6 (hazırkı mülkiyyətçi İddiaçı) adına olan xx.xx.2011-ci il tarixli AA-003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar dövrünə görə sənəd üzrə və naturada üst-üstə düşmür. Belə ki, hər iki şəxs hasar qonşusu olmaqla sərhəd boyu ayrı-ayrı təsərrüftadırlar. İddiaçı qonşusu X14 adına olan xx.xx.2014-cü il tarixli AA-003162 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə X13 adına olan xx.xx.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi dövrünə görə üst-üstə düşür. Belə ki, iddiaçı X20 mülkiyyətində olan torpaq sahəsini X12 14 oktyabr 2013-cü il tarixli, 4Ə/03-1198 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Sözügedən torpaq sahəsi X13 mülkiyyətində olan dövrdə onun adına tərtib edilmiş xx.xx.2008-ci il tarixli, N AA 001680, **********83 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 4-1 və 2-3 döngə nöqtələrində torpaq sahəsinin eni 20 metr kimi qeyd olunmuşdur. X4 qonşusu hazırkı inzibati iş üzrə iddiaçı olan İddiaçı, X5 alqı-satqı yolu ilə əldə etdiyi 512 kv.m torpaq sahəsində 1-2 döngə nöqtələrində sərhəd zolağı boyu 0,50 sm (yarım metr) eninə fərdi yaşayış evini inşa etdirmişdir. Ona görə də iddiaçının qonşusu X14 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli N AA 003162 seriya nömrəli, **********3 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin yerləşdiyi koordinatlarda qismən fərqlilik yaranmışdır. İdidiaçı İddiaçı adına tərtib edilmiş xx.xx.2011-ci il tarixli NAA 003715 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş torpaq sahəsinin enində, yəni 1-2 döngə nöqtə koordinatı üzrə 16,48 metr və 3-4 döngə nöqtə koordinatları üzrə 16 metr göstərilmişdir. Sonradan İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirmiş, beləliklə də torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi hüquqların dövlət reyestrində qeydiyyata aldıqda yuxarıda qeyd olunan döngə nöqtələrinin ölçülərində (1-2 17,50 metr, 3-4 17,00 metr) qismən artım müşahidə olmuşdur. İddiaçı adına olan xx.xx.2011-ci il tarixli AA-003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi X6 adına olan xx.xx.2011-ci il tarixli AA-003620 nörməli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə dövrünə görə üst-üstə düşür. X14 adına olan xx.xx.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə İddiaçı adına olan xx.xx.2011-ci il tarixli AA-003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi üst-üstə düşmür, sərhəd boyu qonşudurlar və yuxarıda qeyd olunduğu kimi sonradan İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirmiş, beləliklə də torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi hüquqların dövlət reyestrində qeydiyyata aldıqda yuxarıda qeyd olunan döngə nöqtələrinin ölçülərində (1-2 17,50 metr, 3-4 17,00 metr) qismən artım müşahidə olunur. İdarənin arxivində, eləcə də elektron xəritə məlumat bazasına istinadən məlumat olaraq bldirilir ki, X13 (hazırkı mülkiyyətçi X20) adına olan xx.xx.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilən dövrdə İddiaçı ev inşa etməmişdir. X25 həmin torpaq sahəsini yuxarıda qeyd olunduğu kimi X2. Əmrahov Elsəvər isə hazırda mülkiyyətində olan torpaq sahəsini X1 almışdır. Sorğuda qeyd olunan hər iki torpaq sahələrinə müxtəlif dövrlərdə tərtib olunan “Torpaq sahəsinə dair plan ölçü” sənədlərində göstərilən koordinatlar elektron xəritə baza məlumatlarına uyğundur. Məhkəmənin sorğusunda qeyd olunan İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin fərqli dövrlərdə fərqli göstərilməsinin əsas səbəbi onunla izah olunur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X8 Bağlar İdarəsi tərəfindən 0,0597 ha torpaq sahəsi ayrılmışdır. 2011-ci ildə X9 mülkiyyət hüquqları 0,0512 ha torpaq sahəsinə tanınmışdır və eyni ölçüdə hazırkı İddiaçı 0,0512 ha torpaq sahəsi kimi satılmışdır. Daha sonra 0,0512 ha torpaq sahəsi üzərində alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək torpaq sahəsinin ölçüsü qismən artaraq 541 kv.m olmuşdur. Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-373/2021 nömrəli məhkəmə qərarı ilə iddiaçı X14 iddia tələbi təmin edilərək onun torpaq sahəsinin həcmində müşahidə olunmuş azalmanın aradan qaldırılması məqsədilə məhkəmə qərarına əsasən 0,06 ha torpaq sahəsinə X14 adına plan-ölçü sənədi tərtib edilmişdir. Ona görə də, hazırkı vəziyyətdə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 541 kv.m-dən azalaraq 528 kv.m kimi qeyd olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2791/2023 nörməli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı inşa etdiyi fərdi yaşayış evinin 9 kv.m hissəsi **********83 reyestr nömrəli çıxarışla X14 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməklə, alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsində yerləşir. xx.xx.2019-cu il qeydiyyat tarixli, **********31-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa aid elektron baza məlumatlarına əsasən koordinatlar daxilində olmalı olan torpaq sahəsinin ölçüsü (elektron uçotda), yerində ölçülmüş İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü, çıxarışda göstərilən torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti, koordinatları, döngə nöqtələri, sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X17 X23”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi xüsusi mülkiyyət. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin 19 kv.m hissəsi **********83 reyestr nömrəli çıxarışla X14 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə olunmuş: DTXK tərəfindən verilmiş A 158827 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, X10 Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə fərdi bağ sahəsi üçün 597 kv.m torpaq sahəsi verilmişdir. Sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 1621 nömrə ilə uçota alınmışdır. MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,0512 ha bağ torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. AA seriyalı 003620 nömrəli xx.xx.2011-ci il tarixli cavabdeh tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Mingəçevir şəhərində yerləşən, sənəd üzrə sahəsi 0,0597 ha, faktiki sahəsi 0,05117 ha olan bağ torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. Sənədin tərtib olunmasına əsas: X18 filialının xx.xx.2007-ci il tarixli 235/22 nömrəli arxiv arayışı, DTXK Mingəçevir şəhəri şöbəsinin xx.xx.2009-cu il tarixli 1621 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”. xx.xx.2011-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X11 DƏDRX Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 6272 nömrəli arayışa əsasən Mingəçevir şəhərində yerləşən 0,0512 ha torpaq sahəsini İddiaçı satmışdır. Məhkəmə tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli sorğu ünvanlanaraq bildirilmişdir ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2011-ci il tarixli A №0270330 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X11 tərəfindən İddiaçı 0,0512 ha torpaq sahəsi satılmış, xx.xx.2011-ci il tarixdə 0,0512 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq **********31 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, fərdi yaşayış evinə dair Texniki Pasport hazırlanarkən torpaq sahəsinin 0,0541 ha olması bildirilmiş, iddiaçının adına isə xx.xx.2019-cu il qeydiyyat tarixli, **********31-11301 reyestr nömrəli elektron çıxarışda torpaq sahəsinin ölçüsü 0,0597 ha, eyni qeydiyyat tarixli və eyni reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabının 67 nömrəli vərəqində qeydiyyatı aparılmış çıxarışda isə torpaq sahəsinin ölçüsü 0,0528 ha olaraq qeyd edilmişdir (çıxarış DƏDKR 17 saylı Yevlax ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1562/2023 nömrəli məktuba qoşma edilərək Məhkəməyə təqdim edilmişdir). xx.xx.2023-cü il tarixdə hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1579/2023 nömrəli cavabdehin etiraz məktunda isə naturada iddiaçının istifadəsində olan və elektron uçot məlumatlarında qeydiyyata alınmış torpaq sahəsinin ölçüsünün 526 kv.metr olduğu qeyd edilmişdir. Odur ki, (1) mübahisəli torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin 0,0597 ha olaraq qeydiyyata alınmasının səbəbləri və həmin ölçüdə qeydiyyatın aparılmasının hüquqi əsasları, (2) xx.xx.2023-cü il tarixə hər iki çıxarışda yerləşdirilmiş QR-kodun oxunması zamanı elektron çıxarışda torpaq sahəsinin ölçüsünün 0,0528 ha olaraq görünməsinin səbəbləri barədə məlumatın Şəki İnzibati Məhkəməsinə təqdim edilməsi, həmçinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyində qeyd olunan cavablardakı qeyri-müəyyənliyin araşdırılması məqsədilə aşağıdakı məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdir: “Birinci sualın cavabında qeyd edilmişdir ki, İddiaçı inşa etdiyi fərdi yaşayış evinin 9 kv.m hissəsi **********83 reyestr nömrəli çıxarışla X14 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməklə, alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsində yerləşir. Göstərilən cavabdan müəyyən olunmur ki, İddiaçı inşa etdiyi fərdi yaşayış evi tamamilə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsində yerləşir, yaxud 9 kv.m hissəsi E.Mustafayevin adına **********83 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsində, qalan hissəsi isə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsində yerləşir”. Cavabdeh Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna dair xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1939/2023 nömrəli cavab məktubunda qeyd etmişdir ki, X6 mülkiyyətində olan 0,0512 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixdə ********* qeydiyyat **********31 reyestr nömrəli çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi xx.xx.2011-ci il tarixdə AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, bu barədə alıcıya sahəsi “0,0512 ha”, göstərilməklə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat **********31 reyestr nömrəsi ilə hüquqların dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Həmin torpaq sahəsində X22 tərəfindən inşa edildikdən sonra daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması üçün onun ərizəsi qəbul edilmiş və bununla bağlı Ərazi idarəsinin mütəxəssisi tərəfindən qeyd olunan ünvanda müayinə baxışı keçirilmişdir. Torpaq sahəsində inventarlaşdırma aparılarkən müəyyən olunmuşdur ki, çıxarışda göstərildiyi kimi torpaq sahəsi 0,0512 ha deyil, faktiki 0,0541 ha-dır. Yaranmış bu fərq isə 2011-ci il tarixində ölçü işlərinin “ruletka lent” ilə, 2019-cu il tarixində isə ölçünün lazer şüası ilə işləyən “Distomat” alətiylə aparılması ilə əlaqədar olmuşdur. Bu dəyişilik xx.xx.2019-cu il tarixində hüquq sahibinin iştirakı ilə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında öz əksini tapmış və bu düzəliş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci və 16.3-cü maddələrinə əsasən faktiki 0,0541 ha torpaq sahəsinə dair dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır, Ərazi İdarəsinin “Milli Qeydiyyat Sistemi”nin “Sahələr” modulunda “sənəd üzrə olan sahə", “faktiki sahə" və “tikintialtı sahə” qrafalarında sənəd üzrə torpaq sahəsi 0,0597 ha, faktiki torpaq sahəsi isə 0,0541 ha göstərilmişdir. Ərazi İdarəsi tərəfindən hüquqların dövlət reyestrində yuxarıda qeyd edildiyi kimi torpaq sahəsi düzəlişlə faktiki sahə nəzərə alınmışdır. Lakin hazır olan sənədin “e-emlak.gov.az” elektron sayt ünvanından (portaldan) “elektron çıxarışın yoxlanılması” əməliyyatı üzrə hüquqların dövlət reyestrindən çıxarış yoxlanılarkən faktiki sahə deyil, sənəd üzrə olan sahə, 0,0597 ha olan sahə göstərilir. Belə ki, X16 mülkiyyətinə 0,0597 ha çıxarış təqdim edilməmişdir. Sənəd üzrə (ilkin mülkiyyətçiyə DTXK tərəfindən ayrılmış 0,0597 ha) torpaq sahəsi Milli Qeydiyyat Sisteminin bazasında 0,0597 ha göstərildiyi üçün portalda yoxlanılan həmin elektron çıxarış faktiki vəziyyətdə olan sahəni deyil, sənəd üzrə qrafada qeyd edilən sahəni avtomatik olaraq qeyd etdiyindən iddiaçının adına 0,0597 ha torpaq sahəsi görünür. Sistemdə olan texniki problemin aradan qaldırılması Ərazi İdarəsinin Səlahiyyətlərinə aid deyildir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 8.3-cü maddəsinə əsasən dövlət reyestrində aparılan yazılar arasında fərq olduqda dövlət reyestr kitabına üstünlük verildiyi üçün bu səbəbdən hüquq sahiblərinə təqdim edilən elektron çıxarışlar dövlət reyestr kitabında qeyd olunan yazılar əsasında tərtib olunur. Əlavə məlumat olaraq bildirilir ki, Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın 0,0597 ha torpaq sahəsi üzərində istər İddiaçı, istərsə də əvvəlki hüquq sahibi X6 mülkiyyət hüququ ilə bağlı dövlət reyestr kitabında heç bir qeydiyyat aparılmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 65-ci maddəsinə görə: 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir...
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir... 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdə AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi” ilə xx.xx.2011-ci il tarixdə verilmiş 6272 nömrəli arayışa əsasən Mingəçevir şəhərində yerləşən 0,0512 ha torpaq sahəsini X5 alğı-satqı yolu ilə almışdır. Torpaq sahəsinə münasibətdə alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının adına MA seriyalı ******* nömrəli xx.xx.2011-ci qeydiyyat tarixli çıxarışın tərtib edilmiş, həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,0512 ha qeyd olunmuşdur. Artıq iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikildikdən sonra torpaq sahəsinə vahid daşınmaz əmlak kimi bağ evi ilə birlikdə qeydiyyata alınmaqla xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli yeni çıxarış verilmiş, həmin çıxarışda isə torpaq sahəsinin ölçüsü 0,0528 ha olaraq göstərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş eyni tarixli eyni qeydiyyat nömrəli elektron çıxarışın (elektron sənədin) xarici təqdimat formasına əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin ölçüsü onda olan sənəddə 0,0597 ha göstərilmişdir. Sözügedən çıxarışın üzərində olan QR kodun texniki vasitələrin köməyi ilə oxunması zamanı e-emlak.gov.az səhifəsində olan link vasitəsilə açılan elektron sənədin əslində torpaq sahəsinin ölçüsünün 0,0528 ha olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, çıxarışda olan torpaq sahəsinin ölçüsü əslində 0,0528 ha-dır. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 602-İİQ nömrəli Qanununun 24.1-ci maddəsinə əsasən elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. Cavabdeh isə öz növbəsində, alqı-satqı müqaviləsi, ilkin və sonrakı çıxarışlarda göstərilən torpaq sahəsinin ölçüsü ilə bağlı fərqin ölçü cihazlarının təkmilləşmiş şəkildə istifadəsi nəticəsində daha dəqiq rəqəmin müəyyən edilməsi ilə əsaslandırmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi, texniki pasport isə hüquqmüəyyənedici sənəd olmamaqla faktiki olaraq torpaq sahəsinin yerləşməsini, koordinatlarını, konfiqurasiyasını, ölçüləri və s. müəyyən etməyə imkan verən texniki sənədlərdir. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının alğı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə münasibətdə istinad olunan ilkin sənəd, xx.xx.2011-ci il tarixdə verilmiş 6272 nömrəli arayış 0,0512 ha torpaq sahəsinə münasibətdə tərtib edildiyindən və müqavilədə məhz həmin ölçüdə torpaq sahəsinin satılması nəzərdə tutulduğundan iddiaçının daha atrıq ölçüdə torpaq sahəsini əldə etməsinə istinad etməsi əsassızdır. Həmçinin məhkəmə elektron sənədin təqdimat forması ilə bağlı qeyd edir ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə görə: 23.1. Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. 23.2. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır. 23.3. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “mülkiyyətində olan Mingəçevir şəhəri Samux küçəsi 39C ünvanında yerləşən 0,0597 ha torpaq sahəsinə verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışa uyğun “Torpaq sahəsinin planı və ölçüsü”nün və “Texniki pasportun” verilməsi, sənəd üzərində olmaqla bərabər faktiki sahənin də 0,0597 ha müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.