Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1694/2024 01.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Mingəçevir şəhər icra Hakimiyyətinin 02 may 2000-ci il 199 nömrəli qərarı ilə verilmiş 0.26 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş JN-230 B. KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (889 nömrə ilə kitabda qeydiyyata alnımış) ata adının “Səyyaf” deyil, “Səyyar'’ kimi yazılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsinin özəlləşdirilməsi (mülkiyyət sənədinin-Çıxarış və Texniki Pasportun verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Mingəçevir şəhər icra Hakimiyyətinin 02 may 2000-ci il 199 nömrəli qərarı ilə verilmiş 0.26 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş JN-230 B. KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (889 nömrə ilə kitabda qeydiyyata alnımış) ata adının “Səyyaf” deyil, “Səyyar'’ kimi yazılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsinin özəlləşdirilməsi (mülkiyyət sənədinin-Çıxarış və Texniki Pasportun verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım göstərilməsinə dair məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçının vəkili ərizə təqdim edərək məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən iddiaçının hüquqi marağının Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (889 nömrə ilə kitabda qeydiyyata alnımış) ata adının “Səyyaf” deyil, “Səyyar'’ kimi yazılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsinin özəlləşdirilməsi, mülkiyyət sənədinin-Çıxarış və Texniki Pasportun verilməsindən ibarət olduğu müəyyən olunur. İfadə tərzindən asılı olmayaraq iddiaçı tərəfindən hazırkı iddia ərizəsində iki tələb irəli sürülmüşdür:
1. JN-230 B. KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ata adının “Səyyaf” deyil, “Səyyar'’ kimi yazılmaqla düzəlişin edilməsi;
2. Həmin həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq Çıxarış və texniki sənədin verilməsi. Cavabdehin imtinası iddia tələbinin birinci hissəsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunda imtina əsası kimi JN 230B saylı Şəhadətnamənin İddiaçı Səyyaf oğlunun adına verildiyi,iddiaçın ata adı ilə uyğunsuzluq olduğu bildirilmişdir.İddiaçı iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ona məxsus hüquqmüəyyənedici sənəd təqdim etməmiş,sənədin ona məxsusluğunun da araşdırılmasını inzibati məhkəmə qaydasında tələb kimi irəli sürmüşdür. Məhkəmə tərəfindən hazırkı iş üzrə inzibati orqanın faktiki hərəkətinin qanunuauyğunluğunun araşdırılması və hüquqmüəyyənedici sənədin verildiyi şəxsin eyniləşdirilməsi inzibati məhkəmə araşdırmasının predmeti deyildir. İddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq həmin sənədin ona məxsus olmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi qaydasında xüsusi icraat qaydasına ərizə verə bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə,bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi ilə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Mingəçevir şəhər icra Hakimiyyətinin 02 may 2000-ci il 199 nömrəli qərarı ilə verilmiş 0.26 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş JN-230 B. KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (889 nömrə ilə kitabda qeydiyyata alnımış) ata adının “Səyyaf” deyil, “Səyyar'’ kimi yazılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsinin özəlləşdirilməsi (mülkiyyət sənədinin-Çıxarış və Texniki Pasportun verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə