Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1763/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 54 nömrəli əmrini qanunsuz və əsassız olduğundan ona aid hissədə ləğv edilməsi, əmrin verildiyi tarixdən etibarən işə bərpa olunması, həmin tarixdən ona ödəniləsi ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 xx.xx.2023-cü il tarixli 54 nömrəli əmrini qanunsuz və əsassız olduğundan ona aid hissədə ləğv edilməsi, əmrin verildiyi tarixdən etibarən işə bərpa olunması, həmin tarixdən ona ödəniləsi ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1763/2023 nömrəli qərardadı ilə inzibati işə qapalı məhkəmə iclasında baxılması qərarı alınmışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.2001-ci ildə Şəki şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Hərbi Məktəbinə daxil olmuş və xx.xx.2022-ci ildə həmin məktəbi “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə bitirmişdir. Kursant olduğu vaxt AHİM rəisinin əmri ilə ona 3-cü məharət dərəcəsi verilib. O, AR DİN X7 xx.xx.2022-ci il tarixli əmri ilə Daxili Qoşunların N saylı hərbi hissəsində N t/alayı 4-cü tədris bölüyünün 3-cü tağım komandiri olaraq leytenant kimi xidmətə başlamış, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən X7 54 nömrəli xx.xx.2023-cü il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. O, X4 həmin əmri ilə razı deyil. Belə ki, əmr onun hüquqlarının pozulması ilə əsassız olaraq qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən, Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 -159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 161-ci maddəsinə əsasən, Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Əsasnamənin 158-ci maddəsinin tələbinə əsasən, Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Əsasnamənin 162-ci maddəsinə əsasən, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Əsasnamənin 163-cü maddəsinə əsasən, Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Əsasnamənin 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir. Qanunvericilyin yuxarıda qeyd edilən maddələri ilə sübut edilir ki, o, Əsasnamənin 156-158-ci maddələrinin tələbləri ilə X5 tərəfindən ehtiyata buraxıldığı vaxt onunla söhbətləşmə aparılmamış, hərbi-həkim komissiyasının arayışı alınmamış, şərəf məkəməsi keçirilməmiş, söhbət vərəqəsi tərtib edilmədən birbaşa xx.xx.2023-cü il tarixdə əmr verilərək elə həmin gün ehtiyata buraxılmışdır. Yuxarıda qeyd etdiyi kimi o, 2018-ci ildə Ali Hərbi məktəbə daxil olmuş və 2022-ci ilin iyun ayında həmin məktəbi bitirmişdir. Onun hərbi xidmətdən ehtiyata buraxılımaına səbəb kimi kursant olduğu vaxtda hazırda təqsirləndirilən şəxs kimi məhkəməyə cəlb edilmiş barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.1, 29, 150.2.5, 151, 228.1, 232.2.3, 329.2.2 və 329.2.6-cə maddələri ilə cinayət işi aparılan şəxs X6 onu və onunla birlikdə xidmət edən digər iki şəxsi yalan vəd verərək aldadıb daha sonra isə qorxudaraq və məcbur edərək öz çirkin əməlləri üçün istifadə etməsi olmuşdur. Həmin hadisə o, Ali Hərbi Məktəbdə oxuduğu vaxt baş vermişdir və həmin vaxt “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 6-cı maddəsinə əsasən o, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular kateqoriyasına aid olmuş və onun ehtiyata buraxılması barədə Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi ona münasibətdə tətbiq edilə bilməzdi. Belə ki, Əsasnamənin 156-cı maddəsində qeyd edilir ki, Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Əsasnamənin 6-cı maddəsinə əsasən isə “Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir”. Yuxarıda qeyd edilən Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinin tətbiq dairəsində “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa” şərti vardır və Əsasnamənin 6-cı maddəsinə əsasən də o, kursant olaraq təhsil müəssisəsində təhsil alan hərbi qulluqçu olduğundan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən olunan vəzifələr ona şamil edilməlidir. Yəni, o, Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinin təsir dairəsinə düşmür. Hadisə (hüquq münasibətləri) baş verdiyi vaxt yəni 2022-ci ilin yanvar ayından sonra 1 ildən çöx müddət ötdükdən sonra zabit olduğu və xidmət etdiyi müddətdə heç bir təqsirləndirici material və ya şübhə olmadığı halda onu kursant vaxtı uşaqlıq edib işlədiyi hər hansısa bir əmələ görə hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə ittiham etmək absurddur və yolverilməzdir, həmçinin qanunsuzudr. Həmin vaxt onun etdiyi hərəkətə görə nəzərədə tutulan cəza növü onun zabit şərəfimə ləkə sürəcək bir maddə ilə olmamalıdır. O, uşaqlıq etdiyinin fərqindədir, lakin buna görə onu şərəfsizliklə, ləyaqətsizliklə ittiham etmək doğru deyildir. Bundan başqa təqsirləndirilən şəxs X3 Hərbi Məhkəməsində öz əməllərinə görə qanun qarşısında cavab verməkdədir, onun barəsində olan cinayət işi hazırda davam etməkdədir. Qeyd olunan hadisə ilə bağlı məhkəmədə cinayət işi davam etdiyi və araşdırma aparıldığı bir vaxtda cavabdeh inzibati orqan tərəfindən bu araşdırmanın nəticəsi gözlənilmədən mübahisələndirilən əmr verilmişdir, halbuki əmr verilən vaxt onun zabit adına yaraşmayan hərəkətə yol verməsi müəyyən olunmamışdır və mən həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun baş vermiş hadisədə təqsirinin olması cinayət işinə baxan məhkəmə tərəfindən müəyyən olunmamış, əksinə zərərçəkmiş şəxs qismində tanınmışdırsa onda niyə heç bir söhbət aparılmadan ən ağır maddə ilə ehtiyata buraxılmışdır. Bundan başqa onu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi ilə ehtiyata buraxan cavabdeh inzibati orqan tərəfindən onun zərəçəkən kimi cəlb edildiyi işdə iddia edilən hadisə ilə bağlı onun cinsi azlılığa meylinin olub-olmaması hərbi prokurorluq araşdırması zamanı təyin edilən ekspertizalar zamanı yoxlanılmış və hər iki ekspertizanın nəticəsi təmiz çıxmışdır. Komandanlığa onun cinsi azınlılığa meyli var kimi məruzə edərək onun həyatını, kariyerasını ləkələmək qəbuledilməzdir. O, vətəni üçün öz canından keçməyə hazır vətənpərvər bir zabitdir, onun hərbi hissələrdə xidmət etməsini istəmirlərsə o, heç xidmət etməz, lakin onun ləkələyici maddələrlə işdən uzaqlaşdırılması qanunsuzdur, ədalətsizdir. Məhkəmə araşdırması zamanı hərbi prokurorluqda ekspert rəylərinin məhkəmə işinə əlavə edilməsini xahiş edir. Göründüyü kimi, onun ehtiyata buraxılması üçün, həm də əlaqəsi olmayan maddə ilə ehtiyata buraxılması üçün əsaslardan heç biri mövcud deyil və hazırki mübahisədə cavcabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli əmrinin heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əmri ilə o, xidmətdən ehtiyata buraxılmış, barəsində verilən bu əmr onun şərəf və ləyaqətinin alçaldılmasıdır və o, bununla razılaşmır. Həmin əmrlə o, işdən uzaqlaşdırılmışdır və hazırda işləmir, həmin vaxtdan o, çox böyük sarsıntı və maddi sıxıntılar keçirir. Hazırda onun işlədiyi dövrdə əmək haqqına uyğun olaraq Kapitalbankdan aldığı bank borcu var. Maddi və mənəvi sıxıntılar keçirdiyi üçün əmrin ləğvi, işə bərpa, boş dayanmaya və iş buraxmağa görə xx.xx.2023-cü il tarixdən ona ödənilməli olan ödənişlərin konpensasiya şəklində ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır. - sabiq hərbi qulluqçu, ehtiyatda ofan leytenant İddiaçı Daxili İşlər Nazirliyinin X15 Hərbi Məktəb rəisinin 190 nömrəli xx.xx.2018-ci il tarixli nizami hissə üzrə əmrilə Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınaraq bütün təminat növlərinə daxil edilmişdir. Azərbaycan Respublikası X12 07 iyun 2022-ci il tarixli Ə1579 ş/h-001-22 nömrəli əmri ilə “leytenant” ilk zabit rütbəsi verilmişdir. Daxili İşlər Nazirliyinin X15 Hərbi Məktəb rəisinin Ə431-385-22 nömrəli xx.xx.2022ci il tarixli nizami hissə üzrə əmrilə xidmətini davam etdirmək üçün X12 X1 sərəncamına göndərilmişdir. X12 müavini-daxili qoşunların komandanın xx.xx.2022-ci il tarixli 0111 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə təyin edilmiş leytenant İddiaçı Ali Hərbi Məktəb rəisinin Ə436-385-22 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi təhsil müəsisəsini bitirməklə əlaqədar olaraq məzuniyyətə göndərilməklə xx.xx.2022-ci il tarixdə səhər yeməyindən sonra qazan təminatından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin Ə609-388-22 nömrəli xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən hissənin daimi şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. X12 X1 xx.xx.2023-cü il tarixli 54 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-21/Ə248/2023 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nəlayiq hərəkətlər törətdiyinə görə) müvafiq olaraq N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsindən azad edilib hissənin daimi şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş 222 336 065-10 nömrəli, xx.xx.2023-cü il tarixli təqdimatdan məlum olmuşdur ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan X6 Azərbaycan Respublikası CM-in 134, 150.1, 29, 150.2.5, 151, 228.1, 232.2.3, 329.2.1 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə istintaqla müəyyən edilmişdir ki, R.Cəbrayılov Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kapitan rütbəsində xidmət edərkən “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ali Hərbi Məktəbin 1-ci zabit hazırlayan tədris bölüyünün 1-ci taqımının kursantı İddiaçı və digərlərinə özünü Müdafiə Nazirliyində xidmət edən Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli gizli əməkdaşı kimi təqdim etmiş, onların da həmin xidmətə işə qəbul olunmaq arzusunun olmasını öyrənib bundan istifadə edərək həmin şəxsləri psixoloji cəhətdən özündən asılı hala gətirdikdən sonra Azərbaycan Respublikasının milli mentaliteti ilə, həmçinin hərbi qulluqçunun vəzifələri ilə bir araya sığmayan, hərbi xidmət mənafelərinə əhəmiyyətli ziyan vuran, əxlaqa zidd hərəkətlər etmişdir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 nəzərdə tutulmuşdur: - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir. - Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu müqəddəs vəzifələri yerinə yetirmək üçün daimi döyüşə hazır vəziyyətdə olmalıdır. - Möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. İ fəsil. Ümumi müddəalar
1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.
2. Hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
3. Hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; - namuslu və doğruçu olmağa, hərbi işi vjcdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; - komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; - hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir., yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələri İntizam Nizamnaməsinin tələblərinə riayət etməmiş, müqəddəs vəzifələri yerinə yetirmək üçün daimi döyüşə hazır vəziyyətdə olmamış, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmamış, Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməmiş, hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməmiş, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə səy göstərməmiş, namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa çalışmamışdır. Həmçinin iddiaçı hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmamış, yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etməmiş, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmamışdır. Göstərilənlərdən məlum olur ki, iddiaçı R.X8 Ali Hərbi Məktəbinə daxil olarkən Hərbi and qəbul etmiş, Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına təntənəli surətdə and içsə də, andına əməl etməmiş, qanununvericiliyin tələblərinə məhəl qoymayaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan X9 ilə xüsusi xidmət orqanında xidmətə qəbul olunmaq üçün qeyri-qanuni sövdələşmə aparmış, onun çirkin əməllərinə alət olmuş, qeyd olunan orqana xidmətə qəbulun şəffaf qaydalarla deyil, əxlaqa zidd əməllərlə səciyyələndirmişdir. İddiaçı ərizəsində kursant vaxtı uşaqlıq edib işlətdiyi hər hansı bir əmələ görə hərbi qulluqçu şərəfini ləkələyən nalayiq hərəkətlər törətməkdə ittiham edilməsinin absurd, yolverilməz və qanunsuz olduğunu, həmin vaxt etdiyi hərəkətlərə görə nəzərdə tutulan cəza növü zabit şərəfinə ləkə gətirən bir maddə olmadığını, uşaqlıq etdiyinin fərqində olmasını, lakin buna görə onun şərəfsizliklə, ləyaqətsizliklə ittiham edilməsinin doğru olmadığını bildirsə də, həmin vaxt onun 21 yaşının olmasını, bu yaşda yol verdiyi əməlin hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər olduğunu dərk edəcək yaşda olmuşdur. Eyni zamanda iddiaçı ərizəsində araşdırma zamanı prokurorluq tərəfindən cinsi azlığa meyilliyinin olub-olmamsı barədə təyin edilmiş ekspertizalar zamanı hər iki ekspertizanın cavabının təmiz çıxmasını, cavabdeh tərəfindən onun həyatı, kariyerasının ləkələnməsinin yolverilməz olduğunu, vətəni üçün öz canından keçməyə hazır vətənpərvər bir zabit olduğunu, ləkələyici maddələrlə işdən uzaqlaşdırılması qanunsuz və ədalətsiz olduğunu bildirsə də, istintaq zamanı onun qeyri-təbii yolla cinsi əlaqədə olması və digər qeyri-etik əməllərə yol verilməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən (İ fəsil. Hərbi qulluqçular və onların qarşılıqlı münasibətləri) hərbi qulluqçu onunla bağlı baş vermiş hadisələr və ona tutulmuş iradlar barəsində özünün bilavasitə rəisinə məlumat verməlidir. Lakin İddiaçı baş vermiş hadisə barədə bilavasitə rəislərinə məlumat verməli olduğu halda nəinki məlumat vermiş əksinə olaraq gizli saxlamışdır. Bununla yanaşı iddiaçı ərizəsində həmin hadisə zamanı Ali Hərbi Məktəbdə oxuduğunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular kateqoriyasına aid olduğunu, ehtiyata buraxılması barədə Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinin (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkərlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ona münasibətdə tətbiq edilə bilinməyəcəyini və təsir dairəsinə düşmədiyini, zabit olduğu və xidmət etdiyi müddətdə heç bir təqsirləndirici material və ya şübhə olmadığı halda onun kursant vaxtı uşaqlıq edib işlətdiyi hər hansı bir əmələ görə hərbi qulluqçu şərəfini ləkələyən nalayiq hərəkətlər törətməkdə ittiham edilməsinin absurd, yolverilməz və qanunsuz olduğunu, həmin vaxt etdiyi hərəkətlərə görə nəzərdə tutulan cəza növü zabit şərəfinə ləkə gətirən bir maddə olmadığını, onun şərəfsizliklə, ləyaqətsizliklə ittiham edilməsinin doğru olmadığını bildirsə də qeyd olunan təqdimatdan məlum olmuşdur ki, 2022-ci ilin 13-14 iyun tarixlərinin birində məzuniyyətdə olarkən R. Cəbrayılovla Şəki şəhərində görüşmüş və aralarında qeyri-təbii yolla cinsi əlaqə olmuşdur. İddiaçı Azərbaycan Respublikası X12 X1 07 iyun 2022-ci il tarixli Ə1579ş/h-001-22 nömrəli əmri ilə “leytenant” ilk zabit rütbəsi verilmiş, X12 xx.xx.2022-ci il tarixli 0111 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə təyin edilmiş, Ali Hərbi Məktəb rəisinin Ə436-385-22 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi təhsil müəsisəsini bitirməklə əlaqədar olaraq məzuniyyətə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan leytenant İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, həmçinin əlavə olaraq Gəncə Hərbi Məhkəməsinin icraatına daxil olmuş X6 Azərbaycan Respublikası CM-nin 134, 150.1,29, 150.2.5, 151,228.1, 232.2.3, 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına dair münasibətin surətini təqdim edilmişdur. İddiaçının nümayəndəsi şifahi izahatında ittiham aktına münasibətin məzmununa istinad etmiş və onun bir nüsxəsini məhkəməyə təqdim etmişdir. İttiham aktına münasibətində iddiaçı qeyd etmişdir ki, ittiham aktının 5-ci səhifəsində açıq şəkildə deyilir ki, “Təqsirləndirilən şəxsin 13-14 iyun 2022-ci il tarixlərindən birində saat 23:30 radələrində Şəki şəhərində görüşərək onu xidmətə qəbul etmək müqabilində guya sonuncu tapşırıq olduğunu bildirməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş və İddiaçı bundan imtina etdiyi üçün gələcəkdə ona xidmətində və şəxsi həyatında problemlər yaradacağı ilə hədələməklə həmin gecə 00:10 radələrində Şəki şəhərində yerləşən “Qocalar parkı” adlanan ərazinin yaxınlığındakı tərk edilmiş boş tikiliyə aparmışdır. R.A.Cəbrayılov orada əynindəki şalvarını qismən soyunub gərginləşdirilmiş vəziyyətdə olan cinsiyyət orqanını çıxararaq, yenidən İddiaçı onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin sonuncu onunla cinsi əlaqədə olmaqdan qəti şəkildə imtina edib ondan uzaqlaşaraq tikilinin çıxışına doğru hərəkət etməyə başlamışdır. Bu zaman R.A.Cəbrayılov sonuncuya arxadan yaxınlaşaraq bir əli ilə sonuncunun bel nahiyyəsindən tutaraq özünə yaxınlaşdırmış, digər əli ilə onun şalvarını aşağı çəkərək qismən soyundurmuş, İddiaçı ona qarşı müqavimət göstərsə də, uzaqlaşa bilməmişdir. R.A.Cəbrayılov həmin vəziyyətdə öz cinsiyyət orqanını gərginləşdirmiş vəziyyətdə zorla İddiaçı arxa keçəcəyinə daxil edərək irəli-geri hərəkət etdirməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonuncu müqavimət göstərməyə davam edərək ondan uzaqlaşmış və bu səbəbdən R.A. Cəbrayılov öz mənini kənara ifraz edib, zərəçəkmiş şəxsə zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İddiaçının nümayəndəsi ittiham aktının yuxarıda qeyd edilən hissəsinin bir neçə vatsap mesajı bazasında quraşdırılan yalan və uydurmadan, işi aparan müstəntiqin fərziyyəsindən ibarət olmasını və qeyd edilən digər hallarla bağlı cavabdeh orqanın istinad etdiyi təqdimatın məzmunun da doğru olmadığını, mübahisələndirilən əmrin həqiqətə uyğun olmayan məlumatlar əsasında tərtib edilmiş təqdimata istinad edilməklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əməl edilmədən qəbul edildiyini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən təqdim edilən təqdimatla 29 aprel 2023-cü il tarixdə Daxili Qoşunların Baş idarəsində şəxsən tanış olmuşdur. Həmin sənəd AR-sı Hərbi Prokurorluğunun Daxili Qoşunların Baş İdarəsinə ünvanladığı və Daxili Qoşunlarda xidmət edən zabirlərin inzibati tənbeh cəzası ilə cəzalandırılması barədə olan məktubdur. Sübut növü olaraq məhkəməyə təqdim ediləcək bu məktubda adı çəkilən zabitlərə, o cümlədən hazırki işdə İddiaçı intizam tənbehi cəzası verilməsi tələb edilməkdədir. İşdən azad edilərək ehtiyyata buraxılma inzibati cəza növü hesab edilmir. Qanunverici zabitlərə intizam cəzası olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılma cəzasının verilməsini nəzərədə tutmur. Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir. Qanunvericilyin tələblərindən də aydın olur ki, İddiaçı Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinin tələbi ilə X5 tərəfindən ehtiyata buraxılmışdır, lakin bu vaxt onunla söhbətləşmələr aparılmamış və söhbət vərəqəsi tərtib edilmədən birbaşa xx.xx.2023-cü il tarixdə əmr verilərək elə həmin gün ehtiyata buraxılmışdır. Qeyd etmək istəyirəm ki, hətta barəsində cinayət işi olan və təqsirləndirilən şəxslər belə ehtiyyata buraxılmır - onlar Sərəncama götürülürlər. Göründüyü kimi, İddiaçı ehtiyata buraxılmağı üçün hüquqi əsaslardan heç biri mövcud deyil və hazırki mübahisədə cavabdeh inzibati orqanın mübahisələndirdiyimiz xx.xx.2023-cü il tarixli əmrinin heç bir qanuni əsası yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-14-1/2-801/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2018-ci il tarixli 190 nömrəli əmrdən görünür ki, iddiaçı Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınmış, bütün növ təminatlarına daxil edilmiş və “əsgər” hərbi rütbəsi verilmişdir. - Daxili İşlər Nazirliyinin X15 Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli Ə431-385- 22 nömrəli əmrindən çıxarışından görünür ki, iddiaçı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndini və "Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin “q” bəndini rəhbər tutub, 2022-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Hərbi Məktəbini bitirmiş kursantlar zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və xidmətini davam etdirmək üçün X12 müavini - X4 sərəncamına göndərilmiş, “leytenant” ilk zabit hərbi rütbəsi verilmişdir. - Daxili İşlər Nazirliyinin X15 Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli Ə436-385- 22 nömrəli əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72ci maddəsinin “q” bəndinə müvafiq olaraq, 2022-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Hərbi Məktəbini bitirmiş aşağıda adları göstərilən zabitlər müvafiq vəzifələrə təyin olunsunlar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi təhsil müəsisəsini bitirməklə əlaqədar olaraq məzuniyyətə göndərilsinlər və xx.xx.2022-ci il tarixdə səhər yeməyindən sonra qazan təminatından çıxarılsınlar. N saylı hərbi hissə üzrə Leytenant İddiaçı 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə.... - X12 X1 xx.xx.2023-cü il tarixli 54 ş/h nömrəli əmrindən çıxarışından görünür ki, leytenant İddiaçı, N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təvəllüdü - xx.xx.2001-cı il, milliyyəti - azərbaycanlı. Təhsili - Daxili İşlər Nazirliyi X11 Hərbi Məktəbi. xx.xx.2023-cü il tarixə xidmət illəri - təqvimlə 04 il 07 ay 00 gün təşkil edir. Hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Şəki rayon şöbəsinə göndərilmişdir. - N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli Ə609-388-22 nömrəli əmrindən çıxarışından görünür ki, 2022-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X11 Hərbi Məktəbini bitirmiş leytenant İddiaçı xx.xx.2022-ci il tarixdən N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə təyin edilmişdir. - N saylı Hərbi Hissə Komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-21/Ə248/2023 nömrəli əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə) müvafiq olaraq, X12 X1 xx.xx.2023-cü il tarixli 54 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri leytenant İddiaçı, xx.xx.2023-cü il tarixdən. 2023-cü il üçün növbəti məzuniyyətdən istifadə etməyib. Şəxsi intizamına və döyüş hazırlığının saxlanmasına görə birdəfəlik pul mükafatına 0 % layiqdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar olaraq, çıxış müavinatı verilsin. Təvəllüdü — 01.1 1.2001-ci il, milliyəti - azərbaycanlı. Təhsili - Daxili İşlər Nazirliyinin X11 Hərbi Məktəbi. xx.xx.2023-cü il tarixə xidmət illəri - təqvimlə 04 il 07 ay 00 gün təşkil edir. Hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Şəki rayon şöbəsinə göndərilsin.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, növbəti məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəkdir. Tərəflər şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Mübahisələndirilən əmr xx.xx.2023-cü il tarixdə verilmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Odur ki, mübahisləndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinə əməl olunmuşdur. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Lakin, iddia mahiyyət etibarilə əsassızdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin 155-ci bəndində qeyd edilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.2022-ci il tarixdən N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi təhsil müəsisəsini bitirməklə əlaqədar olaraq məzuniyyətə göndərilmiş, xx.xx.2022-ci il tarixdən hərbi hissənin daimi şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmiş, X12 X1 xx.xx.2023-cü il tarixli 54 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13-14-21/Ə248/2023 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nəlayiq hərəkətlər törətdiyinə görə) müvafiq olaraq N saylı hərbi hissənin 4-cü tədris bölüyünün 3-cü tədris taqımının komandiri vəzifəsindən azad edilib hissənin daimi şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Cavabdeh orqan iddiaçı barəsində mübahisələndirilən əmrin qəbul edilməsini Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş 222 336 065-10 nömrəli, xx.xx.2023-cü il tarixli təqdimatla əsaslandırmışdır. Belə ki sözügedən təqdimatda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan X6 Azərbaycan Respublikası CM-in 134, 150.1, 29, 150.2.5, 151, 228.1, 232.2.3, 329.2.1 və 329.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işinin istintaqı zamanı R.Cəbrayılovun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kapitan rütbəsində xidmət edərkən “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ali Hərbi Məktəbin 1-ci zabit hazırlayan tədris bölüyünün 1-ci taqımının kursantı İddiaçı və digərlərinə özünü Müdafiə Nazirliyində xidmət edən Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli gizli əməkdaşı kimi təqdim etməsi, onların da həmin xidmətə işə qəbul olunmaq arzusunun olmasını öyrənib bundan istifadə edərək həmin şəxsləri psixoloji cəhətdən özündən asılı hala gətirdikdən sonra Azərbaycan Respublikasının milli mentaliteti ilə, həmçinin hərbi qulluqçunun vəzifələri ilə bir araya sığmayan, hərbi xidmət mənafelərinə əhəmiyyətli ziyan vuran hərəkətlər etməsindən, qeyri-təbii yolla cinsi əlaqədə olmasından və digər qeyri-etik əməllərə yol verilməsindən bəhs olunur. Odur ki, cavabdeh orqan İddiaçı hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməsi qənaətinə gələrək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı bəndinin “ə” yarımbəndinə əsasən ehtiyata buraxmışdır. İddiaçı mübahisələndirilən əmrdə istinad olunmuş təqdimatda qeyd olunan halların həqiqətə uyğun olmamasını və ehtiyata buraxılmanın “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmamasını (söhbətləşmə aparılmamış, şərəf məhkəməsi keçirilməmiş, hərbi-həkim komissiyasının müayinəyə göndərilməmiş və s.) bildirir. İstinad olunan Əsasnamənin 155-ci bəndinin tələbinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Lakin, həmin bənddə hərbi qulluqçunun törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılması fərqləndirilir və birbaşa buraxılmanın bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilməsi vurğulanır. Göründüyü kimi hərbi qulluqçunun ehtiyata buraxılması üçün bütün hallarda şərəf məhkəməsinin vəsatətinin olması imperativ qayda olaraq müəyyən edilməmişdir. İddiaçı, X12 X1 xx.xx.2023-cü il tarixli 54 nömrəli əmri ilə birbaşa ehtiyata buraxıldığından onun barəsində şərəf məhkəməsinin qərarı və vəsatəti ola da bilməzdi. Digər tərəfdən istinad olunan Əsasnamənin 163-cü bəndində qeyd edilmişdir ki, bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Göründüyü kimi hərbi-həkim komissiyasının müayinəsinə göndərilmənin özü də bütün ehtiyata buraxılanlara şamil edilmir. İddiaçının ehtiyata buraxılması hərbi hissə komandirinin təqdimatı və şərəf məhkəməsinin vəsatəti əsasında baş vermədiyindən və ehtiyata buraxılmasının əsasını təşkil edən Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi birbaşa buraxılmanı nəzərdə tutduğundan onunla hərbi hissədə qarşıdakı buraxılma ilə bağlı söhbət aparıla da bilməzdi. İddiaçının şərəf məhkəməsində dinlənilməsi və hərbi-həkim komissiyasının müayinəsinə göndərilməsi isə Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinin tələbləri baxımından məcburi olmamışdır. Cavabdeh orqanın məzmununa istinad etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş 222 336 065-10 nömrəli, xx.xx.2023-cü il tarixli təqdimata münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən təqdimatın məzmunu ilə razılaşmasa da, iddia ərizəsində, o cümlədən ittiham aktına münasibətdə R.Cəbrayılovla aralarında olan qeyri-etik münasibətləri özü də etiraf edir. Lakin, bunun kursant olduğu dövrdə baş verməsini, hərbi hissədə xidməti zamanı baş vermədiyini bildirir. Belə ki, iddia ərizəsində iddiaçı, kursant olduğu dövrdə R.Cəbrayılov tərəfindən qorxudularaq çirkin əməlləri üçün istifadə edildiyini bildirir, daha sonra həmin əməli “uşaqlıq edib” işlədiyinin fərqində olduğunu bildirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 222 336 065-10 nömrəli, xx.xx.2023-cü il tarixli təqdimatının məzmunu qapalı məhkəmə iclasında öyrənilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı, R.Cəbrayılovla aralarında olan qeyri-etik münasibətin baş verdiyi zamanı və məkanı ilə bağlı ittiham aktı və təqdimatın məzmunu ilə razılaşmadığını bildirsə də, bütövlükdə olanları inkar etmir və o, könüllü olaraq qeyri-etik münasibətin iştirakçısıdır. İddiaçı buna məcbur edilməmiş, R.Cəbrayılovdan hər hansı asılılığı olmamış və onunla arasında olan qeyri-etik münasibət özünün iradəsi ilə baş vermişdir. Cavabdeh orqan iddiaçı barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş 222 336 065-10 nömrəli, xx.xx.2023-cü il tarixli təqdimatın məzmununa uyğun hərəkət etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən aparılmış istintaqla müəyyən edilmiş hallara münasibətdə cavabdeh orqan əlavə araşdırma aparmaq imkanında olmamış və təqdimatda qeyd edilmiş qeyri-etik davranışlara yol verən hərbi qulluqçu barəsində təxirəsalınmadan birbaşa ehtiyata buraxılma barədə əmr vermişdir. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. İddiaçı yol verdiyi qeyri-etik hərəkətləri “uşaqlıq etməsi” kimi ifadə etsə də, R.Cəbrayılovla arasında olan intim münasibət hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər olması ilə bərabər, cəmiyyətin əxlaq normalarına da birbaşa ziddir. Nəzərə alınmalıdır ki, iddiaçının yol verdiyi qeyri-etik hərəkətlər onun hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməsi qənaətinə gəlinməsi üçün yetərli olmuş və iddiaçının hərbi qulluqçular arasında saxlanılmasının həm digər hərbi qulluqçular, həm də iddiaçı barəsində daha ağır fəsadlara gətirib çıxarmasının qarşısının alınması baxımından onun subyektiv hüquqlarına müdaxilə güdülən məqsədə mütənasib olmuşdur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 xx.xx.2023-cü il tarixli 54 nömrəli əmrini qanunsuz və əsassız olduğundan ona aid hissədə ləğv edilməsi, əmrin verildiyi tarixdən etibarən işə bərpa olunması, həmin tarixdən ona ödəniləsi ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.