Məhkəmə qərarları › İş №e-2-1(116)-1790/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1790/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1790/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi və Cavabdeh2nə qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və əlavə olunan sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya məhkəmənin yardım məktubuna münasibət bildirməsi 10 gün müddət təyin edilmiş,həmin müddətdə münasibət bildirilməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsinə nail olmaqdan ibarət olmuşdur. Göründüyü kimi iddia ərizəsində iki cavabdeh göstərilməklə tələb iki hissədən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki,bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Tələbin birinci hissəsi Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi, ikinci hissəsi Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsindən ibarətdir. İddianın birinci hissəsi üzrə tələb öhdəliyin icrası haqqında iddia növündə,ikici hissəsi üzrə tələb müəyyən etmə və ya tanınma haqqında iddia növündədir Tələbin birinci hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin hissənin yönəldiyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi iddiaçının tabeliyində olan PHŞ-in alt qurumu-ərazi idarəsidir. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin normaya əsasən inzibati orqanlar arasında olan inzibati mübahisələrin həlli inzibati mühakimə icraatının predmeti deyildir. İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edilir ki,ikinci hissə birinci hissədən asılı tələbdir.İddia tələbinin birinci hissəsi inzibati icraat qaydasında araşdırılacağı halda ikinci tələblə bağlı hissəyə baxıla bilər Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi və Göyçay Bələdiyyəsinə qarşı “Göyçay şəhəri, M.Muradov küçəsində yerləşən 572 kv.m torpaq sahəsi üzərində Göyçay bələdiyyəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Göyçay bələdiyyəsinin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, AN 682413 nömrəli plan ölçü, həmçinin torpaq sahəsinin satılması barədə Göyçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar