Məhkəmə qərarları › İş №e-2-1(116)-1853/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1853/2022

28.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1853/2022 28.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala rayon X7 Cəmiyyətində işlədiyi xx.xx.1996-cı ildən xx.xx.2005-ci il tarixədək olan illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon X7 Cəmiyyətində işlədiyi xx.xx.1996-cı ildən xx.xx.2005-ci il tarixədək olan illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur. X8 Qanuna əsasən onun yaşa görə əmək pensiyası alınaq hüququ yaranmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268.61 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırıb, qanunsuz olaraq hüquqlarını pozur və əmək pensiyasını ləğv etmişdir. Cavabdehə pensiyanın dayandırılması səbəbi barədə sorğu və müraciət yazmış və pensiyanın dayandırılan gündən bərpa olunmasını tələb etmişdir. Lakin cavabdeh onun əmək pensiyasını bərpa etməmiş, cavabında yazdığı məktubda isə təyin olunmuş sosial pensiyadan tutulma apardığını yazmışdır. Eyni zamanda cavabdeh ona göndərdiyi 04 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, onun onlara təqdim etdiyi sənədlərə əsasən onun 29 il 9 ay sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən onun pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, işlədiyi Zaqatala rayon X7 Cəmiyyətinin əmr kitabları və hesablama cədvəlləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməyib. İmtina məktubunu aldığı vaxtdan 1 ay keçməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçı pensiya işinə daxil olan əmək kitabçasının və hərbi biletinin surətinə əsasən sığorta stajı 19 il 9 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, sözügedən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, pensiya işinə daxil olan Zaqatala rayon Dövlət Arxivinin 21,09.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən 30.2005-ci il tarixədək Zaqatala rayon X7 cəmiyyətinin əmr kitabları və hesablama cədvəlləri arxivə təhvil verilməmişdir. Eyni zamanda Fondun 16 saylı ərazi fililalının məktubuna əsasən sözügedən müəssisənin arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün omamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının sosial sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün onun yaşa görə əmək pensiyası ləğv edilmişdir. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 9396.57 manat pensiya məbləğinin artıq ödənildiyi müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilmənəsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli xx.xx.1995-ci il tarixdə tərtib olunmuş əmək kitabçası; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müaraciətindən imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Zaqatala Rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli 60 nömrəli məktubundan görünür ki, Zaqatala Rayon Kimya Birliyi və X7 Cəmiyyəti fəaliyyətləri olmadığı üçün Zaqatala Rayon Statistika İdarəsində qeydiyyatda deyil. Məktubda qeyd edilən dövlər üzrə məlumatlar idarədə yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********170300 nömrəli məktubundan görünür ki, “X15” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) aid arxiv sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, “Zaqatala Kəndtəsərrüfatıkimya” Birliyi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli sərəncamı ilə özəlləşdirmə məqsədilə açıq səhmdar cəmiyyətinə çevrilmiş və D-2383 nömrəli şəhadətnamə ilə xx.xx.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Səhmlərinin 70 %-i özəlləşdirildikdən sonra Cəmiyyət xx.xx.2015-ci il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsində xüsusi mülkiyyətə əsaslanan müəssisə kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Cəmiyyətin fəaliyyəti rəhbərinin ərizəsinə əsasən xx.xx.2011-ci il tarixdən dayandırılmışdır. Zaqatala rayon X7 Cəmiyyəti Azərbaycan SSR KYMC-nin xx.xx.1990-cı il tarixli əmri ilə yaradılmış, xx.xx.1996-ct ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınaraq ********* nömrəli, xx.xx.2007-ci il tarixdə isə ********** nömrəli vöen almışdır. xx.xx.2014-cü il tarixdən fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X11 filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Rayon Kimya Birliyinin və Zaqatala rayonu X7 Cəmiyyətinin sənədləri X11 filialına təhvil verilməmişdir. Buna görə də İddiaçı stajı barədə məlumat vermək mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1075 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2016-cı il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektinə (özəlləşdirmə planına) əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmamışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO/1.2-2-2022-7838 nömrəli məktubundan görünür ki, “Aqrar sənaye kompleksinin idarə olunmasını daha da təkmilləşdirmək haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli Qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının X1 Komitəsi, Nazirlər Soveti yanında X2 Xidmət üzrə Elmi-İstehsalat Birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda Tikinti üzrə Baş Respublika İdarəsi ləğv edilərək onların bazasında Azərbaycan SSR X16 Komitəsi yaradılmışdır. Azərbaycan SSR X16 Komitəsinin 1986-cı il 21 aprel tarixli 205 nömrəli əmrinin 2 nömrəli əlavəsinə əsasən Zaqatala rayon X17 “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 1997-ci il 17 mart tarixli 04 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olan “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi ləğv edilərək birliyin tabeliyində olan müəssisə və obyektlər özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli “Məhkəmə xətşünaslıq-ekspertizası”nın 4/1421 nömrəli ekspert rəyi; Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Belə ki, iddiaçı tələb hüququnun əsası olaraq öz adına xx.xx.1995-ci ildə tərtib edilmiş NТ-İ N5380161 nömrəli əmək kitabçasını da məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən Zaqatala rayon X12 1995-ci ilə aid “Əmrlər kitabı”ı tələb edilmişdir. Təqdim edilmiş əmək kitabçasına baxış keçirilərkən müəyyən edilmişdir ki, əmək kitabçasının 42-43-cü səhifələrində olan 02-ci qeyd işdən azad edilməsi barədə xx.xx.1995-ci il tarixli 24 nömrəli əmr əsasında aparılmışdır. Həmin qeyd Birliyin direktoru B.A.Məmmədovun imzası və möhürlə təsdiq edilmişdir. Müvafiq qeydin mötəbərliyi şübhə doğurmuşdur.Belə ki,əmək kitabçasının tərtibi zamanı həmin dövr birliyin direktoru olmuş X6 ad,ata adı və soyadı barəsində qeyd “В.А.Мəммəдов” yazısı “kirill” qrafikasında aparılmış, “B” hərfi isə latın qrafikasında yazılmışdır. Baxış keçirilmiş Zaqatala rayon KKB-nin “Əmrlər kitabının 9-cu səhifəsində olan 24cü və 25-ci əmrlərin arasında nömrəsiz əmr aşkar olunmuşdur.Həmin əmr iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində olan 02-ci qeydin,iddiaçının işdən azad edilməsi barədə xx.xx.1995-ci il tarixli 24 nömrəli əmrin əsaslandığı əmrdir. Həmin qeydlərin yoxlanılması zərurəti yaranmış və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1853/2022 nömrəli qərardadı ilə, iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1578-5/1357-5/1373 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 1.Tədqiq olunan yazılar, ekspertizaya təqdim olunmuş, İddiaçı adına olan NT-İ seriyalı ******* nömrəli 17 oktyabr 1995-ci il tarixli əmək kitabçasının 42-43-cü səhifələrindəki yazılardan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan yazıların icra olunduğu xətt orta yazı vərdişi və sürəti ilə xarakterizə olunur. Hərflərin ölçüləri, aralarındakı məsafə orta, şaquli oxa nisbətən meylləri sağa, əlaqə ortadır. Tədqiq olunan yazıların icra olunduğu xətti öz aralarında bir-birilə müqayisə etdikdə yuxarıda göstərilən ümumi və aşağıdakı xüsusi əlamətlərdə uyğunluqlar müəyyən olundu: quruluşuna görə /mürəkkəblik dərəcəsi/: “m” hərfinin icrasında - bitmə hissəsi uzadılmaqla mürəkkəbləşdirilmiş; hərəkətin icra olunma formasına görə: “a” hərfinin aşağı hissəsinin icrasında bucaqvari; “j” hərfinin aşağı hissəsinin icrasında - bucaqvari; hərəkətin birləşmə formasına görə: “h” hərfinin elementləri bir-birilə - ilgəklə; “m” hərfinin elementləri bir-birilə qayıdış-düzxətlə; V’ hərfinin elementləri bir-birilə - bucaqla; hərəkətin bitmə nöqtəsinin yerinə görə: ovalvari elementlərin icrasında - ovalın yuxarı sağ hissəsində. Müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan yazıların eyni şəxs tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. 2.Tədqiq olunan imzalar, ekspertizaya təqdim olunmuş, İddiaçı adına olan NT-İ seriyalı ******* nömrəli 17 oktyabr 1995-ci il tarixli əmək kitabçasının 42-43-cü səhifələrində “B.A.Məmmədov” sözlərinin qarşısındakı imzadan; Zaqatala rayon X12 1995-2012-ci illərə dair əmrlər kitabının 9-cu vərəqinin 2-ci səhifəsində xx.xx.1995-ci il tarixli nömrəsiz əmrini təsdiq edən imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaların tərkib və əlaqəsi “B” + hərf təşkil etməyən cizgilər + son cızıq Tədqiq olunan imzalar orta yazı vərdişi və sürəti ilə xarakterizə olunur. Hərf və cizgilərin ölçüləri, aralarındakı məsafə orta, şaquli oxa nisbətən meylləri sağa, imzaların əsası xəttinin forması düzxətli, istiqamətləri üfqidir. Tədqiq olunan imzaları X5 imza nümunələri ilə müqayisə etdikdə yuxarıda göstərilən bir sıra ümumi (yazı vərdişində, meyldə, imzaların tərkibində, aralarındakı 'məsafədə və s.) və aşağıdakı xüsusi əlamətlərdə fərqlər müəyyən olundu: hərəkətin icra olunma formasına görə: “5” hərfinin aşağı hissəsinin icrasında tədqiq olunanda ilgəkvari hərəkətlə, nümunələrdə isə - qövsvari hərəkətlə; hərəkətin birləşmə formasına görə: “B” hərfinin elementləri bir-biri ilə tədqiq olunanlarda - qayıdış-düzxətlə, nümunələrdə isə ilgəklə; hərəkətin birləşmə formasına görə: hərf təşkil etməyən cizgilər bir-biri ilə tədqiq olunanlarda - qayıdış-düzxətlə, nümunələrdə isə ilgəklə; hərəkətin forma və istiqamətinə görə: son cızığın icrasında - tədqiq olunanda aşağı istiqamətli düzxətli hərəkətlə, nümunələrdə isə - aşağı istiqamətli dalğavari hərəkətlə; hərəkətin bitmə nöqtəsinin yerinə görə: son cızığın icrasında - tədqiq olunanda sətir xəttindən yuxarıda, nümunələrdə isə sətir xəttindən aşağıda. Müqayisəedici tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olundu ki, fərqləndirici əlamətlər əhəmiyyətli və dəyərli olub, ayrı-ayrılıqda elə məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların X9 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir.

1. Təqdim olunmuş İddiaçı adına olan NT-İ N5380161 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrindəki 01 və 02-ci və 44-45-ci səhifələrindəki 03 və 04-cü əlyazmaların icra olunmasında istifadə olunan mürəkkəblərin kimyəvi tərkibini müəyyən etmək məqsədilə rəngləyicilərin fərqləndirilməsində istifadə olunan nazik təbəqəli xromatoqrafiya (NTX) metodundan istifadə etməklə analiz aparıldı. Bu məqsədilə tədqiq olunan obyektlərin cizgilərindən nümunələr götürüldü və üzərilərinə dimetilformamid (DMFA) əlavə edilərək ekstraksiya edildi. Alınmış ekstraktlar «MERK» markalı lövhəyə damızdırıldı. Xromatoqrafiyanın şərtləri: həlledici sistem (diyircəkli qələmlərin rəngləyici maddələri üçün)- etilasetat : izopropanol: distillə edilmiş su: sirkə turşusu - 30:15:10:1 nisbətində nisbətində hazırlanır. Xromatoqrafiya lövhəsi otaq temperaturasında qurudulduqdan sonra ultrabənövşəyi şüaların altında müayinə edildi. Rəngləyicilərin müqayisəsi həm onların lüminissensiyalarının rənginə, həm də Rf- lərin qiymətinə əsasən aparıldı. Aparılmış tədqiqatlar nəticəsində aşağıdakılar məlum oldu: -tədqiq olunan NT-İ N5380161 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrindəki 01 və 02-ci əlyazmaların və 44-45-ci səhifələrindəki 03 və 04-cü əlyazmaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. 1 .Ekspertizaya təqdim olunmuş, İddiaçı adına olan NT-İ seriyalı ******* nömrəli 17 oktyabr 1995-ci il tarixli əmək kitabçasının 42-43-cü səhifələrindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim olunmuş, İddiaçı adına olan NT-İ seriyalı ******* nömrəli 17 oktyabr 1995-ci il tarixli əmək kitabçasının 42-43-cü səhifələrində “B.A.Məmməaob” sözlərinin qarşısındakı imza; Zaqatala rayon X12 1995-2012-ci illərə dair əmrlər kitabının 9-cu vərəqinin 2-ci səhifəsində xx.xx.1995-ci il tarixli nömrəsiz əmrini təsdiq edən imza - X9 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 1.Tədqiqata təqdim edilmiş Zaqatala rayon X12 əmrlər kitabının 8-ci vərəqinin üz və arxa tərəfindəki möhür əkslərində, 9-cu vərəqinin üz tərəfindəki möhür əkslərində “...aqrar-sənayə komitəsi K/təsər. aqrokimyəvi xidmət üzrə Respublika istehsalat-elm birliyi “Azərkəndkimya” Госагропром комитет Азерб.ССР Республиканское Производственно-научное объединение по агрохимическому обслуживанию сельского хозяйства «Азерсельхозхимия» “Zaqatala rayon “Kəndtəsərrüfatıkimya” Закатальская районная «Сельхозхимия»” məzmunlu mətn vardır (nöqtələrlə görünməyən yazılar işarə edildi). Tədqiqata təqdim edilmiş Zaqatala rayon X12 əmrlər kitabının 8-ci vərəqinin üz və arxa tərəfindəki möhür əksləri, 9-cu vərəqinin üz tərəfindəki möhür əksləri və İddiaçı adına 17 oktyabr 1995-ci il tarixli NT-İ ******* nömrəli əmək kitabçasının 41-42-ci səhifələrdəki möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş İddiaçı adına olan NT-İ N5380161 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrindəki 01 və 02-ci əlyazma mətnlər və 44-45-ci səhifələrindəki 03 və 04-cü əlyazma mətnlər öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. “X8” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X8” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.2022-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək,icraatda olan yaşa görə əmək pensiyasının təmin edilməsi ilə bağlı iddiası ilə əlaqədar olaraq məhkəmə işinin dayandırılmasını və məhkəməyə təqdim etdiyi sənədlərin ona geri göndərilməsini xahiş etmişdir. Həmin teleqrama münasibət bildirərək məhkəmə qeyd edir ki,icraatın dayandırılması ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır.İddiaçının təqdim etdiyi sənədlərin qaytarılması müvafiq məhkəmə aktı çıxarıldıqdan sonra təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının adına xx.xx.1995-ci ildə tərtib edilmiş NТ-İ N5380161 nömrəli əmək kitabçasında xx.xx.1976-cı ildən xx.xx.1995-ci il tarixədək X15 Birliyində işlədiyi müddət öz təsdiqi tapmadığından həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli və ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala rayon X7 Cəmiyyətində işlədiyi xx.xx.1996-cı ildən xx.xx.2005-ci il tarixədək olan illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunsuz olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 127 (bir yüz iyirmi yeddi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar