Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1887/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş **********39 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli), **********72 reyestr nömrəli (xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli), **********33 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) və **********45 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) çıxarışlara əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Qəbələ rayonu, Kür kəndində yerləşən 1.0213 ha, Qəbələ rayonu, Zalam kəndində yerləşən 1.3715 ha, Qəbələ rayonu, Quşlar kəndində yerləşən 0.66 ha və 0.7918 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin tərtib edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ rayonu, Kürd kəndində yerləşən 1.0213 ha, Qəbələ rayonu, Zalam kəndində yerləşən 1.3715 ha, Qəbələ rayonu, Quşlar kəndində yerləşən 0.66 ha və 0.7918 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ tanınmışdır. Həmin torpaq sahələrinə dair ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən müvafiq olaraq **********39 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli), **********72 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli), **********33 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) və **********45 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) çıxarışlar verilmişdir. Mübahisə predmeti olan torpaq sahələri vaxtilə alqı-satqı müqaviləsi əsasında iddiaçının təsisçisi olan "xxxx" MMCyə satılmışdır. Daha sonra "xxxx" MMC həmin torpaq sahələrini "xxxx" MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalına əmlak şəklində yatırmış, AR ƏMDK yanında DƏDRX-in müvafiq ərazi idarəsinə müraciət olunaraq iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmışdır. İddiaçı MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilərək sözügedən torpaq sahələrinin planı və ölçüsü sənədlərinin tərtib edilməsi və verilməsi xahiş edilmiş, lakin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********13 nömrəli imtina məktubu verilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahələri elektron baza xəritəsində vətəndaşlara məxsus dövlət aktları ilə üst-üstə düşür. Bu səbəbdən torpaq sahələrinin planı və ölçüsü sənədlərinin tərtib olunmasının mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş **********39 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli), **********72 reyestr nömrəli (xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli), **********33 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) və **********45 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) çıxarışlara əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Qəbələ rayonu, Kür kəndində yerləşən 1.0213 ha, Qəbələ rayonu, Zalam kəndində yerləşən 1.3715 ha, Qəbələ rayonu, Quşlar kəndində yerləşən 0.66 ha və 0.7918 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin tərtib edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********10 nömrəli etirazında bildrmişdir ki, İddiaçı MMC Qəbələ rayonu Kürd kəndində yerləşən 1.0213 ha, Qəbələ rayon Zalam kəndində yerləşən 1.3715 ha, Qəbələ rayon Quşlar kəndində yerləşən 0.66 ha və 0.7918 ha torpaq sahələrinə dair mülkiyyət sənədlərinin verilməsi ilə bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı MMC Qəbələ rayonu Kürd kəndində yerləşən 1.0213 ha, Qəbələ rayon Zalam kəndində yerləşən 1.3715 ha, Qəbələ rayon Quşlar kəndində yerləşən 0.66 ha və 0.7918 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvafiq texniki inventarlaşdırma işləri aparımış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi 2.2284 ha olsada faktiki torpaq sahəsinin miqdarı 1.9534 ha təşkil edir. Həmçinin torpaq sahəsi başa vətəndaşın adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********13 nömrəli imtina məktubundan görünür ki, göstərilən torpaq sahələri elektron baza xəritəsində digər vətəndaşlara məxsus dövlət aktı ilə üst-üstə düşdüyü bildirilərək iddiaçının tələbinin icrasından imtina edilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,7918 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1.3715 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1.0213 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahələri üzərində iddiaçın mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir. Torpaq sahəsinin bir hissəsinin digər şəxslərin faktiki istifadəsində olması barədə mütəxəssis rəyində göstərilmiş xüsusatla bağlı isə məhkəmə qeyd edir ki, hüquq müəyyənedici sənədlər olmadan torpaq sahəsindən digər şəxslərin istifadə etməsi həmin torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını məhdudlaşdıra bilməz.Bu baxımdan da məhkəmə hesab edir ki,cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur.Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş **********39 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli), **********72 reyestr nömrəli (xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli), **********33 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) və **********45 reyestr nömrəli (xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) çıxarışlara əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Qəbələ rayonu, Kür kəndində yerləşən 1.0213 ha, Qəbələ rayonu, Zalam kəndində yerləşən 1.3715 ha, Qəbələ rayonu, Quşlar kəndində yerləşən 0.66 ha və 0.7918 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin tərtib edilməsi və verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1887/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1887/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver