Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1925/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “1906-cı il tarixdə vəfat etmiş X5 miras qalmış, İsmayıllı rayonu Lahic qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X8 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1906-cı il tarixdə vəfat etmiş X5 miras qalmış, İsmayıllı rayonu Lahic qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X8 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir (iş № e-2- 1(116)-1925/2022). Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair X2 və X3 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № e-2-1(116)-2243/2022). Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmetləri eynidir, və bir birini tamamlamaqdadır, hər iki iddia eyni şəxs tərəfindən eyni cavabdehə qarşı verilmiş və Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Belə ki, “1906-cı il tarixdə vəfat etmiş X5 miras qalmış, İsmayıllı rayonu Lahic qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X8 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair X2 və X3 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə baxıldıqdan sonra həll edilməli məsələ olduğundan iki tələbin bir icraatda birləşdirilməsi yolveriləndir. Belə olan halda həmin iddia tələblərinin hər birinə ayrıca icraatda baxılmasına zərurət olmadığından, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “1906-cı il tarixdə vəfat etmiş X5 miras qalmış, İsmayıllı rayonu Lahic qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X8 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə e-2-1(116)-1925/2022 nömrəli inzibati iş, 2) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair X2 və X3 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2-1(116)- 2243/2022 nömrəli inzibati iş. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1925/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1925/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver