Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1940/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 mütəxəssis X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA seriyalı 616187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun tərtib edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində 211 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda müvafiq düzəlişin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA seriyalı 616187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun tərtib edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində 211 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda müvafiq düzəlişin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə iddiaçıların ümumi birgə mülkiyyətinə Zaqatala rayon Göyəm kəndində yerləşən 701.83 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək, xx.xx.2012-ci il tarixdə 106 nömrə ilə uçota alınmışdır.Ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayon Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin cavabdeh orqanın AA seriyalı 616187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənərkən ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayon Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları sürüşdürülmüşdür. İslahat zamanından bu yana Zaqatala rayon Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq ilkin sənədə uyğun olaraq iddiaçılar tərəfindən istifadə edilir. Hal-hazırda da iddiaçıların istifadəsindədir. İddiaçılar yaranmış uyğunsuzluğu aradan qaldırmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli etiraz məktubunda, iddiaçının ərizəsi əsasında qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun müraciətinin icrasının mümkün olmadığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçıların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. AA seriyalı 616817 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi;
3. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixdə tərtib edilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətindədir.
4. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarının surəti;
5. A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə X2 və ailə üzvlərinə 701.83 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4048/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, A seriyalı 407713 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 701.83 kv.m torpaq sahəsi iddiaçının özünü göstərdiyi naturada sahəsi 701.83 kv.m olmaqla kənd təsəsrrüfatı təyinatlı əkin ərazisidir.Həmin torpaq sahəsinin faktiki istifadəçisi və mülkiyyətçisi İddiaçı1dur.İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı sahədir.Torpaq sahəsinin döngə nöqtələri, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli 616187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 701 kv.m torpaq sahəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 701.83 kv.m torpaq sahəsi ilə qismən üst-üstə düşür. A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 701.83 kv.m torpaq sahəsinin koordinatlarına əsasən mülkiyyət hüququ qeydə alınmamışdır. A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 701.83 kv.m torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı1 və onun ailə üzvlərinin adına ********** qeydiyyat nömrəli çıxarışla hüquqları qeydiyyata alınmışdır. A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 701.83 kv.m torpaq sahəsinin koordinatlarına əsasən mülkiyyət hüququ həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlara əsasən deyil, faktiki istifadə vəziyyətinə uyğun tərtib edilmiş iddiaçı tərəfindən imzalanmış və Göyəm bələdiyyəsi tərəfindən təsdiqlənmiş sxemə uyğun ölçülərlə mülkiyyət hüququ qeydə alınmışdır.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra - ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinm faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3.torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4.ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5.ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı torpaq islahatı zamanı onlara ayrılmış 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüququna dair çıxarışın və texniki sənədin dəyişdirilməsindən ibarətdir.Nəticə etibarı ilə iddiaçılar TEKUİS-ə əsasən faktiki istifadələrində olan torpaq sahəsi üzərində deyil,ilkin texniki sənəddə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq niyyətindədirlər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki cavabdeh orqan tərəfindən TEKUİS-ə əsasən isə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olaraq plan-ölçü sənədi tərtib edilmişdir.Təqdim olunan rəydən gprünür ki,ilkin sənədlə təkrar qeydə alınmış hüquq arasında qismən fərq mövcuddur.Məhkəmə iclasında iştirak edən mütəxəssis izahatında verilən suallara cavab olaraq bildirmişdir ki,iddia olunan torpaq sahəsi başqa şəxsin istifadəsindədir.İddiaçılar tərəfindən mübahisələndirilən sənəd onlara verilərkən yazılı qaydada razılıqlarını cavabdeh inzibati orqana təqdim etmiş və onun əsasında faktiki istifadə vəziyyətinə uyğun Çıxarış və texniki sənəd tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə qeyd edir ki, AA seriyalı 616187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış TEKUİS-ə əsasən faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olaraq tərtib edildiyindən hazırkı iddiası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.0701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA seriyalı 616187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 406966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun tərtib edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində 211 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda müvafiq düzəlişin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.