Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2003/2024 05.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə ilə müraciət edərək, “Yevlax rayonu, Dəlləklər kəndində yerləşən, İddiaçı istifadəsində olan ******* nömrəli, örüş uqodiyalı 1,30 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə hər-hansı əməliyyatın aparılmasına qadağa qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi kabinet vasitəsilə iş materiallarına ərizə əlavə edərək, qeyd etmişdir ki, ərizə elektron sistem vasitəsilə düzgün qaydada göndərilməmişdir. Bu səbəbdən ərizəyə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin qeyd edilən ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, hazırkı müraciəti ilə faktiki olaraq ərizəni geri götürmək niyyətini ifadə etmişdir. Ərizənin geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, ərizə geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə ünvanlanan ərizədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə baxılmasını arzu etmir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizə Elektron Məhkəmə İnformasiya Sisteminə iddia ərizəsi kimi daxil edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”): 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Ərizənin iddiaçının özü tərəfindən geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, göstərilən hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və qərarın qəbul edilməsini istəmədiyini, ərizəyə baxılması üzrə işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Hazırkı vəziyyətdə isə ərizəçinin nümayəndəsi ərizəni yenidən düzgün formada tərtib edilərək Məhkəməyə göndərdiyini bildirmişdir. Ərizəçiyə izah edilir ki, ərizənin geri götürülmüş hesab edilməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 16.3, 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-2003/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2003/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver