Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2014/2025 30.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “Material Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı "cavabdehin xx.xx.2025-ci il tarixli **********191272 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********184978 saylı SVY aktı ilə azaldılmış məbləğ olaraq müəyyən olunmuş 2021-ci il üzrə 10.558,68 manat, 2022-ci il üzrə 20.798,28 manat, 2023-cü il üzrə 7.852,44 manat mənfəət vergisi məbləğlərinin, ƏDV üzrə 2021-ci il üzrə 21.566,58 manat, 2022-ci il üzrə 22.940,34 manat, 2023-cü il üzrə 90.198,97 manat, 2024-cü il üzrə 4.204,92 manat məbləğlərin, əmlak vergisi 2022-ci il üzrə 99,61 manat, 171,08 manat məbləğlərin, ÖMV üzrə 2021-ci il üzrə 90,00 manat, 2023-ci il üzrə 550,80 manat və müvafiq olaraq hesablanmış 89.515,87 manat maliyyə sanksiyasının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək cavabdehin cavabdehin xx.xx.2025-ci il tarixli **********191272 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin 30 aprel 2025-ci il tarixli iclas protokolun qərardadı ilə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC üzrə cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********183343 saylı qərarına əsasən Aprel 2021 - Mart 2024 üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yoxlama nəticəsində 18.12 2024-cü il tarixli **********184978 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama müddəti xx.xx.2024-cü il tarixli qərara əsasən 15 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 15 gün, xx.xx.2024-cü tarixli qərara əsasən 15 gün, xx.xx.2024-cü il tarixli qərara əsasən 15 gün olmaqla, ümumillikdə 4 dəfə, 60 iş gün müddətində uzadılmışdır. Eyni zamanda yoxlama müddəti 5 dəfə, ümumillikdə 70 iş günü müddətində dayandırılmışdır. Yoxlanılan dövrdə müəssisə qanunvericiliyə uyğun olaraq tikinti materiallarının topdan satışı ilə məşğul olmuşdur. Müəssisənin obyektləri barədə məlumat SVY aktının 1.6-cı bəndində qeyd edilmişdir. Yoxlamaya bütün sənədlər təqdim edilmişdir. Yoxlama zamanı xx.xx.2024-cü il tarixli, **********184120 nömrəli qərara əsasən inventarizasiya keçirilmişdir. İnvertarizasiya nəticəsində xx.xx.2024-cü il tarixli invertarizasiya aktı tərtib edilmişdir. SVY aktının 1.9.4-cü bəndində ekpsertizanın keçirilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, **********188935 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparılmışdır. Ekspertiza “Azerekspertiza” Birliyinin eksperti X4 tərəfindən aparılmışdır. Bununla bağlı diqqətinizə çatdırırıq ki, ekspert neytral, işin nəticəsində şəxsən marağı olmayan şəxs olmalıdır. X1 əmisi Əliyev Şakir DVX-nın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin işçisi olmuşdur. Bu hal isə X3 tərəfsizliyini şübhə altına alır, onun faktiki olaraq vergi orqanı ilə əlaqə şəxs olduğunu təsdiq edir. Həmin şəxs xx.xx.2024-cü il tarixli **********202700 nömrəli məktubla aylıq icarə müəyyən edilməsi üçün rəsmi normativ sənəd və digər vacib olan amillər məlum olmadığından ekspert rəyi verə bilməmişdir. Həmin şəxs tərəfindən ekspert rəyi verilməsə də, o, ekspertizanın təyin edilməsi barədə qərarla əsassız olaraq SVY-nin dayandırılması üçün qərar çıxarılmasına əsas vermişdir. Belə ki, ekspertizanın keçirilməsi barədə qərara əsasən SVY-nin müddəti əsassız dayandırılmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********183343 saylı qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əmək edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 2021-ci ilin aprel ayından 2024-cü ilin mart ayına kimi olan dövrü əhatə etmişdir. Səyyar vergi yoxlamasının aparıldığı dövrdə vergi ödəyicisi faktiki olaraq tikinti materiallarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixli **********185206 nömrəli qərara əsasən 15 iş günü, xx.xx.2024-cü il tarixli **********186252 qərara əsasən 15 iş günü, xx.xx.2024-cü tarixli **********187589 nömrəli qərara əsasən 15 iş günü, xx.xx.2024-cü il tarixli **********188239 nömrəli qərara əsasən 15 iş günü olmaqla, ümumillikdə 4 dəfə, 60 iş gün müddətində səyyar vergi yoxlamasının keçirilməsi müddəti artırılmışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixli **********185786 nömrəli qərarla 15 gün, xx.xx.2024-cü il tarixli **********186122 nömrəli qərarla 16 gün, xx.xx.2024-cü il tarixli **********186954 nömrəli qərarla 12 gün, xx.xx.2024-cü il tarixli **********187363 nömrəli qərarla 11 gün, xx.xx.2024-cü il tarixli **********188937 nömrəli qərarla 16 gün olmaqla cəmi olaraq 70 gün müddətində keçirilən səyyar vergi yoxlaması dayandırılmışdır (təxirə salınmışdır). Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə 10558,68 manat, 2022-ci il üzrə 20798,28 manat, 2023-cü il üzrə 7852,44 manat əlavə mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı illər üzrə təqdim edilmiş material hərəkəti məlumatları ilə həmin illərdə topdan və pərakəndə satış qaydasında təqdim edilmiş malların müqayisəli təhlili aparılmışdır. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların uçot məlumatlarında düzgün qeyd edilmədiyi aşkar edilmişdir. Belə ki, bəzi malların təqdim edildiyi rəsmi sənədlərlə təsdiq edilmədiyi halda uçotdan silinərək xərclərdə əks olunduğu aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə 10558,68 manat, 2022-ci il üzrə 20798,28 manat, 2023-cü il üzrə 7852,44 manat əlavə mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı illər üzrə təqdim edilmiş material hərəkəti məlumatları ilə həmin illərdə topdan və pərakəndə satış qaydasında təqdim edilmiş malların müqayisəli təhlili aparılmışdır. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların uçot məlumatlarında düzgün qeyd edilmədiyi aşkar edilmişdir. Belə ki, bəzi malların təqdim edildiyi rəsmi sənədlərlə təsdiq edilmədiyi halda uçotdan silinərək xərclərdə əks olunduğu aşkar edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Səyyar vergi yoxlanılması haqqında xx.xx.2024-cü il traixli **********183343 nömrəli qərar;
2. **********184978 nömrəli xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlanılması aktının surəti.
3. cavabdehin xx.xx.2025-ci il tarixli **********191272 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarı.
4. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-faktura sənədləri.
5. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də 10 saylı Ərazi Vergilər İdarəsinin “cavabdehin xx.xx.2025-ci il tarixli, **********191272 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixində verildiyindən və Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 iş günündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 iş gününədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 29 may 2024-cü il tarizində başlamış, 6 aydan artıq davam etmiş və bu müddət ərzində 4 dəfə “müddətin uzadılması barədə” qərarlar qəbul olunmuşdur.Yoxlam ümumilikdən 70 iş günü müddətində dayandırısa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Eləcə də iş materiallarına əsasən müəyyən edilir ki, yoxlama müddəti ərzində heç bir ekspertiza keçirilməmişdir və məhkəmə baxışı zamanı ekspertizanın keçirilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hsab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli, **********191272 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı prosessual və maddi baxımdan qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 iş günündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 iş gününədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 29 may 2024-cü il tarizində başlamış, 6 aydan artıq davam etmiş və bu müddət ərzində 4 dəfə “müddətin uzadılması barədə” qərarlar qəbul olunmuşdur.Yoxlam ümumilikdən 70 iş günü müddətində dayandırısa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Eləcə də iş materiallarına əsasən müəyyən edilir ki, yoxlama müddəti ərzində heç bir ekspertiza keçirilməmişdir və məhkəmə baxışı zamanı ekspertizanın keçirilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə 10558,68 manat, 2022-ci il üzrə 20798,28 manat, 2023-cü il üzrə 7852,44 manat əlavə mənfəət vergisi hesablanmışdır. Cavbabdeh araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların uçot məlumatlarında düzgün qeyd edilmədiyini bildirmişdir. Belə ki, bəzi malların təqdim edildiyi rəsmi sənədlərlə təsdiq edilmədiyi halda uçotdan silinərək xərclərdə əks olunduğu aşkar edildiyi göstərilmişdir. Cavabdeh apardığı inzibati icraat qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmədiyini bildirmişdir.Lakin,inzuibati orqan tərəfindən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ilkin sənədlərə və DVX-nın baza məlumatlarına əsasən vergi ödəyicisinin VM-nin 104-cü maddəsinə əsasən gəlirlərin və 108- ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərinin müəyyən edilməsi ilə bağlı vergitutma obyektinin digər qaydada müəyyən edilməsi zəruri hesab edilməmişdir. Vergi yoxlayıcısı 2021, 2022 və 2023-cü illərdə gəliri artıraraq müəssisəyə əlavə mənfəət vergisi hesablamışdır.Bu zaman Vergi Məcəlləsinin 67.3-cü və 83.9-cu maddələrinin tələblkəri pozulmuşdur. Vergi Məcəlləsinin 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 83.9cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.3-cü və 83.9-cu maddələri xx.xx.2023-cü il tarixli qanunla qüvvədən düşmüşdür.Yəni,yoxlanılan dövrdə qüvvədə olmuşdur. Səyyar vergi yoxlaması aktının ƏDV hissəsində müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsi müəyyən edilmiş və yoxlama nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi hesab edilərək ƏDV-nin azaldılması müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) orta satış qiymətinin müəyyən edilməsi ilə bağlı müddəa öz əksini tapmamışdır. İznibati orqan tərəfindən səyyar vergi yoxlaması zamanı xarici valyutaların manata nisbətən mənfi və müsbət məzənnə fərqləri nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktının 25-ci səhifəsində vergi yoxlayıcısı 2021, 2022 və 2023cü illər üzrə material hesabatına istinad etməklə material hesabatında malın silindiyini bildirmiş, buna əsasən ƏDV hesablamışdır. Bununla bağlı bildiririk ki, müəssisənin material hesabatlarını, malların təqdim edilməsi barədə sənədləri məhkəməyə təqdim edirik və nəzərinizə çatdırırıq ki, müəssisənin satış dövriyyəsində heç bir kənarlaşma mövcud olmamışdır, yəni müəssisə qeyd edilən dövlər üzrə müvafiq aylar üzrə vergiləri bəyan edərək hesablamış və ödəmişdir, hətta həmin dövrlərdən sonra müvafiq vergi dövlərinə kameral münasibət bildirilərək kameral vergi yoxlaması keçirilmişdir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; ... Vergi Məcəlləsinə görə vergi orqanlarının aşağıdakı vəzifələri var: 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə media ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə; Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. ... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatla 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDVnin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin iddiaçı barəsində xx.xx.2025-ci il tarixli **********191272 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında Qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə