Məhkəmə qərarları › İş №e-2-1(116)-2017/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2017/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2017/2025 14.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlilliyin müəyyən edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mövcud xəsarətlərin və xəstəliyin hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması kimi əlilliyin müəyyən edilməsi və 15000 manat məbləğində dəyən mənəvi ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-1(116)-2017/2025 saylı qərardadı ilə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir.. İddia ərizəsinin əsaslarına görə İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuş, xx.xx.2014-cü ildən xx.xx.2023-cü il tarixədək Azərbaycan Rerspublikasının Silahlı Qüvvələrində xidmət etmiş və Mingəçevir şəhəri Abdulla Şaiq küçəsi ev 11, mənzil 44 ünvada yaşayır. Qarabağ müharibəsində iştirak edən döyüşlərdə xx.xx.2020-ci ildə mərmi partlayışı nəticəsində “Partlayış travması” barotravma xəsarəti almışdır. Aldığı xəsarətlərlə bağlı müxtəlif müalicə müəssisələrində müalicə və müayinə olunmuşdur. Aldığı hərbi travma ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- həkim Komissiyasının qərarına əsasən (7013 saylı xəstəlik haqqında şəhadətnamə) müharibə zamanı aldığı yaraların nəticələrinə görə aşağıdakı diaqnozlar müəyyən edilmişdir. Diaqnoz “F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Depressiv daxilolmalarla və nitq qüsuru ilə . F 62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, depressiv daxilolmalarla” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Diaqnoz “M 518 L4-L5 fəqərəarası diskin sol L5 sinir kökünü kompressiya edən yırtığına görə aparılmış L4 parsial hemilaminoektomiyası, L4-L5 diskektomiya əməliyyatından (xx.xx.2022) nəticəsində onurğa sütununun bel şöbəsinin funksiyasının cuzi dərəcədə pozulması ilə, M51.1 Diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. H 52.2 Hər iki gözün sadə hipermetropik astiqmatizmi, M1.0 Dnəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla K 02 çoxsaylı kariyes” “ Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İddiaçı aldığı xəsarətlərlə bağlı mütəmadi olaraq tibb müəssisələrində müalicə və müayinə olmuş və sonuncu dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PİŞ-nin həkim-psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli 4757 saylı rəyinə əsasən Diaqnoz “F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və nitq qüsuru ilə F 62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, depressiv daxilolmalarla müşahidə edilməsi təstiqlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28\3-l-l 18\2023 saylı əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaranmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunaraq üzvü mənşəlli (Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar. Depressiv daxilolmalar, nitq qüsuru ilə F 07.0 diaqnozu qoyulmuşdur Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının 7013 saylı, 17.06 2024 tarixli xəstəlik haqqında şəhadətnaməsi ilə qeyd olunan diaqnozlar təstiqini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin tibbi sosial ekspert komissiası xx.xx.2024-cü il tarixli rəyinə əsasən müvəkkilimin mövcud diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik və ya sağlamlıq imkanının müəyyən edilməməsi qənaətinə gəlmişdir. İddiaçı hesab edir ki, onun aldığı travmaların müayinəsi ilə bağlı tərtib edilən sənədlər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarın 2.2-ci maddəsində nəzərdə tutulan tələblər dairəsinə düşdüyünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzər almamış qanunsuz qərar qəbul etməklə onun hüquqları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 36 saylı qərarı ilə təstiq edilmiş Tibbi sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1,4-cü bəndinə görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu əsasnamədə nəzərdə tutulan hallarda TSEK-nin funksiyalarının həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək RSEK-nin vəzifələrindən biridir. Həmin Əsasnamənin 5.5- ci bəndinə əsasən TSEK-nin qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Cavabdehin mövqeyi qanunsuz və əsasızdır və bu səbəbdən onun üzərinə mövcud xəsarətlərin və və xəstəliyin hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması kimi əlilliyimin müəyyən edilməsi vəzifəsi qoyula bilər. Hesab edirəm ki, iddiaçının tələbi İPM-nin 2.2.3.-cü maddəsinin tələblərinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-nin 34.1- ci maddəsi Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bildirirəm ki, müvəkkilim ordu sıralarından xx.xx.2023-cü il tərxis olunmuş, səhhəti ilə bağlı əmək qabiliyyətinin məhdud olduğundan işləməmiş, hec bir məvacib almamış və müalicəsi ilə bağlı dava- dərman alınması üçün kənar şəxslərdən pul borcu almaq məcburiyyətində olmuşdur. Nəticədə ona psixoloji sarsıntılar keçirərək mənəvi ziyan dəymişdir. Dörd ildən artıq müddətdə müvəkkilimə cavabdehin təqsiri nəticəsində müharibə dövründə aldığı xəsarətlərə görə pensiya təyin edilməmiş və bu səbəbdən dolanışığını eləcədə müalicəsini təmin etmək üçün kənar şəxslərin köməyinə möhtac olması dəyən mənəvi ziyanın 1 5000 (on beş min) manat dəyərində qiymətləndirir və həmin pulun cavabdehdən alınması tələb olunur.”. Cavabdeh etirazında bildirmişdir ki, “iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni : Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı) mənşəli şəxsiyyət pozuntusu.və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Mingəçevir şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 7013 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və nitq qüsuru ilə. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “L4-L5 fəqərəarası diskin sol L5 sinir kökünü kompressiya edən yırtığına görə aparılmış L4 parsial hemilaminoektomiyası, L4-L5 diskektomiya əməliyyatından (xx.xx.2022) nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması ilə. Diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Hər iki gözün sadə hipermetropik astiqmatizmi M 1,0 nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsününü cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar və intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4757 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12593702 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-cü il tarixli 13104228 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, kəkələmə, qolunu qaldıra bilməməkdən şikayətlənmişdir. Medikamentoz preparatlardan Klonozepam, Cycladole, Navarin, Fenozepam qəbul etdiyini bildirmişdir. Hər iki biləkdə etdiyi yeni kəsik izlərini (sentyabr), saidlərdə çoxsaylı səthi, paralel kəsik izlərini nümayiş etdirmişdir. Müayinə otağına robotik yerişlə, gözlərini bərəltmiş şəkildə daxil olmuşdur. Müharibədən sonra kəkələdiyini bildirmişdir ki, bu vəziyyət 2023-cü ilin avqust ayına qədər xidmət etməsi ilə uyğunsuz olmuşdur. Daimi başağrılarından, davamlı əllərinin əsməsindən şikayətlənmiş, bu vəziyyətdə sürücü kimi xidmət zamanı necə nəqliyyat idarə etməsi soruşulduqda, fikrini dəyişərək psixiatrik dərman qəbulundan sonra baş verdiyini bildirmişdir. Lakin, təqdim etdiyi dərmanların bildirdiyi şəkildə yan təsirləri qeyd edilməmişdir. İnstrumental müayinələr etioloji üzvi faktoru təsdiqləməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, nümayişkar davranışla. Hər iki saiddə və biləkdə kəsiklər” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik.”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində cavabdehin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlmədikləri halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. İş materiallarında olan qiymətləndirmə materiallarından görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə “göndərişin natamam doldurulması”, “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X7in xx.xx.2024-cü il tarixli 4757 nömrəli Həkim psixiatr Komissiyasının rəyi.

3. 7013 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surəti.

4. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2017/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının surəti.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Tətbiq edilən hüquq

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

3. Orqanizmin funksiyalarının pozulması faizlər 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. İddia mahiyyət etibarı ilə qismən əsaslıdır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İş üzrə müəyyən edilir ki, iddiaçı xx.xx.2014-cü ildən xx.xx.2023-cü il tarixədək Azərbaycan Rerspublikasının Silahlı Qüvvələrində xidmət etmiş, xx.xx.2020-ci ildə mərmi partlayışı nəticəsində “Partlayış travması” almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 7013 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və nitq qüsuru ilə. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “L4-L5 fəqərəarası diskin sol L5 sinir kökünü kompressiya edən yırtığına görə aparılmış L4 parsial hemilaminoektomiyası, L4-L5 diskektomiya əməliyyatından (xx.xx.2022) nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması ilə. Diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Hər iki gözün sadə hipermetropik astiqmatizmi M 1,0 nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsününü cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. İş üzrə əldə edilmiş “Məhkəmə-X4 X7in xx.xx.2025-ci il tarixli 5094 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X4 X7 xx.xx.2025-ci il tarixli 4630 nömrəli rəyi ilə təsdiq olunmur. İş üzrə əldə edilmiş ekspert rəyində “Motivləşdirici” hissəsində qeyd edilmişdir ki, “X1 üzvi (qapali kəllə-beyin travmasi nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyalarin enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zamanı mərmi partlaması nəticəsində kəllə-beyin travması alması, Gəncə Rayon Xəstəxanasında, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, travmadan sonrakı dövrdə psixi pozuntuların meydana çıxması, psixi pozuntuların kəskinləşməsi ilə əlaqədar Şəki Rayon Psixiatriya Xəstəxanasında, SN “Respublika Psixiatriya Xəstəxanası’’ PHŞ-də dəfələrlə stasionar müalicə alması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında xx.xx.2024-cü il tarixdə professor Fuad İsmayılov tərəfindən müayinə olunarkən “Üzvi (İ-Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozunun təyin edilməsi həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir . qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və sair sübut edir. “İİ Yekun hissəsi.” İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş X2 barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? 6-cı sual: xx.xx.1970-ci il tarixdə doğulmuş X2 xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 197 nömrəli Qərarı lə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 2-ci bəndində müəyyən olunmuş “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələrinə aiddirmi? Aiddirsə kateqoriya üzrə məhdudlaşma dərəcəsi hansıdır? 7-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş X2 orqanizmin funksiyalarının pozulması faizləri nə qədərdir? 1-ci, 6-cı və 7-ci suallara cavab: Qərarda qoyulmuş sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi" X7 səlahiyyətlərinə aiddir. 2-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş X2 barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapırmı? Cavab:Yoxlanılan şəxs X1 üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. 3-cü sual: xx.xx.1970-ci il tarixdə doğulmuş X2 müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? Bu xəstəlik və qüsürlar müalicə ilə aradan qaldırıla biləndirmi? 4-cü sual: xx.xx.1070-ci İl tarixdə doğulmuş X2 müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacının olması müəyyən edilmi? 3-cü və 4-cü suallara cavab: Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin X2 vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. 5-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş X3 qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarından göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın, sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi varmı? Cavab: X3 qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarında göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi vardır.” Göründüyü kimi iddiaçıda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur, üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, onun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır, X3 qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarında göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi vardır. Qeyd olunmalıdır ki, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, dünya səhiyyə təşkilatı (ÜST) tərəfindən hazırlanmış və psixi sağlamlıq sahəsində diaqnoz qoymaq və tədqiqat aparmaq üçün istifadə olunan bir sistemdir. Bu təsnifat, müxtəlif ölkələrdəki psixi pozğunluqların diaqnoz və müalicəsinin uyğunlaşdırılmasına kömək edir. Həmin təsnifatda “Baş beyninin zədələnməsi və ya disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər psixi pozuntular” (F07)” bölməsində “Üzvi mənşəli şəxsiyyət pozuntu” diaqnozu F07.0 kodu ilə qeyd olunmuşdur.”. Qeyd edilməlidir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibbi göndəriş verilmiş, cavabdeh orqan həmin göndərişə münasibətdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina cavabı verərək xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilən hallarından görünür ki, həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, həmdə Məhkəmə-X4 X7 rəyindən iddiaçı üzvi (qapali kəllə-beyin travmasi nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyalarin enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zamanı mərmi partlaması nəticəsində əmələ gəldiyini müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən hallar birmənalı olaraq iddiaçı olan xəstəliklərin ona əlillik təyin edilməsi üçün əsas verilməsi qənaətini formalaşdırır. Lakin cavabdeh inzibati orqan yalnız iddiaçının hazırkı psixi vəziyyətinin mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, nümayişkar davranış kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlərin qeyd olunmaması qənaətinə gəlmişdir. Cavabdeh inzibati orqan tərəfindən əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonrakı göndərişlərə qiymət verməmiş, “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əliliyin təyin olunmasından imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsəəlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmə üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: Meyarların 7.6.2.2-ci bəndində göstərilmişdir ki, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İş üzrə sübut olunur ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə yuxarıda sadalanan halları və qiymətləndirmənin 7.6.2.2-ci bəndinə istinad edərək hesab edir ki, iddiaçı barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbəindən 24 sentyabr 2024-cü il tarixindən 2 il müddətinə OFP-nın 65-80 faizinin müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə həvalə edilmədlidir. Məhkəmə iddia tələbinin “15000 manat məbləğində dəyən mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı halda iddiaçıya mənəvi zərərin vurulması tələbinə dair heç bir sübut təqdim olunmamaqla yanaşı, bu zərərin məbləğinin məhz 15000 manat olması da əsaslandırılmamışdır. Buna görə məhkəmə hesab edir ki, tələbin “mənəvəi zərər” hissəsi əsassızdır və rədd olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə

Qərara aldı:

İddia qismən təmin edilir. İddiaçı barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilir. İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma səbə ilə 24 sentyabr 2024-cü il tarixindən 2 il müddətinə OFP-nın 65-80 faizinin müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə həvalə olunur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar