Məhkəmə qərarları › İş №e-2-1(116)-2069/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-2069/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2069/2023 02.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdeh orqanın üzərinə xx.xx.2023-cü ildə ünvanlanmış ərizəyə uyğun ünvan 2 Hakimiyyətnin balansına götürülüb-götürülməməsi barədə sərəncam olub-olmamasına dair cavab verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “02 fevral 2023-cü ildə ünvanlanmış ərizəyə müvafiq cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “cavabdeh orqanın üzərinə xx.xx.2023-cü ildə ünvanlanmış ərizəyə uyğun ünvan 2 Hakimiyyətnin balansına götürülüb-götürülməməsi barədə sərəncam olub-olmamasına dair cavab verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə qəbul edilmişdir. İddiaçı, tələbində göstərmişdir ki, o, Azərbaycan Respublikası SSR Baş İstehsalat Energetika və Elektrikləşdirmə İdarəsindən 05 yanvar 1987-ci ildə bağlanmış müqavilə əsasında ailə üzvləri ilə birlikdə 3 otaqlı, 47.21 kv.metr sahədə ibarət Naqornaya küçəsi 3cü blok ev 21, 35 saylı mənzil verilmişdir. Bundan sonra o ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür Hazırda Mingəçevir şəhəri Koroğlu küçəsi 21 mənzil 35 də iddiaçı və ailəsi qeydiyyatdadırlar.Yaşadıqları bina cavabdehin balansındadır. Hazırda yaşadıqları mənzili özəlləşdirmək istəyir. Ancaq mənzilin orderi yoxdur. Əldə olan yeganə sənəd müqavilədir Mənzilin balansa götürülməsi ilə bağlı sərəncam verilmişdir. Ancaq sərəncamın hansı tarixdə qəbul edildiyi məlum olmamışdır. Bununla bağlı Cavabdehnə bu barədə məlumat verilməsini və Mingəçevir şəhəri Koroğlu küçəsi 21 saylı evin 35 saylı mənzilinə iddiaçının adına order verilməsi barədə xx.xx.2023-cü il tarixdə müraciət etsədə cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə Cavabdehnə və 5-3/1-A-10-068/2023 nömrə ilə qeydiyyata alınmışdır. Vətəndaş İddiaçı ərizəsinə baxılmış və ünvanına xx.xx.2023-cü il tarixdə cavab verilmişdir.Cavabdeh məhkəmədən təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki,o,hazırkı iddia tələbinin predmeti olan ərizəylə cavabdeh orqana müraciət etmişdir. - Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 646/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, iddiaçının ilkin müraciətində əldə olunması tələb olunan məlumatlara qismən cavab verilmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. Həmçinin iddia əsaslıdır.Məhkəmə işin araşdırılması zamanı aşağıdakı müddəalar istinad edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunu : 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Maddə 10. Müraciətə baxılması müddəti 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. 10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. 10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. 10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən: Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Məhkəmə,iddiaçının müraciəti və cavabdehin təqdim etdiyi etiraz məktubu,habelə işin hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki,iddiaçı ərizəsində əldə etmək istədiyi məlumatlarla bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir.Ərizə xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfində kargüzarlıq qaydalarına əsasən qeydiyyata alınmışdır.İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki,iddiaçının müraciəti əsasında əldə etmək istədiyi məlumatlar qismən cavablandırılmışdır. Odur ki,iddia təmin edilməli,cavabdeh orqan tərəfindən “Mingəçevir şəhəri Koroğlu küçəsi 21 saylı evin 35 saylı mənzilin balans mənsubiyyəti və bu barədə sərəncamın olubolmamasına dair iddiaçının ərizəsinə cavab verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Mingəçevir şəhəri Koroğlu küçəsi 21 saylı evin 35 saylı mənzilin balans mənsubiyyəti və bu barədə Sərəncamın olub-olmamasına dair cavab verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar