Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-2070/2023 05.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə həmin tarixli iclas protokolun qərardadı ilə qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, İddiaçı Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri- yaşayış sahəsini (şadlıq sarayını) xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsi ilə almışdır. Qeyri-yaşayış sahəsini aldıqdan sonra Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və sonradan əlavə olaraq tələb edildiyi üçün iddiaçı tərəfindən alınan Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010cu il tarixli icazəsi əsasında mülkiyyətində olan Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsini (şadlıq sarayını) müasir tələblərə uyğunlaşdırmaq üçün yenidən qurma və genişləndirmə işlərinə icazə verilmişdir. Həmçinin iddiaçıya icra ediləcək tikinti işlərinin sxematik planı təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla yanaşı onun qanunla müəyyən edilən hüquqlarını pozur və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (şadlıq sarayına) dair verilmiş xx.xx.2010-cu il tarixli Sərəncam tikinti obyektinin tikintisinə icazə ilə bağlı deyil, mövcud tikinti obyektinin İddiaçı adına rəsmiləşdirilməsinə dair verilmişdir. Həmin Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016- cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun verilməmişdir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanı tərəfindən verilən Sərəncam tikinti işlərinin başlanmasına əsas olan tikintiyə icazə sənədi deyil, icazəsi olmadan inşası başa çatmış tikinti obyektinin rəsmiləşdirilməsi məqsədi ilə verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin imtina məktubu;
2. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz ərizəsi;
3. 07 iyun 2005-ci il tarixli 166 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surəti;
4. JN-1361 kod 40800001 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surəti;
5. Göyçay RİH başçısının xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı;
6. Göyçay RİH başçısının xx.xx.2010-cu il tarixli 653 nömrəli məktubu;
7. 01 avqust 2005-ci il tarixli 241831 nömrəli müqavilənin təsdiqlənmiş surəti;
8. 01.08.2017-ci il tarixli istismara hazırlıq aktı;
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X3 12 iyul 2017-ci il tarixli 793 nömrəli rəyi; Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsi və olunmuş sənədlərdən görünür ki,iddiaçının hüquqi marağı Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin istismarına dair kodun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin imtinasını iddiaçıya təqdim olunan Göyçay RİH başçısının xx.xx.2010cu il tarixli Sərəncam tikinti obyektinin tikintisinə icazə ilə bağlı deyil, mövcud tikinti obyektinin İddiaçı adına rəsmiləşdirilməsinə dair verilildiyini bildirərək,həmin Sərəncamın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016- cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun verilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları : 1.3.1. Reyestrə qeydiyyat və uçot məqsədilə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini; 1.3.2. məlumatların Reyestrə təqdim edilməsini; 1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini; 1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını. 1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. 3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər. 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamına əsasən iddiaçıya Şadlıq evinin tikintisinə icazə verilmişdir.İddiaçın təkrar müraciəti əsasında Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli icazəsi əsasında qeyri-yaşayış binasının yenidən qurma və genişləndirmə işlərinə icazə verilmişdir. Cavabdehin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki,kodun verilməsi tələb olunan tikili Reyestrin yaranmasından əvvəl tikintisinə başlanıldığından yuxarıda qeyd olunan Qaydaların 4.4-cü bəndinin müddəaları tətbiq olunmalıdır.Həmin müddəalara uyğun olaraq iddiaçı tərəfindən sənədlər cavabdehə təqdim edildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə İddiaçı məxsus tikinti obyektinə (Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyriyaşayış sahəsi) dair kodun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə