Məhkəmə qərarları › İş №e-2-1(116)-2078/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2078/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2078/2025 30.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və hüquqi marağına uyğun hüquqi yardım göstərilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi sənədlərin məzmunundan aydın olur ki, iddiaçının məhkəmədən hazırki tələbi İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinin üzərinə İsmayıllı rayonu Quşencə kəndində iddiaçının mərhum atasına torpaq sahəsinin məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin qoyulmasından ibarətdir. Məhkəmə iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat prosesini araşdırmaq məqsədi ilə cavabdeh orqana müvafiq sorğu ünvanlanmışdır. İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinin 5-54-25/2-21/2025 nömrəli məktubunda qeyd edilir ki, 2024-cü il iyul ayında İddiaçı vəkili X2 tərəfindən Quşencə kənd sakini olmuş X1 adında, istifanəsində, icarəsində, keçmişdə və yaxud halhazırda pay torpağının, digər torpaq sahəsinin mövcud olub-olmaması barədə müvafiq arayışın ona təqdim olunması məqsədiylə cavabde orqana sorğu göndərmişdir. İsmayıllı RİH başçısının Quşencə kənd İƏD nümayəndəliyi tərəfindən arxiv sənədləri əsasında iş üzrə araşdırılma aparılmış və 05 iyul 2024-cü il tarixdə 5-54 25/2- 43/2024 nömrəli məktubla Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosuna cavab göndərilmişdir. Həmin məktuba iddiaçının vəkilinin müraciəti və həmin müraciətə inzibati orqanın vermiş olduğu cavab qoşma olaraq əlavə edilmişdir. Göründüyü kimi, inzibati orqan “İnzibati icraat haqqında” qanunun 20-ci maddəsinə əsasən onun səlahiyyətlərinə aid olan məsələlər üzrə iddiaçının müraciətinə baxmış, həmin müraciət üzrə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində müvafiq məlumatı vermə borcunu yerinə yetirmişdir. İddiaçınən hazırkı iddia ərizəsi ,habelə məhkəmənin icraatında olmuş digər iddia ərizələrindən görünür ki,o mərhum babasından qalmış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsindən atasına pay verilməli olduğunu iddia edir.Təqdim edilən sənədlərə əsasən də müəyyən edilir ki,iddiaçının atası 1967-ci ildən İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən qeydiyyatdan çıxmışdır. Aydındır ki,aqrar islahat zamanı müvafiq təsərrüfatda qeydiyyatda olan və kənd ərazisində faktiki yaşayan şəxslərin torpaq sahəsinə dair mülkiyyət hüququnun olması qanunvericilikdə nəzərə alınmışdır. İddianın mümkünlük şərtinə münasibətdə məhkəmə qeyd edir ki,iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən müvafiq cavab verilmişdir.Hazırkı iddia ərizəsinin məzmunudan iddiaçının başqa hansı arayışın verilməsini arzuladığı,hüquqi marağının nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar