Məhkəmə qərarları › İş №e-2-1(116)-2120/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-2120/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-2120/2023 25.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçılar İddiaçı və X2, üçünçü şəxs X17 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X21 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X7 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X4 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçılar X5 və İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X21 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X7 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X4 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2120/2023 nömrəli qərardadı ilə iş üzrə X30, X8, X22 və X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli iclas protokolundan çıxarışa əsasən M.Füzuli adına kolxozun ərazisində yaşayan Yuxarı Ağcayazı kənd sakini X7 müəyyən olunmuş sahədən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi xx.xx.1989-cu il tarixli Aktla torpaq sahəsinin ayrılması işləri üzrə Təftiş Komissiyasının vəzifəli şəxslərinin iştirakı ilə X7 Yuxarı Ağcayazı kəndində məktəb aralığı adlanan sahədən eni 24 metr uzunu 35 metr olmaqla yerində tanıdılaraq verilmişdir. Ayrılan torpaq sahəsi komissiya üzvlərinin iştirakı ilə yeri və ölçüləri göstərilməklə verilmişdir. Bundan başqa Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2021-ci il tarixli 241 saylı Arxiv Arayışında da qeyd edilir ki, Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997-1998- 1999-2000-ci illərin 08 №li təsərrüfatbaşına kitabının 562/439 №li təsərrüfatı X4 adına olmaqla təsərrüfatında X15 (ailə başçısı), X5 (h.yoldaşı), İddiaçı və adına 0.10 ha torpaq sahəsi vardır. X15 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçılar onun vərəsələridirlər və uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar, hər dəfə onlar verilən torpaq barəsində mərhum X3 xəbər aldıqda o, torpaq sahəsinə qardaşı X17 ailəsi ilə birlikdə sənəd verildiyini demiş və həmin torpaq sahəsinin Elxanın həyətyanı torpaq sahəsinə bitişik olduğunu bildirirmişdir. X30 mərhum Məhyəddin Abdullayevin qardaşı olmaqla istifadəsində və mülkiyyətində 0.6765 ha torpaq sahəsi vardır – hansıki həmin vaxt torpaqlar paylanan zaman heç kimin ailəsinə bu qədər həyətyanı torpaq verilməmişdir, qeyd edilən 0.6765 ha torpaq sahəsi adambaşına verilən torpaq normasından artıqdır. Mübahisə predmeti olan həmin torpaq sahəsinə X17 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış Elxan Abdullayevə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. İddiaçılar daha əvvəl xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə əlaqdar Şəki İnzibati Məhkəməsinə müraciət etsələr də, xx.xx.2023-cü il tarixli 2-1(116)- 188/2023 Qərardadla iddia mümkün sayılmamış və onlara həmin qərardadla izah edilmişdir ki, “mübahisələndirilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin çıxarışın ləğvi ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üst-üstə düşən 0,10 ha hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Ona görə də təkrarən məhkəməyə müraciət etmişlər. Şəki İnzibati Məhkəməsində işə baxılarkən ekspertiza aparılmış və müəyyən edilmişdir ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X7 verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsi X26 verilən JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılar cavabdeh orqana 2 dəfə müraciət etmiş, ilk dəfə müraciəti itirilmiş, daha sonra təkrar müraciət etmiş və onların ikinci müraciətlərinə cavab olaraq cavabdeh orqan özünün xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1320/2023 saylı məktubu ilə bildirmişdir ki, onlar bu məsələdə səlahiyətli deyildir. Bundan başqa mütəxəssis rəyində üst-üstə düşən hissənin X17 mülkiyyətində olan torpaq olduğu anlamına gəlmir. Halbuki daha əvvəlki tələbimizlə əlaqədar alınmış mütəxəssis rəyində açıq şəkildə qeyd edilmiş və göstərilmişdir ki, “Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X7 verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsi X26 verilən JN151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür”. Cavabdeh orqan onların ikinci müraciətinə də laqeyid yanaşaraq daha əvvəl iddianın təmin edilmədiyini qeyd etməklə torpaq sahələrinin həmin torpaq sahəsi olmadığını bildirmişdir. Halbuki cavabdeh anlamır ki, daha əvvəl iddia tələbi mümkün sayılmamış və Şəki İnziabti məhkəməsi tərəfindən bildirilmişdir ki, “mübahisələndirilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin çıxarışın ləğvi ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üst-üstə düşən 0,10 ha hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Cavabdeh rəydə tam ətraflı və dəqiq olaraq torpağın yerinin göstərilməsinə və ölçüsünün qeyd edilməsinə məhəl qoymadan əsassız və həqiqətə uyğun olmayan məktubla tələbin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının X17 adına tərtib edilmiş, JN-151F KOD 90306038 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin qismən ləğvinə dair ərizə ilə müraciətinə 17 saylı Yevlax Ərazi idarəsində baxılmışdır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Nəticə etibarı ilə Ağdaş rayonu. Məhəmməd Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X11 ayrılmış həyətyanı torpaq sahəsinin vətəndaş X17 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğvi Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. İddiaçı bundan əvvəldə oxşar tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibatı Məhkəməsinin 2-1(116J-188/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X6 və İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı "********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissə də ləğv edilməsi və həmin 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.1989-cu il tarixli 05 saylı ümumi iclas protokolundan Çıxarışda mərhum Məhyəddin Abdullayevə 0.10 hektar torpaq sahəsinin verilməsi aydın oxunmur. İddia ərizəsinə əlavə olunmuş 18 oktyabr 1989-cu il tarixli akından aydın görünür ki, Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində yaşayan X7 Yuxarı Ağcayazı kəndində “Məktəb aralığı” adlanan sahədən eni 24 metr, uzunu 35 metr 010 hektar torpaq sahəsi verilib. Həmin akt Məhyəddin Abdullayev tərəfindən də imzalanıb. Aktdan görünür ki. ayrılmış torpaq sahəsinin eni 29 metr, uzunluğu 35 metr olmaqla ümumi sahəsi 1000 kv.metr yox, cəmi 840 kv.metr, yəni 0.084 hektar təşkil edir. İddiaçılar tərəfindən qərar və aktdan əlavə həmin torpaq sahəsinin torpaq islahatına qədər mərhum X4 qanuni istifadəsində olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən 0.10 hektar (əslində akta əsasən ona 0.0840 hektar ayrılaraq verilib) torpaq sahəsinin islahat zamanı Aqrar İslahat Komissiyasının qərarı ilə əvəzsiz olaraq mərhum X4 mülkiyyətinə verilməsinə dair yerli və rayon Aqrar İslahat Komissiyasının Yuxarı Ağcayazı kəndi üzrə qərarlarını (kolxoz üzvü olan və pay almaq hüququ olan subyeltlərin siyahısı) və 0.10 hektar həyətyanı torpaq sahəsinə görə mərhumun adına dövlət kadast kitabında qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iddia ərizəsinə əlavə edilməmişdir. Əgər belə bir qərarlar və ya şəhadətnamə mövcud olmamışdırsa, 13 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X1 adının Yerli və rayon X14 pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısına salınmasını nə üçün mübahisələndirməmişdir və bu hüquqdan istifadə etməmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonunun Ağcayazı kəndində “məktəb aralığı” adlanan ərazidən onunla birlikdə bir neçə nəfər kənd sakininə qanuni istifadələrində olan həyətyanı torpaq sahələri mülkiyyətilərinə verilmişdir. Həmin ərazinin çox hissəsi isə islahata qədər həyətyanı torpaq sahəsi kimi vətəndaşlara verilmədiyindən İslahat Komissiyasının qərarı ilə bələdiyyənin balansına verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və yuxarıda göstərdiklərindən məlum olur ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilən Ağdaş rayonu Fizuli adına kolxozun həmin qərarı qəbul edilməsinə, torpağın ayrılmasına dair akt tərtib edilməsinı baxmayaraq, həmin 0.10 hektar torpaq sahəsinin koordinatları (döngə nöqtələri) müəyyən edilməmiş, həmin qərar o vaxt qüvvədə olmuş torpaq qanunvericiliyinin tələblərinə uyğun müvafiq icra orqanında qeydiyyata alınmamışdır. Məhz ona görə də həmin torpaq sahəsi islahat zamanı kolxozun yaşayış məntələqələri torpaqları koteqoriyasına daxil edilmiş və hazırda bələdiyyənin balansındadır. Əgər həmin 0.10 ha torpaq sahəsi qanuni yolla əldə olunmuş və istifadədə olan torpaqlar siyahısında olsaydı Yerli və Rayon Aqrar İslahat Komussiyalarının müvafiq qərarları ilə iddiaçıların mülkiyyətinə verilərdi və bu barədə mərhumun adına dövlət kadastrı kitabında mübafiq nömrə ilə qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərdi. Belə ki, iddiaçılar iddia ərizəsində torpaq sahəsinin onlara kolxozun qərarı ilə verildiyini, bundan sonra Yuxarı Ağcayazı kəndinə aid 08 nömrəli təsərrüfatbaşına kitabının 562/439 nömrəli təsərrüfatının məhz X15 və ailəsinin adının olması və adına 0.10 ha torpaq sahəsinin olmasını etiraf edirlər. Həmin kitab üzrə onun və ailə üzvlərinin təsərrüfatı ayrı göstərilmişdir və həmin təsərrüfatda ancaq onun və ailəsinin adları, ailəsinin istifadəsində 0.68 hektar həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Məhz ona görə də rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 0.68 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir və bu barədə adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazilər koordinat nöqtələri üzrə aydın qeyd edilmişdir. Orada mərhum X17 adına rast gəlinmir. Onun və ailə üzvlərinin adına verilmiş JN-151F kod 90306038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”də onun torpaq sahəsinə bitişik torpaq sahələrinin gediş gəliş yolu üçün ayrılmış bələdiyyə, X27, X36 və X32 mülkiyyətlərinə verilmiş torpaq sahələrindən ibarət olması tam aydın görünür. Əgər iddiaçıların mübahisələndirdikləri 0.10 hektar torpaq sahəsi həqiqətən də onun xüsusi mülkiyyətimdə olan 0.68 hektar torpaq sahəsinin daxilində olsaydı, həmin torpaq sahəsinin ümumi sahəsi 0.68 hektar yox, 0.78 hektar olmalı idi və yaxud iddiaçıların iddia etdikləri 0.10 hektar torpaq sahəsi onun mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin daxilində yerləşsəydi rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı ilə ona və ailə üzvlərinə 0.68 hektar yox, 0.58 hektar torpaq sahəsi verilərdi və ya onun və ailə üzvlərinin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mülkiyyətçilərinin adlılar siyahısında iddiaçıların və mərhum qardaşının da adları yazılardı. Lakin onların təsərrüfatı ayrı olduğuna görə İslahat Komissiyası haqlı və qanuni olaraq 0.68 hektar torpaq sahəsini onun qanuni istifadəsində olduğundan həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə qərar qəbul etmişdir. . İddiaçılara verilmiş torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə bitişik olması ilə bağlı bildirdikləri tamamilə yalandır. İddia olunan 0.10 hektar həyətyanı torpaq sahəsi kolxozun qərarı ilə mərhum X7 verilsə də, həmin ayrılmış torpaq sahəsinin sxematik planı və digər zəruri sənədlər hazılanmadığından və torpaq islahatı zamanı islahat Komissiyalarına təqdim olunmadığı üçün həmin torpaq sahəsi islahata salınmamışdır. Yəni həmin torpaq sahəsi mərhum X4 qanuni istifadəsində olan torpaq sahəsi hesab olunmadığından yerli və rayon X14 müvafiq qərarına əsasən adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənməmişdir. Bunu əksi olaraq onun və digər ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.68 hektar həyətyanı torpaq sahəsin qanuni istifadələrində olduğundan Ağdaş rayon Aqrar islahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə onun və digər 3 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi adına işlənmiş JN - 151F kod 90306038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı əsasında verilmişdir. Həmin qərar mərhum X15 tərəfindən qanunla ona verilmiş müddətdə mübahisələndirilməmişdir. Aqrar İslahat Komissiyasının ona münasibətdə həmin qərarı qüvvədə olduğu təqdirdə adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi üçün iddiaçıların heç bir subyektiv hüquqları olmamışdır və yoxdur. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçılar, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 241 nömrəli məktubundan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 08 nömrəli təsərrüfatbaşına kitabının 562/439 nömrəli təsərrüfatı X10 adına olmaqla təsərrüfatında X18 (ailə başçısı), X12 (həyat yoldaşı), İddiaçı Məhyədin oğlunun (oğlu) olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. - JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə X21 3 nəfər ailə üzvü ilə birlikdə 0.68 ha torpaq sahəsi verilmişdir. - AZ-İİ 217593 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. - Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 90 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X7 verilmiş 0,10 ha torpaq sahəsi barədə Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsində rəsmi olaraq heç bir məlumat yoxdur. Ərazi üzrə Torpaq İslahat Komissiyasının 1998-ci ilə aid qərarı ilə Ağdaş rayonu Yuxarı Ağcayazı kəndində vətəndaşlara verilmiş həyətyanı və pay torpaq sahəsinin siyahısında X4 adı qeydiyyata alınmamışdır. X17 və ailə üzvlərinin adına olan JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,68 ha torpaq sahəsi yalnız vətəndaşın özünə və ailə üzvlərinə məxsusdur. Bələdiyyənin arxivində olan baş plana əsasən sözü gedən 0,10 ha torpaq sahəsi vətəndaşın 0,68 ha torpaq sahəsi ilə üstüstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyeklərin siyahısında X6, İddiaçı və X4 adları aşkar edilməmişdir. - Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarından görünür ki,

1. A.Heydərov adına Bircə Kəndli təsərrüfatının yerli aqrar islahat komissiyasının kənddə torpaq islahatı və püşkatma nəticələrinin təsdiq edilməsi barədə xx.xx.1998-ci il tarixli 02 saylı iclas protokolu nəzərə alınmış,

2. A.Heydərov adına Bircə Kəndli təsərrüfatında xx.xx.1998-ci il tarixdə Yuxarı Ağcayazı kəndində yeni yaradılmış 52, Aşağı Ağcayazı kəndində 35 təsərrüfat qrumu arasında aparılan püşkatmanın nəticələri, torpaq islahatı barədə hazırlanmış kompleks yerquruluşu layihələri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmiş,

3. A.Heydərov adına Bircə Kəndli təsərrüfatında hazırlanmış kompleks yerquruluşu sənədlərinin müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilməsi üçün Respublika Dövlət Torpaq Komitəsinə göndərilməsini təmin etmək rayon Torpaq şöbəsinə tapşırılmış,

4. Qərarın icrasına nəzarət Aqrar İslahat Komissiyasının sədr müavini, rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi A.Səlimova tapşırılmışdır. - xx.xx.2001-ci il tarixli Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X17 adının qarşısında (4 nəfər ailə üzvü ilə birlikdə) 0,10 ha qeyd edilmişdir. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 138 nömrəli məktubundan görünür ki, nümayəndəlikdə olan təsərrüfatbaşına kitablarda X15 və onun ailəsinə aid heç bir məlumat yoxdur. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 127 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1991-1992-1993-1995-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabının 119 nömrəli təsərrüfatı X10 adına olmaqla təsərrüfatında X18 (ailə başçısı), X12 (həyat yoldaşı), X13 (qızı), İddiaçı Məhyədin oğlunun (oğlu) olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. - Bakı şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 243 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş xx.xx.1964-cü il təvəllüdlü X4 əmlakına dair Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmış və onun vərəsəsi, X5 müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan X5 və o miras əmlakdan tam hissədə pay almalıdır. - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, Ağdaş rayonu Yuxarı Ağcayazı kəndində yerləşən 0,6765 ha torpaq sahəsində yerləşən 278,4 kv.m fərdi yaşayış evi X17 tam , torpaq sahəsi isə X30, X8, X22 və X16 ümumibirgə mülkiyyətindədir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, X2 və İddiaçı iddia etdikləri 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin 0,10 ha torpaq sahəsi **********27-10301 reyestr nömrəli çıxarış əsasında X17 mülkiyyətinə verilmiş 0,6765 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür.

Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarətdir:

1. X21 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, 0.10 ha torpaq sahəsinə aid hissədə ləğvi,

2. həmin hisədə 0.10 ha torpaq sahəsinə X4 adına reyestrdən çıxarışın verilməsi. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolu qərarına əsasən verildiyini iddia etdikləri 0,10 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş 0.6765 ha torpaq sahəsinin hüdudları daxilində olduğunu bildirir və buna görə də sözügedən çıxarışın verilməsinə əsas olmuş JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni üst-üstə düşən 0,10 ha hissədə mübahisələndirirlər. Sözügedən şəhadətnaməyə əsasən X21 3 nəfər ailə üzvü ilə birlikdə 0.68 ha torpaq sahəsi Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X14 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X40 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X14 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçılar hazırda mübahisələndirilən şəhadətnamənin məzmunundan 2010-cu ildən məlumatlı olmalarını və ötən müddət ərzində mərhum Məhyəddin Abdullayev və üçüncü şəxs Elxan Abdullayevin anasının xətrinə (İddiaçı nənəsi) sözügedən Şəhadətnaməni mübahisələndirmədiklərini bildirmişlər. Belə olan halda iddiaçılar mərhum Məhyəddin Abdullayevə ayrıldığını iddia etdikləri torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bildikləri zaman mübahisə açmalı idilər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, 13 il keçdikdən sonra hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmişlər. Nəzərə alınmalıdır ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verilmişdir. X14 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçıya bildirir ki, ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş sənədlər ləğv edilə bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. İddia tələbinin “0.10 ha torpaq sahəsinə X4 adına reyestrdən çıxarışın verilməsi” hissəsinə münasibətdə izah edilir ki, iddiaçılar sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Məhyəddin Abdullayevə məxsus olmasını iddia etsələr də, tələbin həmin hissəsi ilkin tələblərdən asılı tələbdir. Yəni, ilk növbədə iddiaçılar inzibati məhkəmə icraatı qaydasında “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğvinə nail olmalı, həmin məsələ müsbət həllini tapdıqdan sonra isə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Məhyəddin Abdullayevə məxsus olması ilə bağlı cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda isə) anoloji iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidirlər. Yəni, iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər şəxsə məxsus mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçıların dinlənilmə hüququ təmin edilmişdir. İddiaçılar məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. .2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar X5 və İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X21 verilən JN- 151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X7 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üstüstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X4 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar