Məhkəmə qərarları › İş №e-2-1(116)-216/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-216/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-216/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "X2nda işlədiyi xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək olan müddəti sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci ildən sonra qanunsuz olaraq dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2nda işlədiyi xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək olan müddəti sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci ildən sonra qanunsuz olaraq dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. X7 Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268.62 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandıraraq ləğv etmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı “X7” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müraciəti araşdırılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparıldığı müəyyən edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin 21,09.2021-ci il tarxli arxiv arayışına əsasən 11,09.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək İddiaçı işlədiyi X1 arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 18 il 2 ay) ona 30 il 9 ay sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi məlum olmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 8282.23 manat (səkkiz min iki yüz səksən iki manat iyirmi üç qəpik) məbləğində pul vəsaitinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. “X9”nin təqdim etdiyi məlumatlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ümumilikdə 8282.23 manat (səkkiz min iki yüz səksən iki manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti təyin edilərək onun Beynəlxalq Bankda olan kart hesabına köçürülmüşdür. Nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 8282.23 manat artıq ödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “Sosial müavinətlər haqqında” Azərbaycan respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən- əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququ olmadığına görə ona 01.01,2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, 01.01,2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, Fondun Sosial ödənilşlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək təyin edilmiş artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 25728/**********6 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 8282.23 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) İddiaçı aylıq yaşa görə müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2004-cü ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1972 – xx.xx.1974, xx.xx.1985 – xx.xx.1987, xx.xx.1977 – xx.xx.1981, xx.xx.1987 – xx.xx.1989, xx.xx.1981 – xx.xx.1984, xx.xx.1989 – xx.xx.1990, xx.xx.1984 – xx.xx.1984, xx.xx.1990 – xx.xx.2004. xx.xx.1984 – xx.xx.1985, - Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, kommersiya qrumunun adı- X2, VÖEN-i-**********, hüquqi ünvanı- AZ6239, Zaqatala rayonu Yuxarı Tala kəndi, qanuni təmsilçisi - X4, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.1997-ci ildir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 274 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268,62 manat pensiya almışdır. - X1 xx.xx.1990-ci il tarixli 132 nömrəli əmrində qeyd edilmişdir ki, xx.xx.1990-cı il tarixdən aşağıda nömrə nişanları göstərilən nəqliyyat vasitələri avtobazanın balansına keçirilmiş və həmin nəqliyyat sürücüləri avtobazaya işə geri qəbul olunmuşlar: - TMZ markalı 99-83 AZİ nömrəli motoroller sürücüsü İddiaçı. - X1 xx.xx.2004-cü il tarixli 13 nömrəli əmrində qeyd edilmişdir ki, təhkim edildikləri avtonəqliyyat vasitələri silindiyinə görə iş yerləri ixtisar edilmiş sürücü İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddə “b” bəndinə uyğun olaraq xx.xx.2004-cü il tarixdən işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı “X7” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli 274 nömrəli arayışına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən 11,03.1974-cü il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 18 il 2 ay təşkil edir. - X1 xx.xx.2022-ci il tarixli 11 nömrəli arayışından görünür ki, iddiaçıya 1992-1999cu illər üzrə əmək haqqı ödənilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X7 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “X7” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “X7” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir:

1. X2nda işlədiyi xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək olan müddəti sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi,

2. Cavabdeh tərəfindən xx.xx.2022-ci ildən sonra qanunsuz olaraq dayandırılmış pensiyanın ödənilməsi. Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək İddiaçı işlədiyi X1 arxiv sənədlərinin Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan sözügedən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməli olmaması qənaətindədir. Cavabdeh orqan iddiaçının mübahisələndirilməyən sosial sığorta stajını 18 il 2 ay qəbul etdiyindən ona əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən dayandırıldığını bildirir. Lakin, məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir ki, belə ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi X1 arxiv sənədlərinin mövcud olmaması iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Odur ki, cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır. İşdə olan X1 xx.xx.1990-ci il tarixli 132 nömrəli və xx.xx.2004-cü il tarixli 13 nömrəli əmrlərindən çıxarışlarla iddiaçının sözügedən müəssisədə qeyd olunan dövr ərzində işləməsi sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, həmin müddət mübahisələndirilməyən sosial sığorta stajı ilə toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası, o cümlədən əvvəllər təyin edilmiş həmin pensiya üzrə ödənişləri dayandırması əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı X2nda işlədiyi xx.xx.1990-cı ildən xx.xx.2004-cü ilədək olan müddəti sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı – xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci ildən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar